Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK Azərbaycan) direktoru Nərgiz Vikkin rəhbərlik etdiyi nümayəndə heyəti Ələt Azad İqtisadi Zonasına (ƏAİZ) səfər edib.
GDP xəbər verir ki, səfər çərçivəsində ƏAİZ İdarə Heyətinin sədri Valeh Ələsgərov nümayəndə heyətinə zonanın investisiya potensialı, həyata keçirilən infrastruktur layihələri və investorlar üçün yaradılan imkanlar barədə məlumat verib.
Görüşdə Almaniya şirkətlərinin ƏAİZ-də investisiya layihələrinə cəlb edilməsi, sənaye sahəsində əməkdaşlığın genişləndirilməsi və iki ölkə arasında iqtisadi əlaqələrin gücləndirilməsi perspektivləri müzakirə olunub.
Tərəflər uzunmüddətli investisiya tərəfdaşlığının inkişafında qarşılıqlı maraqlı olduqlarını bildiriblər.



