- “Norm Sement” klinker istehsalı gücünü 14% artıraraq 2 milyon tona çatdırıb
- PR və MarCom üzrə yeni kurs – “360 dərəcə Kommunikasiya” başlayır
- Dövlət büdcəsinin gəlirlərində 6,3% azalma, xərclərində 13,5% artım qeydə alınıb
- Azərbaycanda quraşdırılan yeni nəsil nəzarət-kassa aparatlarının sayı 6%-dən çox artıb
- “Azərişıq” barəsində rəqabət qanunvericiliyinin pozulması ilə bağlı iş açılıb
- AZCON Holding-in Baş Direktoru Şahin Babayev: “Çinlə logistika sahəsində strateji tərəfdaşlığı genişləndiririk”
- Tamerlan Rüstəmov: “Fırıldaqçılıqla mərkəzləşdirilmiş mübarizə artıq bir çox ölkədə reallıqdır”
- Azərbaycan neftinin 1 barreli 103,03 dollar olub
Author: Aynure Gdp
“Paşa Holdiq”lə birgə bu mükəmməl təşəbbüsə “Trendyol” da qoşulub. GDP xəbər verir ki,bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “PAŞA Holdinq” MMC-nin təşkilatçılığı ilə Bakıda keçirilən “INMerge” Innovasiya Sammitində bildirib O bildirib ki, bu görülən işin təcəssümüdür. “”Paşa Holdinq”lə birgə bu mükəmməl təşəbbüsə “Trendyol” da qoşulub.Belə ki, biz artıq nəticə etibar istər. Dövlət və özəl sektorun nümayəndələri müxtəlif korporasiyaların təşəbbüs həyata keçirilməsi üçün bir araya gəliblər və birgə investisiya fondlarının yaradılması ilə eyni qurum nəzdində, heç şübhəsiz məhz bu tədbir üçün bir araya gəlir, investor qismində çıxış edirlər. Nazirin sözlərinə görə, amma heç şübhəsiz, insan öyrənmədən təcrübələrdən yararlanmadan. Təcrübə mübadiləsi, fikir, tərcümə…
Trendyol, Azərbaycanda rəqəmsal ekosistemin inkişafına yönəlmiş bir sıra təşəbbüslər həyata keçirərək, 2028-ci il üçün təxminən 1 milyard dollarlıq ticarət həcmi yaratmağı planlaşdırır. GDP xəbər verir ki, şirkətin Baş İcraçı Direktoru Erdem İnan, mətbuat konfransında bildirib ki, bu günə qədər Azərbaycanda təxminən 2 milyard dollarlıq e-ticarət həcmi mövcuddur. Erdem İnan, Trendyol-un marketlərdə məhsul satmaqdan daha çox, texnoloji ekosistemin bir hissəsi olmağı və onun hərəkətverici qüvvəsinə çevrilməyi hədəflədiyini vurğulayıb. Şirkət, 2030-cu ilə qədər bu bazarın ildən-ilə orta hesabla 13% artacağını gözləyir. Bu, Azərbaycanın e-ticarət səyahətinin başlanğıcını göstərir və Trendyol, addım-addım bir çox məhsul, təcrübə və xüsusiyyət təqdim etməyə hazırdır. Erdem İnan, “Paşa…
ABŞ-da İstehlak Xərcləri Sentyabr Ayında İş Artımını Təmin Etdi •ABŞ-da iri indekslər güclü iş yerləri hesabatı sayəsində ardıcıl dördüncü həftəlik artımı təmin etdi. •Avropa səhmləri Yaxın Şərqdəki münaqişənin gərginləşməsi fonunda aşağı düşdü.Avropada inflyasiya 1.8%-ə qədər yavaşladı və bu, ECB-nin hədəfindən aşağıdır, bu da oktyabr ayında faiz dərəcəsinin azaldılacağı gözləntilərini artırdı. •İngilis funtu dollara qarşı 2% ucuzlaşdı. •Yaponiyanın yeni Baş Naziri İşiba iqtisadiyyatla bağlı stimullaşdırıcı paket planlarını elan etdi. •Çin səhmləri, Pekinin iqtisadi dəstək tədbirlərinə dair optimizm zəif iqtisadi məlumatları kompensasiya etdiyi üçün yüksəldi. •Polşada inflyasiyanın 2025-ci ilin yayına qədər yüksək qalacağı gözlənilir. •Türkiyədə inflyasiya 49.5%-ə qədər düşdü, lakin sərt pul…
SWIFT 2025-ci ildə kriptovalyuta və token ticarətinə başlayacaq. GDP xəbər verir ki, gələn ildən etibarən Şimali Amerika, Avropa və Asiyanın bankları beynəlxalq hesablaşma sistemi vasitəsilə kriptovalyuta əməliyyatlarını həyata keçirə biləcəklər.
