- Sənaye parklarında güzəştlər nəticəsində rezidentlər 567 milyon manat qənaət edib
- Abbas İbrahimov: “Citi ilə əməkdaşlığı yeni sahələrdə genişləndirəcəyik”
- “PAŞA Maliyyə Holdinqi”nin rəhbəri Fərid Məmmədov: “Növbəti IPO-ların “PAŞA Bank”la yanaşı, “PAŞA Maliyyə Holdinqi”nə daxil olan digər şirkətlər tərəfindən olacağını düşünürük”
- Apple məhsullarını rəsmi olaraq Bakcell Shop-da əldə et!
- Mərkəzi Bankın nümayəndə heyəti Qazaxıstanda SREP və SupTech mövzularını müzakirə edib
- Kreditlər artıq yeni qaydalarla veriləcək-Mərkəzi Bankdan kreditlərlə bağlı yeni dəyişiklik
- Bankların aktivləri 60 mlrd. manata çatır
- Azərikard kart hesablarında yaranmış problemlə bağlı açıqlama yayıb
Author: Aynure Gdp
X platformasında (əvvəlki Twitter) böyük bir qalmaqal baş qaldırıb. Jurnalistlər Biden administrasiyasının Reuters-ə 300 milyon dollarlıq maliyyə dəstəyi verdiyini ortaya çıxarıblar. GDP xəbər verir ki,məlumatlara görə, bu vəsaitlər federal agentliklər vasitəsilə yönləndirilib və Elon Musk-ı diskreditasiya etməyə hədəflənib. Reuters-ə qarşı ittihamlara görə, il ərzində bir sıra saxta məlumatlar yayılıb, o cümlədən Kamala Harris-in Donald Trump-ı sorğularda qabaqladığı iddiaları, Musk-ı nüfuzdan salma cəhdləri və onun şirkətləri haqqında yalan xəbərlərin dərc olunması. Yeni ABŞ administrasiyası indi bu sxemi araşdırmağa hazırlaşır. “Qərəzsiz jurnalistika”nın mövcud vəziyyəti qısaca belədir.
Berkshire, Occidental Petroleum-un əlavə səhmlərini 405 milyon dollara satın alıb. GDP xəbər verir ki, Amerikalı milyarder Uorren Baffetin investisiya şirkəti Berkshire Hathaway Inc. şist yataqlarında neft və qaz hasilatı ilə məşğul olan Occidental Petroleum-un əlavə səhmlərini təxminən 405 milyon dollara alıb. Qiymətli Kağızlar və Birja Komissiyasına (SEC) təqdim edilən sənədlərə əsasən, son üç gün ərzində Berkshire Occidental səhmlərinin 8,9 milyon səhmini satın alaraq, sahibliyini 264,2 milyon səhmə çatdırıb. Beləliklə, Berkshire təxminən 12 milyard dollar dəyərində Occidental səhmlərinin 28%-dən çoxuna sahibdir. Market Watch qeyd edir ki, Occidental qiymətli kağızlarının qiyməti bu ilin əvvəlindən 24% azalıb; Berkshire iyun ayından bəri şirkətdəki payını…
ABB və “Azerbaijan Airlines” (AZAL) birgə layihəsi olan “ABB-AZAL Miles” kobrend kartını istifadəyə veriblər. GDP xəbər verir ki, bu barədə ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov sosial şəbəkə hesabında məlumat paylaşıb. Yeni kart sahiblərinə gündəlik alış-verişlərdən millər toplamaq və bu milləri səyahətlərə çevirmək imkanı yaradır. Layihə vətəndaşlar üçün səyahət imkanlarını daha əlçatan və rahat etməyi hədəfləyir. Abbas İbrahimov qeyd edib ki, layihə bir neçə ay ərzində hazırlanıb və bankın komandası üçün hər yeni məhsulun yaradılması böyük motivasiya mənbəyidir. O, layihənin hazırlanmasında əməyi keçən həmkarlarına və tərəfdaşlarına təşəkkürünü bildirib.
