- Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirilib
- Tamerlan Rüstəmov: “Açıq bankçılıqdan ən çox fintechlər və startaplar yararlanacaq”Tamerlan Rüstəmov: “Açıq bankçılıqdan ən çox fintechlər və startaplar yararlanacaq”
- Sənaye parklarında güzəştlər nəticəsində rezidentlər 567 milyon manat qənaət edib
- Abbas İbrahimov: “Citi ilə əməkdaşlığı yeni sahələrdə genişləndirəcəyik”
- “PAŞA Maliyyə Holdinqi”nin rəhbəri Fərid Məmmədov: “Növbəti IPO-ların “PAŞA Bank”la yanaşı, “PAŞA Maliyyə Holdinqi”nə daxil olan digər şirkətlər tərəfindən olacağını düşünürük”
- Apple məhsullarını rəsmi olaraq Bakcell Shop-da əldə et!
- Mərkəzi Bankın nümayəndə heyəti Qazaxıstanda SREP və SupTech mövzularını müzakirə edib
- Kreditlər artıq yeni qaydalarla veriləcək-Mərkəzi Bankdan kreditlərlə bağlı yeni dəyişiklik
Author: Aynure Gdp
ABŞ Federal Rezervinin (FED) 18 dekabr 2024-cü ildə keçiriləcək Federal Açıq Bazar Komitəsi (FOMC) iclasında faiz dərəcələrinin azaldılması yüksək ehtimalla gözlənilir. GDP xəbər verir ki, CME Group-un təqdim etdiyi FedWatch Tool-un məlumatlarına əsasən, hazırda FED-in hədəf faiz dərəcəsi 450-475 baza faiz bəndi intervalındadır. Lakin faiz dərəcələrinin 425-450 baza bəndi səviyyəsinə endirilməsi ehtimalı 96.9% olaraq qiymətləndirilir. Bu isə hazırkı faiz dərəcəsinin olduğu kimi saxlanılma ehtimalının yalnız 3.1% olduğunu göstərir. Məlumatlardan görünür ki, faiz dərəcələrinin azalması ehtimalı zamanla daha da güclənib. Belə ki, 11 dekabr 2024-cü il tarixində faizlərin 425-450 baza bəndinə enməsi ehtimalı 97.5% təşkil edirdi. Bu göstərici 5 dekabrda 71.0%,…
Azərbaycan Mərkəzi Bankı “Plato Capital and Co. İnvestisiya Şirkəti” ASC-nin lisenziyası ləğv edib və bununla da ölkədə lisenziyalı investisiya şirkətlərinin sayə 12-ə düşüb. GDP bu barədə Mərkızi Banka istinadən xəbər verir. Bildirilir ki, AMB-nin İdarə Heyətinin 12 dekabr 2024-cü il tarixli Qərarı ilə fəaliyyətində yol verdiyi pozuntuların aradan qaldırılmasına dair Mərkəzi Bankın icrası məcburi göstərişlərinə əməl edilməməsinə görə “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikası Qanununun 70.1.6-cı maddəsinə uyğun olaraq ləğv edilib. “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikası Qanununun 70.3-cü maddəsinə müvafiq olaraq lisenziyası ləğv edilən investisiya şirkəti Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq ləğv edilir. Xatırladaq ki, investisiya şirkəti 2002-ci ildə təsis edilmişdi, 816…
Amerikanın aktivlərin idarə olunması üzrə şirkəti Bitwise-nin analitikləri gələn il üçün kriptovalyuta bazarı ilə bağlı müsbət proqnozlar təqdim ediblər: ▫️ Bitcoin, Ethereum və Solana yeni tarixi rekordlara çatacaq, Bitcoin-in qiyməti 200,000 dollardan yuxarı olacaq. ▫️ Bitcoin ETF-ləri 2024-cü ildən daha çox kapital cəlb edəcək. ▫️ Coinbase dünyanın ən dəyərli broker şirkəti olacaq, Charles Schwab-ı geridə qoyaraq, hər bir səhm üçün 700 dollar dəyərinə çatacaq. ▫️ 2025-ci il “Kripto IPO-ları İli” olacaq, ABŞ birjalarında ən azı beş kripto unicorn şirkətinin səhmləri kütləvi satışa çıxarılacaq. ▫️ Süni intellekt agentləri tərəfindən yaradılan tokenlər 2024-cü ildəkindən daha böyük bir meme coin çılğınlığına səbəb olacaq. ▫️ Bitcoin saxlayan ölkələrin sayı iki…
Bloomberg-in mənbələrinə görə, Ağ Ev Rus neftinin ixracının rentabelliyini azaltmaq məqsədilə sanksiyaları sərtləşdirməyə hazırlaşır. GDP xəbər verir ki, detallar hələlik dəqiqləşməsə də, bu sanksiyaların tətbiq vaxtı Donald Trampın hakimiyyətə qayıtması ilə siyasi əlaqəlidir və onun Ukraynaya təzyiq göstərmə qabiliyyətini məhdudlaşdırmağa yönəlib. Rus neftinə qismən embarqolar iki il əvvəl tətbiq edilmişdi, lakin ABŞ-dakı seçkilər öncəsi qaz qiymətlərinin yüksək qalacağı ilə bağlı narahatlıqlar Vaşinqtonu daha sərt tədbirlərdən çəkindirmişdi. İndi isə bu narahatlıqlar aradan qalxıb və qlobal neft qiymətlərinin təklifin çoxluğu və zəif tələbat səbəbindən yüksəlməsi ehtimal olunmur. Bu şəraitdə Bayden administrasiyası addım atmaq üçün fürsət görür. Lakin yeni sanksiyaların effektivliyi məhdud ola…
“Kapital Bank” ASC-nin Müşahidə Şurasında dəyişiklik olub. GDP xəbər verir ki, səhmdarların Ümumi Yığıncağının qərarına əsasən Aleksey Marey Aleksandrviç “Kapital Bank”ın Müşahidə Şurasına müstəqil üzv seçilib. Müşahidə Şurasının üzvü Rauf Yusif oğlu Hacıyev bankdan ayrılıb. Bununla da, Bankın Müşahidə Şurasının tərkibi sədr və müstəqil üzvlə birlikdə beş nəfərdən ibarət olub. Müşahidə Şurasını: Xatırladaq ki, “Kapital Bank” 2004-cü ildə Birləşmiş Universal Səhmdar Bankının bazasında yaradılıb. Onun nizamnamə kapitalı 265.9 milyon manatdır. Bankın əsas səhmdarı daxil olduğu “PAŞA Holdinq” MMC-dir.
