Author: Aynure Gdp

Beynəlxalq ödənişlərdə dolların payı son 12 ilin ən yüksək səviyyəsinə – 49,1%-ə yüksəlib. GDP xəbər verir ki, bu barədə SWIFT-in məlumat yayımlayıb. Məlumata görə avonun beynəlxalq ödənişlərdə payı 21% -ə enib. Yuanın payı 2%-dən 5%-ə yüksəlib. Belə ki, indi ekspertlər qeyd edirlər ki, de-dollarizasiya deyil, avroizasiya prosesi gedir.

Read More

London Fond Birjası (LSE) 2008-ci il maliyyə böhranından bəri ən pis ilini “yaşamağa” hazırlaşır. GDP xəbər verir ki, Britaniya şirkətləri kütləvi şəkildə ABŞ-a üz tutaraq öz əməliyyatlarını orada davam etdirirlər. Bu il ərzində ümumilikdə 88 şirkət səhmlərini delist edərək fəaliyyətini ABŞ-a köçürüb. Yeni listinq sayı isə son 15 ilin ən aşağı səviyyəsindədir. Birjanı tərk edən şirkətlərin birgə bazar dəyəri 280 milyard funt sterlinqə çatır ki, bu da FTSE 100 indeksinin hazırkı ümumi dəyərinin təxminən 14%-ni təşkil edir. Bu tendensiyanın yalnız başlanğıc olduğu bildirilir. Mütəxəssislər ABŞ-ın Avropanı iqtisadi zəiflətmə strategiyasının plan üzrə davam etdiyini və nəticələrin yaxın illərdə daha da dərinləşəcəyini proqnozlaşdırırlar.

Read More

ABŞ-ın xam neft ehtiyatları 2024-cü il dekabrın 13-də başa çatan həftədə 4.7 milyon barrel azalıb. Bu, əvvəlki həftədə qeydə alınmış 0.499 milyon barrel artımdan sonra baş verib. GDP xəbər verir ki,məlumat Amerika Neft İnstitutunun (API) Həftəlik Statistik Bülletenində dərc edilib. Bu, son səkkiz həftə ərzində ehtiyatların dördüncü dəfə azalmasıdır və bazarın 1.85 milyon barrel həcmində azalma gözləntilərini üstələyib. Ehtiyatlardakı bu kəskin azalma neft bazarında təklifin azalmasına işarə edir və qiymətlərə təsir göstərərək bazar iştirakçılarının diqqətini cəlb edə bilər.

Read More

Azərbaycan Respublikasının Mərkəzi Bankının Risklərin İdarə Edilməsi Departamentinin Strateji və Əməliyyat Riskləri üzrə baş mütəxəssisi Azər Novruzov bildirib ki, Gürcüstan Milli Bankı ilə risklərin idarə edilməsi üzrə dəyərli təcrübə mübadiləsi proqramı təşkil edilib. O qeyd edib ki, proqram çərçivəsində keçirilən müzakirələr məhsuldar və olduqca maarifləndirici olub, əməliyyat risklərinin idarə edilməsində qabaqcıl təcrübələr barədə daha dərin anlayış əldə etməyə şərait yaradıb. GDP xəbər verir ki, Gürcüstan Milli Bankı bu əməkdaşlıqdan məmnunluğunu ifadə edərək, Azərbaycan Respublikasının Mərkəzi Bankına dəyərli fürsət yaratdığına və risk idarəetmə strategiyaları ilə bağlı zəngin və faydalı dialoqu dəstəklədiyinə görə təşəkkür edib. Azər Novruzov əlavə edib ki, bu əməkdaşlıq…

Read More

Azərbaycanda mikro sahibkarların 10 əsas problemi açıqlanıb. GDP xəbər verir ki, CİB Biznes Fintexinin direktoru Rəşad Nəzərli Azərbaycanda mikro sahibkarların üzləşdiyi əsas problemləri açıqlayıb. Onun sözlərinə görə, bu problemlər mikro biznesin inkişafını ləngidən ən vacib maneələrdir. Rəşad Nəzərli qeyd edib ki, ilk olaraq maliyyə məsələləri mikro sahibkarlar üçün ciddi çətinliklər yaradır. Sahibkarlıq fəaliyyəti üçün kifayət qədər maliyyə vəsaitinin olmaması və bu vəsaitlərin əldə edilməsindəki maneələr mikro biznesin inkişafına mənfi təsir göstərir. O, əlavə edib ki, digər mühüm problemlərdən biri digitallaşmadır. Rəqəmsal texnologiyalardan istifadə imkanlarının məhdudluğu və rəqəmsal həllərə keçiddəki çətinliklər mikro sahibkarların rəqabət qabiliyyətini aşağı salır. Bundan başqa, infrastrukturun çatışmazlığı…