Cari ilin ilk 9 ayı ərzində Azərbaycanın pul bazası 20 milyard 897,4 milyon manat təşkil edib. GDP xəbər vertir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayımlayıb. . Məlumata görə, Azərbaycanda pul bazası ötən aya nisbətən 1.7% artaraq 20 milyard 897,4 milyon manata yüksəlib. Ölkədə pul bazası ilin əvvəlinə nisbətən 0,1%, son 1 ildə isə 16,8% artıb.
Azərbaycanda mərkəzi bankçılığın yaranmasının 105 illik yubileyi münasibətilə Mərkəzi Bank tərəfindən tədbir keçirilib. Belə ki, Mərkəzi Bankın sədri Taleh Kazımovun rəhbərliyi ilə Bankın kollektivi Fəxri xiyabanda Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib. Ziyarət iştirakçıları tərəfindən Ulu öndərin məzarı üzərinə gül dəstələri qoyulub, xatirəsi hörmətlə yad edilib. Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın məzarı ziyarət edilib, üzərinə gül dəstələri düzülərək ehtiram nümayiş etdirilib. Sonra Bankın rəhbərliyi və kollektivi tərəfindən Şəhidlər xiyabanında vətənimizin müstəqilliyi, xalqımızın azadlığı uğrunda şəhid olmuş həmvətənlərimizin məzarlarına və “Əbədi Məşəl” abidəsinin önünə gül dəstələri düzülüb və əziz xatirələri yad edilib. Həmçinin Mərkəzi Bankın inzibati binasında Ulu öndərin büstü…
Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq gələn ildən ölkə üzrə minimum əməkhaqqının və minimum pensiyanın artırılması təmin ediləcəkdir. GDP xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial müdafiəsi naziri Sahil Babayev Nazirlikdə keçirilən kollegiya iclasında bildirib. İclasda sosial islahatların davamı olaraq əmək, pensiya, əlillik və digər sahələr üzrə normativ hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində görülmüş işlər barədə məlumat verilib. Qeyri-dövlət pensiya fondlarının yaradılması ilə bağlı 20-dən çox normativ hüquqi akt layihəsinin hazırlandığı diqqətə çatdırılıb. Hazırda 52 növ müavinət və təqaüdün proaktiv qaydada təyin olunduğu, sosial ödənişlərin proaktiv təyinatı mexanizminin əhatəliliyinin artırılması istiqamətində işlərin davam etdirildiyi bildirilib. Nazirlik tərəfindən həqiqi hərbi xidmətə çağırılan vətəndaşların yekun tibbi müayinəsi prosesinin rəqəmsal həllərin tətbiqi ilə həyata keçirildiyi vurğulanıb. Ötən dövrdə Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən Sığorta Fondunun…
Azərbaycan Mərkəzi Bankı (AMB) bankların kəşbək kampaniyalarının onların maliyyə dayanıqlığına mənfi təsir göstərdiyi halda, xərclərin optimizasiyası istiqamətində göstəriş verə biləcəyini açıqlayıb. GDP.Az xəbər verir ki, bunu AMB-nin baş direktoru Toğrul Əliyev qurumun “2024-cü ilin yarım illiyinə həsr olunan Maliyyə sabitliyi” hesabatının təqdimatında bildirib. Toğrul Əliyev qeyd edib ki, kəşbək məbləğləri bankların daxili biznes modellərinə uyğun qərarlara əsaslanır. Əgər xərc-zərərin təhlili nəticəsində bankların maliyyə dayanıqlığına təhlükə yarada biləcək hallar baş verərsə, Mərkəzi Bank banklara bu sahədə optimizasiya tədbirlərinin həyata keçirilməsi ilə bağlı göstəriş verə bilər. Xərclərin artması maliyyə sabitliyini təhdid edərsə, bu addımın atılması mümkün olacaq.
30 sentyabr 2024-cü il tarixində Azərbaycan Mərkəzi Bankının rəsmi valyuta ehtiyatları 11 milyard 795,8 milyon ABŞ dolları təşkil edib. GDP Mərkəzi Banka istinadən xəbər verir ki, rəsmi ehtiyatlar Sentyabr ayında 12,3 milyon dollar artıb. 30 Avqust 2024-cü il tarixində Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları 11 milyard 783.5 milyon dollara çatmışdı. 2024-cü ilin 8 ayı ərzində rəsmi ehtiyatlar 182,8 milyon dollar artıb.
