Author: Aynure Gdp

Milyarder İlon Maskın formalaşdırdığı komitə avqustdan ABŞ prezidentliyinə namizəd Donald Trampın təşviqatına 30 milyon dollar xərcləyib. GDP xəbər verir ki, “The Washington Post” qəzeti yazdığına görə, son həftələr qrupun işi respublikaçı və demokratların dəstəyi təxminən eyni olan ştatlar üzərində fokuslanıb. Daha əvvəl Mask Tramp administrasiyasında işləməyə marağını bildirib. Elə Donald Tramp da onu komandasına cəlb etməyə hazır olduğunu açıqlayıb.

Read More

Ford Çinlə rəqabəti ABŞ avtomobil sənayesi üçün ekzistensial təhlükə adlandırıb GDP xəbər verir ki, ABŞ-ın Ford şirkətinin baş direktoru Jim Farley etiraf edib ki, xüsusilə, onlar AI və ABŞ-da mövcud olan heç bir şeyə bənzəməyən digər texnologiyalardan istifadə edirlər. “Çinli avtomobil istehsalçıları öz məhsullarını inkişaf etdirərkən işıq sürəti ilə hərəkət edirlər”. Amerika istehsalçıları elektrikli avtomobillərdə gələcək görürlər, lakin onların satış artımı indi yüksək qiymətlərə görə səngiyib. Bunun fonunda keçən ilin dördüncü rübündə Çinin BYD şirkəti elektriklə işləyən avtomobillərin qlobal satışında Tesla-nı geridə qoyub.

Read More

Rusiyanın “Mir” ödəniş sistemi İranın “Şetab” sistemi ilə inteqrasiya olunur və təxminən 6 aydan sonra ölkədə fəaliyyətə başlayacaq. GDP xəbər verir ki, bunu İranın Rusiyadakı səfiri Kazım Cəlali bildirib. O əvvəllər bildirilmişdi ki, “Şetab” sistemi Rusiyada 2024-cü ilin avqust ayının sonuna kimi istifadəyə verilməlidir. “İndi biz Mir və Shetab ödəniş sistemlərini birləşdirməyə çalışırıq. Shetab hazırda test səviyyəsində işləyir. İnanıram ki, təxminən altı aydan sonra “Mir” ödəniş sistemi də İranda işə düşəcək”,– deyə qeyd edib Kazım Cəlalı.

Read More

Energetika naziri Pərviz Şahbazov sentyabrın 16-da Qırğız Respublikasının paytaxtı Bişkekdə keçiriləcək Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin energetika nazirlərinin 4-cü iclasında iştirak edəcək. GDP xəbər verir ki, iclasda TDT-yə üzv və müşahidəçi ölkələr arasında energetika sahəsində qarşılıqlı fəaliyyət və “TDT-nin Enerji Əməkdaşlığı üzrə Programı (2023-2027)” sənədi ilə bağlı müzakirələrin aparılacağı gözlənilir.Səfər çərçivəsində nazirin ikitərəfli görüşlərinin keçirilməsi də nəzərdə tutulur.

Read More

Bu il Çindən 200-cü konteyner qatarı Aktauya çatıb Aktau limanı Qazaxıstanın Sian terminalından yubiley qatarını qarşılayıb və yenidən yükləndikdən sonra Azərbaycana göndərilib. GDP xəbər verir ki, son bir ildə marşrut üzrə cəmi 11 konteyner qatarı tranzit keçib.

Read More

Səudiyyə Ərəbistanı neftin qiymətini dollar əvəzinə yuanla ödəməyə hazırdır GDP xəbər verir ki, Səudiyyəlilər Çinlə əməkdaşlığı genişləndirməkdə maraqlıdırlar. İlk növbədə neft tədarükünü artırmaq və bunun müqabilində Çin elektromobilləri almaq Səudiyyə Ərəbistanının əsas hədəflərindən biridir. Çin üçün ticarəti daha cəlbedici etməyə görə Səudiyyə Ərəbistanı yuana keçməyə hazırdır. Siyasəti ticarətlə qarışdırmadan hər zaman yeni ideyalara açıq olacağıq.

Read More