Close Menu
    What's Hot

    Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirilib

    29 İyun 2026

    Tamerlan Rüstəmov: “Açıq bankçılıqdan ən çox fintechlər və startaplar yararlanacaq”Tamerlan Rüstəmov: “Açıq bankçılıqdan ən çox fintechlər və startaplar yararlanacaq”

    29 İyun 2026

    Sənaye parklarında güzəştlər nəticəsində rezidentlər 567 milyon manat qənaət edib

    29 İyun 2026
    Trending
    • Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirilib
    • Tamerlan Rüstəmov: “Açıq bankçılıqdan ən çox fintechlər və startaplar yararlanacaq”Tamerlan Rüstəmov: “Açıq bankçılıqdan ən çox fintechlər və startaplar yararlanacaq”
    • Sənaye parklarında güzəştlər nəticəsində rezidentlər 567 milyon manat qənaət edib
    • Abbas İbrahimov: “Citi ilə əməkdaşlığı yeni sahələrdə genişləndirəcəyik”
    • “PAŞA Maliyyə Holdinqi”nin rəhbəri Fərid Məmmədov: “Növbəti IPO-ların “PAŞA Bank”la yanaşı, “PAŞA Maliyyə Holdinqi”nə daxil olan digər şirkətlər tərəfindən olacağını düşünürük”
    • Apple məhsullarını rəsmi olaraq Bakcell Shop-da əldə et!
    • Mərkəzi Bankın nümayəndə heyəti Qazaxıstanda SREP və SupTech mövzularını müzakirə edib
    • Kreditlər artıq yeni qaydalarla veriləcək-Mərkəzi Bankdan kreditlərlə bağlı yeni dəyişiklik
    Gdp.azGdp.az
    • Ana səhifə
    • Rəsmi
    • Bank
      1. Mərkəzi Bank
      2. Banklar
      3. BOKT
      4. Fintex
      5. Bankların renkinqi
      Featured

      Tamerlan Rüstəmov: “Açıq bankçılıqdan ən çox fintechlər və startaplar yararlanacaq”Tamerlan Rüstəmov: “Açıq bankçılıqdan ən çox fintechlər və startaplar yararlanacaq”

      29 İyun 2026
      Recent

      Tamerlan Rüstəmov: “Açıq bankçılıqdan ən çox fintechlər və startaplar yararlanacaq”Tamerlan Rüstəmov: “Açıq bankçılıqdan ən çox fintechlər və startaplar yararlanacaq”

      29 İyun 2026

      Abbas İbrahimov: “Citi ilə əməkdaşlığı yeni sahələrdə genişləndirəcəyik”

      29 İyun 2026

      Mərkəzi Bankın nümayəndə heyəti Qazaxıstanda SREP və SupTech mövzularını müzakirə edib

      25 İyun 2026
    • Birja
      1. Yerli bazar
      2. Qlobal birjalar
      3. Kliptovalyuta
      4. View All

      Fərid Osmanov: Qiymətli kağızların emissiyası prosedurlarının sadələşdirilməsi təklif olunur

      17 İyun 2026

      “ABB-Invest İnvestisiya Şirkəti”nin rəhbərliyində iki mühüm təyinat olub

      02 İyun 2026

      Ümumi dövriyyə həcmində 9% azalma, korporativ istiqrazlarda 152,8% artım – ABB Invest-ın bazar dinamikası

      20 May 2026

      “2025-ci ildə ABB səhmlərinin təkrar bazarda dövriyyəsi 18 milyon manat təşkil edib” – Nadir Babazadə

      15 May 2026

      ABŞ fond bazarında bir gündə 1,1 trilyon dollar itki qeydə alınıb

      11 İyun 2026

      Citi: Tokenləşdirilmiş qiymətli kağızlar bazarı 2030-cu ilə qədər 5,5 trilyon dollara çata bilər

      01 İyun 2026

      Goldman Sachs: “ABŞ bazarında “dotkom köpüyü” siqnalları güclənir”

      16 May 2026

      ABŞ səhmləri Trampın Çin səfərindən sonra enişlə açılıb

      15 May 2026

      Bitcoin bir neçə həftədən sonra ilk dəfə 69 min dolların altına düşüb

      02 İyun 2026

      “Strategy” ilk dəfə həftəlik bitcoin alışını dayandırdı

      25 May 2026

      Coinbase 2026-cı ilin birinci rübündə 88 milyon dollarlıq bitcoin alıb

      08 May 2026

      BlackRock: Bitcoin-in qlobal dəyər saxlancı sahəsində real rəqibi yoxdur

      05 May 2026

      Fərid Osmanov: Qiymətli kağızların emissiyası prosedurlarının sadələşdirilməsi təklif olunur

