- ABB-nin rəhbəri Abbas İbrahimov: “Rusiyadakı törəmə bankımız ötən il 50 milyon dollar qazanıb”
- ABB müştərilərin ümumilikdə 3 milyon 958.704 min manat vəsaitini fırıldaqçılıq cəhdlərindən qoruyub
- AzerGold “Naxçıvan – memar Əcəmi irsi” gümüş sikkəsini təqdim edib
- Coinbase 2026-cı ilin birinci rübündə 88 milyon dollarlıq bitcoin alıb
- Tramp: ABŞ-da enerji böhranı yoxdur, neft ehtiyatları kifayət qədərdir
- Nazir: “Qarabağda 14 min hektara yaxın kənd təsərrüfatı torpağı investorlara verilib”
- Taleh Kazımov: “Lombardlarla bağlı hüquqi-normativ baza yenilənib və razılaşdırma mərhələsindədir”
- “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti yenidən təşkil ediləcək
Author: Aynure Gdp
Azərbaycan banklarının gəlirlilik göstəricilərində sabitlik gözlənilir Beynəlxalq maliyyə təşkilatının proqnozlarına əsasən, 2024-cü ildə Azərbaycan banklarının kapital gəlirliliyi (ROE) 16% təşkil edəcək. Proqnozlara əsasən Azərbaycan banklarının ROE göstəricisi 2024-2026-cı illər ərzində 16% səviyyəsində sabit qalacaq. Sektorun aktivlərin gəlirlilik göstəricisi (ROAA) 2024-2026-cı illər üçün 2.1% səviyyəsində proqnozlaşdırılır Müqayisə üçün qeyd edək ki, qonşu Ermənistanda ROE göstəricisinin 2024-cü ildə 20%-dən 2026-cı ildə 14%-ə qədər azalacağı gözlənilir. Analitik qeyd: Azərbaycan bank sektorunun gəlirlilik göstəricilərinin sabit qalması maliyyə sektorunun dayanıqlığına işarə edir. Bu göstəricilər həm yerli, həm də xarici əməliyyatları əhatə edir. Xüsusilə vurğulamaq lazımdır ki, aktivlərin gəlirlilik göstəricisinin (ROAA) 2.1% səviyyəsində sabit qalması bank…
Azərbaycan banklarında problemli kreditlərin həcmi azalıb, lakin proqnozlar artım göstərir. GDP xəbər verir ki, “S&P Global Ratings” beynəlxalq kredit reytinq agentliyinin Azərbaycan bank sektoru üzrə proqnozunda məlumat verilib. GDP xəbər verir ki, “S&P Global Ratings” proqnozlarına əsasən, 2024-cü ildə Azərbaycanın bank sektorunda problemli kreditlərin həcmi ümumi kredit portfelinin 3.0% təşkil edəcək. Bu göstərici növbəti illərdə də artım dinamikası göstərərək 2025-ci ildə 3.2%-ə, 2026-cı ildə isə 3.4%-ə çatacaq. Kredit itkiləri sahəsində də 2024-cü il üçün 1.2% səviyyəsində göstərici proqnozlaşdırılır və bu rəqəmin 2026-cı ilə qədər sabit qalacağı gözlənilir. Qeyd edək ki, ötən illərlə müqayisədə (2022-ci ildə 3.6%, 2023-cü ildə 2.6%) problemli…
Heyvan bazarları kənd təsərrüfatına yararsız torpaq sahələrində olmaqla ara məsafələri gözlənilməklə yerləşdirilir: avtomobil yollarından – 30 metr; fermalardan – 200 metr; su hövzələrindən – 100 metr; sənaye müəssisələrindən – 100 metr; yaşayış binalarından – 100 metr; Heyvan bazarlarında xidmət göstərən dayanacaqlar, istirahət meydançaları, ictimai-iaşə və digər xidmət obyektləri bazarın hasarla sərhədlənmiş əsas ərazisinin xaricində yaradılmalıdır. Bu ərazinin 4 tərəfi minimum 1.5 metr hündürlükdə, heyvanların hərəkətinin qarşısını alabilən material ilə hasarlanmalıdır. İnsanlar və nəqliyyat vasitələri üçün ayrı giriş-çıxış qapıları olmalı və dezobaryerlər quraşdırılmalıdır.
Trampın qələbəsi Maskın Çin maraqlarını gücləndirə bilər GDP -nin məlumatına görə, Bloomberg xəbər verir ki, Elon Mask ABŞ prezident seçkilərində Donald Trampın qələbəsi halında Çin lideri Si Cinpinin “nüfuzlu dostu” ola bilər. Tesla avtomobil şirkətinin rəhbəri artıq Çində xarici şirkətlərə nadir hallarda verilən vergi güzəştləri əldə edib və bu ilin yayında Tesla ilk dəfə Çinin dövlət satınalmaları siyahısına daxil edilib. Bloomberg-un sahibinin Harris-i dəstəklədiyi bir vaxtda, Amerika mediasının 90%-i Tramp və onun tərəfdarlarına qarşı mənfi mövqe nümayiş etdirir. Qeyd edək ki, Tramp seçki kampaniyası zamanı Çinlə əlaqələrin azaldılacağını vəd edib.
