- Sənaye parklarında güzəştlər nəticəsində rezidentlər 567 milyon manat qənaət edib
- Abbas İbrahimov: “Citi ilə əməkdaşlığı yeni sahələrdə genişləndirəcəyik”
- “PAŞA Maliyyə Holdinqi”nin rəhbəri Fərid Məmmədov: “Növbəti IPO-ların “PAŞA Bank”la yanaşı, “PAŞA Maliyyə Holdinqi”nə daxil olan digər şirkətlər tərəfindən olacağını düşünürük”
- Apple məhsullarını rəsmi olaraq Bakcell Shop-da əldə et!
- Mərkəzi Bankın nümayəndə heyəti Qazaxıstanda SREP və SupTech mövzularını müzakirə edib
- Kreditlər artıq yeni qaydalarla veriləcək-Mərkəzi Bankdan kreditlərlə bağlı yeni dəyişiklik
- Bankların aktivləri 60 mlrd. manata çatır
- Azərikard kart hesablarında yaranmış problemlə bağlı açıqlama yayıb
Author: Aynure Gdp
“Kapital Bank” müştərilərinə kredit tarixçəsinə və risk profilinə uyğun olaraq individual faiz dərəcəsi tətbiq edir. GDP xəbər verir ki, bu barədə “Kapital Bank” ASC-nin İdarə Heyətinin sədri, Baş İcraçı Direktoru Fərid Hüseynov, 2024-cü ilin 11 ayının nəticələri və 2025-ci ilin planlarına dair keçirilən mətbuat konfransında məlumat verib. Fərid Hüseynovun sözlərinə görə, müştərilərin əvvəlki kreditlərini vaxtında və keyfiyyətli şəkildə qaytarması onların növbəti kreditlərində daha aşağı faiz dərəcəsi ilə təmin olunmasına səbəb olur. Bu yanaşma bankın müştəri məmnuniyyətini artırmaq və fərdiləşdirilmiş həllər təqdim etmək strategiyasını əks etdirir.
Kapital Bank bazar strategiyası və müştərilərinə təklif etdiyi xidmətlərdə balanslı yanaşması ilə seçilir. Kapital Bank bahalı bank deyil və müştərilər üçün daha əlverişli şərtlər yaratmağa çalışır. GDP xəbər verir ki, Fərid Hüseynov bu fikirləri 2024-cü ilin 11 ayının nəticələri və 2025-ci ilin planlarına dair keçirilən mətbuat konfransında səsləndirib. Hüseynov əlavə edib ki, bank bazar payının dəyişməsini və rəqib bankların kredit siyasətini davamlı olaraq izləyir. Kapital Bank bazarın orta mövqeyində qərar tutmağa çalışsa da, xüsusi seqmentlərdə müştərilərinə daha cəlbedici təkliflər təqdim edir. Məsələn, Kapital Bankdan təqaüd alan təqaüdçülər üçün kredit faizləri nisbətən aşağı səviyyədədir. Hüseynovun sözlərinə görə, bu, sosial məsuliyyətin bir hissəsi…
Kapital Bank 2024-cü ildə kiçik və orta sahibkarlığın inkişafına yönəlmiş fəaliyyətini genişləndirərək mühüm yeniliklər həyata keçirib. Bankın məlumatına görə, bu il təqdim olunan bütün qarantiya portfeli 100%-lik həcmdə rəqəmsal formada təqdim olunub ki, bu da müştərilər və bank üçün böyük bir nailiyyətdir. GDP xəbər verir ki, “Kapital Bank” ASC-nin İdarə Heyətinin sədri, Baş İcraçı Direktoru Fərid Hüseynov, 2024-cü ilin 11 ayının nəticələri və 2025-ci ilin planlarına dair keçirilən mətbuat konfransında bildirib ki, bank artıq yalnız mikro sahibkarlara deyil, orta biznes subyektlərinə də xüsusi diqqət yetirir. O əlavə edib ki, orta biznes subyektləri olan müştərilər 300 min manata qədər olan kreditləri bir gün…