      17 İyun 2026

      ABŞ fond bazarında bir gündə 1,1 trilyon dollar itki qeydə alınıb

      11 İyun 2026

      Bitcoin bir neçə həftədən sonra ilk dəfə 69 min dolların altına düşüb

      02 İyun 2026

      “ABB-Invest İnvestisiya Şirkəti”nin rəhbərliyində iki mühüm təyinat olub

      02 İyun 2026
    • İqtisadiyyat
      1. Büdcə
      2. Vergi
      3. Kənd Təsərüfatı
      4. Nəqliyyat
      5. Energetika
      6. Neft qaz
      7. Əmlak
      8. Audit
      9. İKT
      Featured

      Apple məhsullarını rəsmi olaraq Bakcell Shop-da əldə et!

      25 İyun 2026
      Recent

      Apple məhsullarını rəsmi olaraq Bakcell Shop-da əldə et!

      25 İyun 2026

      Rəhman Hümmətov: “Orta Dəhlizin potensialı rəqəmsal əlaqələndirmə olmadan reallaşa bilməz”

      19 İyun 2026

      Bakcell-in dəstəyi ilə 5-ci “YAŞAT” düşərgəsi başlayıb

      17 İyun 2026
    • Sığorta
    • Biznes
      • Rəsmi
      • Yerli Bizneslər
      • Biznesmenlər
      • Startaplar
      • Gömrük
      • Tender
    • Vakansiya
    • Digər
      • Marketinq
      • Turizm
      • Moda
      • İdman
      • Bloq yazıları
    Gdp.azGdp.az
    Ana səhifə » Rəsmi » Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirilib
    Rəsmi

    Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirilib

    29 İyun 2026
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    İyunun 29-da Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirilib.

    GDP xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyeva çıxışında bildirib ki, cari ilin fevral ayında Prezident İlham Əliyevin sədrliyi ilə ölkənin yeni rəqəmsal inkişaf strategiyasına həsr olunmuş müşavirə keçirilib, verilən tapşırıqlara uyğun olaraq isə “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı” təsdiqlənib.

    Onun sözlərinə görə, qarşıdakı üç il üçün rəqəmsallaşma, süni intellekt, kibertəhlükəsizlik və innovasiya ekosisteminin inkişafını əhatə edən yol xəritəsi müəyyənləşdirilib. Mehriban Əliyeva qeyd edib ki, Rəqəmsal İnkişaf Şurasının əsas vəzifəsi dövlət qurumlarının fəaliyyətinin əlaqələndirilməsi, vahid yanaşmanın formalaşdırılması və qəbul edilən qərarların vaxtında və səmərəli icrasının təmin edilməsidir.

    Birinci vitse-prezident vurğulayıb ki, məqsəd yalnız yeni texnologiyaların tətbiqi deyil, eyni zamanda, iqtisadi artımın sürətləndirilməsi, innovasiya ekosisteminin inkişafı, yerli və xarici investisiyaların cəlbi, startaplara dəstəyin artırılması və daha səmərəli dövlət idarəetmə sisteminin yaradılmasıdır.

    Mehriban Əliyeva süni intellektin artıq gələcəyin deyil, bu günün əsas inkişaf amillərindən birinə çevrildiyini bildirərək, bu texnologiyanın dövlət təhlükəsizliyi baxımından əhəmiyyətinin artdığını diqqətə çatdırıb. O, kibertəhlükəsizlik və informasiya təhlükəsizliyi sahəsində yaranan yeni risklərə hazır olmağın vacibliyini qeyd edib.

    İclasda çıxış edən rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev məlumat verib ki, 2026–2028-ci illəri əhatə edən Fəaliyyət Planı rəqəmsallaşma, süni intellekt, innovasiya ekosistemi və kibertəhlükəsizlik istiqamətləri üzrə ümumilikdə 58 təşəbbüsü əhatə edir. Nazir bildirib ki, 40 dövlət qurumu ilə yol xəritələri hazırlanıb, onlardan 13-üartıq təsdiqlənib və ya təsdiq mərhələsindədir.