“PashaPay” şirkətinin məhsulu olan “Milliön” ödəmə sistemi 5000-ci terminalını işğaldan azad edilmiş Qarabağ bölgəsində quraşdırıb. Şirkətdən GDP-yə verilən məlumata görə, hazırda fəaliyyət göstərən terminalların 60 faizi Azərbaycanın regionlarında, 40 faizi isə paytaxt Bakı və Abşeron yarımadasında yerləşir. “Milliön” ödəmə sistemi hal-hazırda ölkə ərazisində 7 xidmət mərkəzi vasitəsilə fəaliyyət göstərir. Bu mərkəzlər Qəbələ, Naxçıvan, Lənkəran, Şirvan, Ağcabədi, Gəncə və Yevlax şəhərlərində yerləşir. Şirkətin 2025-ci il üçün inkişaf planlarına əsasən, Gəncə və Qubada daha iki yeni xidmət mərkəzinin açılması nəzərdə tutulur. “PashaPay”ın təqdim etdiyi “Milliön” sistemi vasitəsilə vətəndaşlar 900 növ müxtəlif ödəniş xidmətlərindən yararlana bilərlər. Sistem hər ay milyonlarla insana xidmət göstərir.…
İki ardıcıl sessiyada azalmadan sonra qızılın qiyməti bazar günü unsiya üçün 2,730 dollar səviyyəsində sabitləşib. GDP xəbər verir ki, bazarlar ABŞ prezident seçkiləri və Federal Ehtiyat Sisteminin (FED) siyasət qərarını gözləyir. Trampın ikinci prezidentlik dövrünün genişləndirici fiskal siyasət və yüksək tariflər vasitəsilə inflyasiyanı artıracağı ehtimalları investorları qızılı uzunmüddətli inflyasiya risklərindən qorunmaq üçün əldə saxlamağa sövq edib. Lakin rəy sorğuları prezident namizədləri arasında gərgin rəqabət göstərdiyindən bu gözləntilər mülayimləşib.FED-in bu həftə faiz dərəcəsini 25 baza punktu azaldacağı gözlənilir. Bu, sentyabrda həyata keçirilən yarım faiz bəndi azalmadan sonra növbəti yumşalma addımı olacaq. Bazarlar dekabr ayında da daha bir 25 baza bəndlij azalma…
2024-cü ilin ikinci rübündə ABŞ dollarının dünya valyuta ehtiyatlarındakı payı 58,22%-ə düşüb. GDP xəbər verir ki, bu, 1995-ci ildən – statistikanın aparılmağa başladığı dövrdən bəri ən aşağı göstəricidir. Ekspertlərin fikrincə, bu, dolların son 50 il ərzində ən zəif mövqeyidir. Analitiklər ABŞ-ın son illərdə həyata keçirdiyi geniş sanksiya siyasətinin dolların qlobal mövqeyinə mənfi təsir göstərdiyini qeyd edirlər. ABŞ-ın maliyyə sanksiyalarından intensiv istifadə etməsi beynəlxalq ticarətdə alternativ hesablaşma vasitələrinə marağı artırıb.
Amazon-un qurucusu Jeff Bezos şirkətin səhmlərinin tarixi maksimuma yaxınlaşdığı vaxtda 16 milyon ədəd səhmini sataraq rekord məbləğdə gəlir əldə edib. GDP xəbər verir ki, Bezos cəmi 24 saat ərzində 3 milyard dollardan çox qazanıb. Bu o deməkdir ki, hər saniyədə təxminən 34,7 min dollar gəlir əldə edib.Amazon səhmlərinin qiyməti son dövrün ən yüksək səviyyəsinə çatdığı bir vaxtda həyata keçirilən bu əməliyyat bazarda böyük marağa səbəb olub. Qeyd edək ki, Jeff Bezos hələ də Amazon-un ən böyük səhmdarlarından biri olaraq qalır və onun ümumi sərvəti dünyanın ən varlı insanları siyahısında ön sıralarda yer alır.Amazon-un səhmlərinin qiymətinin artması şirkətin e-ticarət və bulud…
Avropa Komissiyası Belçikanın Euroclear depozitarına Rusiya Mərkəzi Bankının dondurulmuş aktivlərindən birbaşa istifadə etməyə icazə verməyi nəzərdən keçirir. GDP xəbər verir ki, bu addım depozitarı Moskvanın potensial cavab tədbirlərindən qorumaq məqsədi daşıyır. GDP xəbər verir ki, mənbələrin bildirdiyinə görə, Avropa rəsmiləri bu variantı Rusiyaya qarşı sanksiyalara riayət etməklə bağlı Euroclear-in zərərlərini kompensasiya etmək üçün “son çarə” kimi qiymətləndirir. Hazırda depozitar Rusiya məhkəmələrində sanksiya altına düşmüş şəxslərin kompensasiya tələb edən iddialarıyla üzləşir. Rusiya məhkəmələri vəsaitlərin qaytarılmasını birbaşa məcbur edə bilməsə də, Qərb təşkilatlarına məxsus olan və öz növbəsində depozitara qarşı iddia qaldıra biləcək Euroclear-in Rusiya banklarındakı hesablarına təsir göstərə bilər. Bundan əlavə,…
Məşhur investor Uorren Baffetin “Berkshire Hathaway” holdinqi üçüncü rübdə iri alışlardan çəkinməklə yanaşı, ən böyük səhm paketlərini də azaldıb. GDP xəbər verir ki, şirkət “Apple”dakı səhmlərinin 25 faizini və “Bank of America”dakı səhmlərinin 23 faizini satıb. Nəticədə “Berkshire Hathaway”in nağd pul ehtiyatı 325,2 milyard dollara çataraq rekord həddə yüksəlib. Bu addım bazardakı qeyri-müəyyənlik şəraitində Baffetin ehtiyatlı mövqe tutduğunu göstərir. İnvestor şirkətlərin yüksək qiymətləndirilməsi səbəbindən yeni investisiyalar etməkdən çəkinir.