İdman malları istehsalçısı olan Amerika şirkəti Nike Inc. ikinci maliyyə rübündə xalis mənfəətini dörddə bir qədər, gəlirlərini isə 8% azaldıb, lakin hər iki göstərici bazar proqnozlarını üstələyib. GDP xəbər verir ki, Nike-ın mətbuat açıqlamasında bildirilir ki, 30 noyabrda başa çatan rüb üzrə xalis mənfəət 1,16 milyard dollar və ya bir səhm üzrə 78 sent təşkil edib ki, bu da əvvəlki maliyyə ilinin müvafiq dövrü ilə müqayisədə 1,58 milyard dollar və ya bir səhm üzrə 1,03 dollar azalma deməkdir. Şirkətin rüblük gəlirləri keçən ilin eyni dövrü ilə müqayisədə 13,4 milyard dollardan 12,4 milyard dollara düşüb. FactSet-in sorğu etdiyi ekspertlər Nike-ın xalis…
Azərbaycan Respublikasının Mərkəzi Bankı Dünya Bankı ilə birgə həyata keçirilən “Maliyyə sektorunun modernizasiyası layihəsi” çərçivəsində “Risk əsaslı nəzarətin tətbiqi üzrə yeni Siyasət Konsepsiyası”nı təsdiq edib. GDP xəbər verir ki, bu Konsepsiya maliyyə sektorunda beynəlxalq təcrübəyə uyğun effektiv nəzarət sisteminin qurulmasına və sistem riskinin minimallaşdırılmasına xidmət edəcək. Yeni Konsepsiya çərçivəsində ARAS (Azerbaijan Risk Assessment System – Azərbaycan Risklərin Qiymətləndirilməsi Sistemi) adlı nəzarət yanaşması tətbiq ediləcək. Bu sistem maliyyə qurumlarının fəaliyyətində risklərin erkən aşkarlanması və qiymətləndirilməsi, həmçinin risklərə uyğun preventiv nəzarət rejiminin tətbiqini nəzərdə tutur. Sənəddə risk əsaslı nəzarətin təşkilati strukturu və Nəzarət Komitəsinin funksiyaları da müəyyənləşdirilib. Komitə nəzarət təlimatlarının təsdiqi, nəzarət…
Şəkidə meşəlik ərazini kəsməklə təbiətə külli miqdarda ziyan vurmaqda ittiham olunan “AQA Şirkətlər Qrupu”nun vitse-prezidenti Qafar Dəmirçi azadlığa buraxılıb. Dəmirçi 8 milyon manatlıq ziyanı tam ödəyib. Bu səbəbdən Qafar Dəmirçi və işçiləri barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib. Onlar istintaq təcridxanasından sərbəst buraxılıblar. Qeyd edək ki, “plazalar kralı” kimi tanınan Qafar Dəmirçi və şirkətinin işçiləri bir həftə əvvəl DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən həbs edilmişdi. İttihama görə, onun rəhbərlik etdiyi “Monte Ferro” şirkəti Şəkinin iki kəndini əhatə edən meşəlik ərazilərində müxtəlif növ ağacları qanunsuz kəsib. Ona qarşı Cinayət Məcəlləsinin 259.3-cü (ağacları kəsmə-qabaqcadan əlbir olan bir qrup şəxs…
Tesla-nın bazar dəyəri 1,4 trilyon dollara yüksələrək dünyanın 40 ən iri avtomobil istehsalçısının ümumi dəyərini geridə qoyub. GDP xəbər verir ki, bu, elektrik avtomobillərinin populyarlığının artması və Tesla-nın bazardakı dominant mövqeyi ilə əlaqələndirilir. Müqayisə üçün qeyd edək ki, Donald Trampın ABŞ prezident seçkilərində qələbə qazandığı ərəfədə Tesla-nın bazar dəyəri cəmi 770 milyon dollar idi. Hazırda şirkət elektrik avtomobil sənayesində lider mövqeyini qorumaqla yanaşı, dünya miqyasında avtomobil istehsalçıları arasında ən yüksək bazar dəyərinə malikdir. Tesla-nın sürətli inkişafı və uğurlu strategiyası şirkətin qiymətləndirilməsinə mühüm təsir göstərib və onu avtomobil sənayesində inqilabi dəyişikliklərin simvoluna çevirib.
Kapital Bank aktivlərini maksimum dərəcədə effektiv idarə etməyə çalışır və uzunmüddətli daşınmaz əmlaka sərmayə qoymaqdan uzaq durmağa üstünlük verir. GDP xəbər verir ki, bu barədə “Kapital Bank” ASC-nin İdarə Heyətinin üzvü Emin Məmmədov, 2024-cü ilin 11 ayının nəticələri və 2025-ci ilin planlarına dair keçirilən mətbuat konfransında məlumat verib. Emin Məmmədov bildirib ki, Kapital Bank, əsasən, fəaliyyət göstərdiyi filialları icarəyə götürməyə maraq göstərir. “Zamanın tələbinə uyğun olaraq, bu aktivlərdən rahatlıqla çıxa bilmək üçün daha çox icarə strategiyasına üstünlük veririk. Çünki aktivləri satın aldıqda bu, uzunmüddətli investisiya hesab olunur,” – deyə o qeyd edib. Məmmədov əlavə edib ki, Kapital Bank Port Baku 2-ni…
Ötən il “Kapital Bank”ın inzibati xərclərində artım müşahidə olunub. GDP xəbər verir ki, bu barədə “Kapital Bank” ASC-nin İdarə Heyətinin üzvü Emin Məmmədov, 2024-cü ilin 11 ayının nəticələri və 2025-ci ilin planlarına dair keçirilən mətbuat konfransında məlumat verib. Emin Məmmədov qeyd edib ki, xərclərin artmasının əsas səbəbi uzunmüddətli investisiyaların həyata keçirilməsidir. Müştəri təcrübəsinin təkmilləşdirilməsi, müştərilərə daha keyfiyyətli xidmətin təqdim edilməsi məqsədilə bank tərəfindən müxtəlif layihələrə vəsait ayrılıb. Bundan əlavə, loyallıq proqramlarının icrası çərçivəsində müştərilərə millər, ikiqat ƏDV və kəşbək şəklində təxminən 65 milyon manat dəyərində vəsait geri qaytarılıb. Bu addımlar, bankın müştəri məmnuniyyətini artırmaq istiqamətindəki strateji hədəflərini əks etdirir.
