Neft qiymətləri ABŞ-da ötən həftə ehtiyatların kəskin azalmasına dair məlumatlara baxmayaraq, çərşənbə günü axşam saatlarında artmaqda davam edir.
GDP xəbər verir ki, Londonun ICE Futures birjasında Brent markalı neftin dekabr fyuçerslərinin qiyməti Bakı vaxtı ilə saat 18:48-ə olan məlumata görə, 1,4 dollar və ya 1,39% artaraq bir barel üçün 101,98 dollara çatıb.
Nyu-York Əmtəə Birjasında WTI markalı neftin noyabr fyuçersləri isə 0,36 dollar və ya 0,4% bahalaşaraq bir barel üçün 89,8 dollara yüksəlib.