“Qızılın 2025-ci ilin sonuna qədər dolların daha da güclənməsi şəraitində hər unsiyası üçün 3000 ABŞ dollarına qədər bahalaşmasının mümkün olmadığını iddia edən fikirlə razı deyilik” GDP xəbər verir ki, onların fikrincə, gələn il faiz dərəcələrinin azalması və artan qeyri-müəyyənlik fonunda həm qızıl, həm də digər aktivlər bahalaşa bilər. Goldman analitikləri hesab edirlər ki, qızılın qiyməti əsasən ABŞ Federal Ehtiyat Sistemi (FED) tərəfindən faiz dərəcələrinin azaldılması səviyyəsindən asılı olacaq. “Bizim baza ssenarimiz FED-in faiz dərəcələrini əlavə olaraq 125 baza bəndi azaltması nəticəsində qızılın qiymətinin 2025-ci ilin sonuna qədər 7% artacağını nəzərdə tutur,” – deyə analitiklər bildirir. Bundan əlavə, Goldman analitikləri qeyd…
OPEC ardıcıl dördüncü dəfə olaraq 2024-cü il üçün neftə tələbat proqnozunu yenidən azaldıb. GDP xəbər verir ki, bu dəfə göstərici bir anda 210 min barel/gün azaldılaraq 1,61 milyon barel/gün səviyyəsinə endirilib. 2025-ci il üçün tələbat artımı proqnozu isə cəmi 10 min barel/gün azaldılaraq 1,45 milyon barel/gün səviyyəsində müəyyən edilib.
Dünyanın aparıcı 10 bankı, o cümlədən Morgan Stanley, HSBC və Goldman Sachs, S&P 500 indeksinin 2025-ci ilin sonuna qədər 8%-dən çox artaraq 6550 bəndə çatacağını proqnozlaşdırır. GDP xəbər verir ki, çərşənbə axşamı keçirilən ticarətlərin bağlanışı zamanı indeksin dəyəri 6034,91 bənd təşkil edirdi. Gələn il gözlənilən artım tarixi perspektivdəki orta illik artım göstəricisindən (təxminən 11%) aşağı olacaq. 2024-cü ilin əvvəlindən bu yana indeks təxminən 27% artım göstərib. Bu artım əsasən texnoloji şirkətlərin, o cümlədən Nvidia-nın səhmlərinin qiymətlərindəki əhəmiyyətli artım və Donald Trampın prezident seçkilərindəki qələbəsi fonunda baş verib. Lakin ekspertlər gözləyirlər ki, Tramp vəzifəyə başladıqdan sonra gələn il investorlar daha ehtiyatlı…
Bu gün günorta saatlarında ABŞ-da yanacaq ehtiyatları və inflyasiya ilə bağlı məlumatların gözlənilməsi fonunda neftin qiyməti artmağa davam edib. GDP xəbər verir ki, dünya bazarları üçün əsas hadisə ABŞ-da noyabr ayı üzrə istehlak qiymətləri dinamikası haqqında hesabatın saat 16:30-da (Bakı vaxtı ilə) dərc edilməsidir. Bundan əlavə, bazar iştirakçıları ABŞ prezidenti Co Bayden administrasiyasının Rusiya neftinin ixracına qarşı daha sərt sanksiyaları nəzərdən keçirdiyi ilə bağlı KİV-lərin məlumatlarını qiymətləndirirlər. Londondakı ICE Futures birjasında Brent markalı neftin fevral fyuçersləri Bakı vaxtı ilə 15:35-də 0,65 dollar və ya 0,9% bahalaşaraq bir barel üçün 72,84 dollar səviyyəsində ticarət olunur. Eyni zamanda, Nyu-York əmtəə birjasında WTI…