    Rəşad Nəbiyev qeyd edib ki, Milli Məlumat Hövzəsinin yaradılması, dövlət informasiya sistemlərinin hökumət buluduna köçürülməsi və yeni data mərkəzinin tikintisi istiqamətində işlər davam etdirilir. O əlavə edib ki, son üç ay ərzində “mygov” platformasının istifadəçilərinin sayı 2,7 milyondan 3,5 milyona yüksəlib. Platformaya bir neçə yeni tətbiq inteqrasiya olunub, daha yeddi dövlət tətbiqinin isə ilin sonunadək istifadəyə verilməsi planlaşdırılır.

    Nazir həmçinin bildirib ki, “mygov” və digər dövlət qurumlarında süni intellekt həllərinin tətbiqi genişləndirilir, virtual vətəndaş köməkçisi istifadəyə verilib. Bundan əlavə, texnoloji suverenliyi gücləndirmək məqsədilə Azərbaycan Dayanıqlılıq Klasterinin yaradılmasına başlanılıb.

    Kibertəhlükəsizlik sahəsində Milli Təhlükəsizlik Əməliyyatları Mərkəzi, Milli Kiber İnsidentlərə Qarşı Mübarizə Mərkəzi və Rəqəmsal Təhqiqat Mərkəzinin yaradılması, həmçinin dövlət və özəl sektor arasında operativ məlumat mübadiləsini təmin edəcək vahid milli kibertəhlükəsizlik platformasının qurulması istiqamətində işlərin davam etdirildiyi bildirilib.

    Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov isə rəqəmsal transformasiya sahəsində həyata keçirilən qanunvericilik islahatları barədə məlumat verib. O qeyd edib ki, Rəqəmsal İnkişaf Şurasının müəyyən etdiyi strateji prioritetlərə uyğun olaraq hüquqi tənzimləmə, rəqabətqabiliyyətli vergi mühiti, innovasiyaların maliyyələşdirilməsi, elmi-tədqiqat təşviqləri, istedadların cəlbi və kibertəhlükəsizlik sahələrini əhatə edən kompleks qanunvericilik islahatları hazırlanır. Şahmar Mövsümov vurğulayıb ki, bu təşəbbüs postsovet məkanında rəqəmsal ekosistemin inkişafı və tənzimlənməsi istiqamətində həyata keçirilən ən əhatəli islahatlardan biridir.

    Elm və təhsil naziri Emin Əmrullayev isə təhsilin rəqəmsallaşdırılması istiqamətində görülən işlər barədə məlumat verərək, təhsil müəssisələrinin vahid internet şəbəkəsinə qoşulması, “Rəqəmsal məktəb” layihəsi, təhsil məlumatlarının və sənədlərinin elektronlaşdırılması istiqamətində görülən tədbirlərdən danışıb. Nazir bildirib ki, növbəti mərhələdə tədris prosesinin tam rəqəmsallaşdırılması nəzərdə tutulur.

    Emin Əmrullayev, həmçinin məktəblərdə həyata keçirilən “Rəqəmsal bacarıqlar” və “STEAM Azərbaycan” layihələrinin şagirdlərin rəqəmsal kompetensiyalarının inkişafında mühüm rol oynadığını vurğulayıb.

    İclas müzakirələrlə davam edib.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Telegram WhatsApp

    Related Posts

    “İqtisadi inkişafımızla bağlı hər hansı çətinliklər gözləmirik”

    18 İyun 2026

    İqtisadi Şurada Ələt Azad İqtisadi Zonası və xidmət sektorunun inkişafı müzakirə olunub

    11 İyun 2026

    İnflyasiyada sabitlik: göstərici 5,6% səviyyəsində qalıb

    10 İyun 2026

    Eldar Rasulov “AzerGold”da şöbə rəis müavini təyin olunub

    04 İyun 2026
    Kateqoriyalar
    • Audit
    • Avto
    • Bank
    • Banklar
    • Bankların renkinqi
    • Birja
    • Biznes
    • Biznesmenlər
    • Bloq yazıları
    • BOKT
    • Bu günün xəbərləri
    • Büdcə
    • Digər
    • Dünya
    • Energetika
    • Əmlak
    • Fintex
    • Gömrük
    • İdman
    • İKT
    • İqtisadiyyat
    • Kənd Təsərüfatı
    • Kliptovalyuta
    • Marketinq
    • Mərkəzi Bank
    • Moda
    • Neft qaz
    • Nəqliyyat
    • qısa xəbərlər
    • Qlobal birjalar
    • Rəsmi
    • Rəsmi
    • Sığorta
    • Startaplar
    • Tender
    • Turizm
    • Vakansiya
    • Vergi
    • Yerli bazar
    • Yerli Bizneslər
    GDP.AZ bütün hüquqlar qorunur

    Type above and press Enter to search. Press Esc to cancel.