Kapital Bank 2024-cü ildə korporativ bankçılıq istiqamətində daha çox biznes sahəsinə diqqət ayırıb. Bankın çox aktiv 200 min müştərisindən 140 mini BirBank Biznes mobil tətbiqindən istifadə edir, onlardan 100 mindən artıq hissəsi mikro sahibkarlardır. GDP xəbər verir ki, “Kapital Bank” ASC-nin İdarə Heyətinin sədri, Baş İcraçı Direktoru Fərid Hüseynov, 2024-cü ilin 11 ayının nəticələri və 2025-ci ilin planlarına dair keçirilən mətbuat konfransında bu məlumatları açıqlayıb. Mikro sahibkarlar əsas hədəf qrupuna çevrilib. Hesabların tam onlayn açılması, mobil POS üçün müraciətlərin artımı, rəqəmsal kreditlərin əldə edilməsi mikro sahibkarlar üçün daha əlçatan edilib. Kapital Bank mikro sahibkarlara verdiyi kreditlərin 80%-ni tam rəqəmsal formada BirBank…
Azərbaycan Mərkəzi Bankı (AMB) “Bank sektoru üzrə makroprudensial siyasət çərçivəsi” sənədini təsdiqləyib. GDP bu barədə AMB-yə istinadən xəbər verir. Məlumata görə, sənəd beynəlxalq təcrübə nəzərə alınmaqla hazırlanıb. Sənəddə makroprudensial siyasətin son və aralıq məqsədləri, tətbiq istiqamətləri və prosesi, institusional dizaynı, kommunikasiyası eləcə də digər siyasətlərlə qarşılıqlı əlaqəsi əks olunur. Makroprudensial siyasətin əsas məqsədi sistem risklərinin akkumulyasiyasını aradan qaldırmaqla maliyyə sabitliyini qorumaq və onun dayanıqlılığını gücləndirməkdir. Maliyyə sektorunun dayanıqlılığı və sabitliyi uzunmüddətli dayanıqlı iqtisadi artımın əsas şərtlərindən hesab olunur. Qeyd olunan əsas məqsədə nail olmaq üçün çərçivə sənədində beş aralıq məqsəd müəyyən olunub. Beynəlxalq təcrübədə makroprudensial siyasətin yeni çağırışlar və risklər…
Kapital Bank 2025-ci ilin ilk rübündən etibarən brendini Birbank adı altında tamamilə transformasiya edəcək. GDP xəbər verir ki, bu barədə Kapital Bankın İdarə Heyətinin rəhbəri Fərid Hüseynov bankın 2024-cü ilin göstəriciləri ilə bağlı keçirdiyi mətbuat konfransında məlumat verib. Fərid Hüseynov bildirib ki, Birbank rəqəmsallaşma, müasir texnologiyalar və süni intellekt tətbiqi ilə daha dinamik və innovativ bir brend olaraq Kapital Bank-ın yerini alacaq. “Bu dəyişiklik Kapital Bank-ın tamamilə yox olması demək deyil. Kapital Bank maliyyə institutu və korporativ brend olaraq fəaliyyətini davam etdirəcək. Lakin bütün məhsul və xidmətlər müştərilərə Birbank brendi vasitəsilə təqdim ediləcək,” – deyə o vurğulayıb. Hazırda 3 milyondan…
Microsoft bu il ABŞ və Çindəki rəqiblərindən iki dəfə çox Nvidia çipi satın alıb. GDP xəbər verir ki,şirkət, süni intellekt infrastrukturasına investisiyalarını artıraraq, ümumilikdə 485 min Nvidia Hopper çipi alıb. Bu göstərici ilə Microsoft, Nvidia-nın ABŞ-dakı növbəti ən böyük müştərisi olan Meta-nı (224 min çip) və bulud hesablama sahəsində rəqibləri olan Amazon və Google-u geridə qoyub. Texnologiya üzrə konsaltinq şirkəti Omdia-nın analitikləri qeyd edirlər ki, Microsoft-un süni intellekt texnologiyalarına böyük marağı şirkəti bu sahədə lider mövqeyə çıxarıb.