Read More

Azərbaycanda kriptovalyuta bazarı və Cənubi Qafqaz ölkələri ilə regional müqayisədə nisbətən çoxdur. Son illərdə kriptovalyuta bazarı bütün dünyada, o cümlədən Cənubi Qafqazda dinamik inkişaf edir. Azərbaycanda bu sahəyə marağın artması nəticəsində kriptovalyuta ilə əməliyyatların həcmi 2023-cü ildə 4,4 milyard dollara çatıb və ölkədə 120 min kriptovalyuta istifadəçisi qeydə alınıb. Bu göstəricilər region ölkələri ilə müqayisədə diqqətəlayiq nəticələrdir. Cənubi Qafqaz reginuna daxil olan ölkələrdən biri Gürcüstanda 2023-cü ildə Kriptovalyuta əməliyyatlarının həcmi təxminən 2,5 milyard dollar təşkil edib. Gürcüstan kriptovalyuta hasilatında (mining) üstünlük təşkil edir və elektrik enerjisinin ucuzluğu bu sahəyə əlavə təkan verib. Ölkə xüsusilə Bitfury kimi böyük şirkətlərlə əməkdaşlıq edir…

Read More

20 il əvvəl Çinin avtomobil istehsalının qlobal avtomobil istehsalında payı cəmi 1% təşkil edirdi. GDP -nin məlumatına görə, 2024-cü ilə qədər bu rəqəm sürətli artım nəticəsində 39%-ə çatı. Xüsusilə 2008-2010-cu illər arasında Çində avtomobil istehsalında kəskin sıçrayış müşahidə olunur ki, bu da ölkənin sənaye potensialını artırması və qlobal bazarda lider mövqeyə yüksəlməsinin göstəricisidir. Son 20 il ərzində eyni zamanda, digər böyük regionların avtomobil istehsalında payı azalmaqda davam etmişdir. Məsələn, Avropa 2000-ci ildə dünya avtomobil istehsalının 30%-dən çoxuna nəzarət edirdi, lakin bu göstərici tədricən azalaraq 2024-cü ildə 13%-ə enmişdir. Yaponiya isə 2000-ci ildə təxminən 20%-lik paya sahib idi, lakin 2024-cü ilə…

Read More

2024-cü ilin dekabr ayının 1-nə qədər sistemə ümumən 3 745 müraciət daxil olub ki, bunun 3 526-sı (94,15%) telekommunikasiya, 219-u (5,85%) isə poçt rabitəsi sahəsi ilə bağlıdır. GDP xəbər verir ki, bu barədə İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) məlumat yayımlayıb Məlumata görə telekommunikasiya sahəsində 117 operator və provayderin şəxsi kabinetinə şikayətlər daxil olub. Şikayətlərin strukturunda sabit internet xidmətləri 66,28%, mobil rabitə 20,49%, telefon rabitəsi 10,31% və mobil internet 2,97% təşkil edib. Şikayətlərin xarakterinə görə, ən çox rast gəlinən problem sahələri “Xidmət keyfiyyəti ilə bağlı” (18,88%), “Xidmətin işləməməsi ilə bağlı” (17,28%) və “Əməkdaşlardan və ya xidmətdən narazılıq” (6,65%) olub. Mobil rabitə…

Read More

2024-cü il dekabrın 1-nə olan məlumata görə, sistemə ümumi 3 745 müraciət daxil olub ki, bu da gündəlik orta hesabla 10 müraciət deməkdir. GDP xəbər verir ki,İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) müraciətlərin 3 526-sı (94,15%) telekommunikasiya, 219-u (5,85%) isə poçt rabitəsi sahəsi ilə bağlı olub. Məlumata görə, 2023-cü ilin oktyabr ayında operator və provayderlərin, 2024-cü ilin mart ayında isə poçt rabitəsi operatorlarının iştirakı ilə sistemdən istifadə üzrə təlimlər keçirilib. Operator və provayderlərin şikayətlərin statusunu izləməsi üçün onlayn izləmə sistemi də qurulub. Sistemin artım tempi onun getdikcə daha çox aktuallıq qazandığını və istifadəçilərlə xidmət təminatçıları arasında səmərəli körpü rolunu oynadığını göstərir.

Read More

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Kommunikasiya departamentinin rəhbəri vəzifəsinə yeni təyinat olub. GDP xəbər verir ki, bu vəzifə Vəli Məmmədova həvalə edilib. Bundan öncə o, “PAŞA Həyat Sığorta” ASC-nin Korporativ Kommunikasiya rəhbəri vəzifəsini icra edib. 2011-2016-cı illərdə isə Azercell şirkətində çalışıb. Vəli Məmmədov kommunikasiya, ictimaiyyətlə əlaqələr, korporativ sosial məsuliyyət, dayanıqlı inkişaf, multimedia məhsullarının hazırlanması, tədbir təşkilatçılığı sahəsində geniş təcrübəyə malikdir. Bir çox irimiqyaslı layihələrdə iştirak etmişdir.

Read More