- ABB-nin rəhbəri Abbas İbrahimov: “Rusiyadakı törəmə bankımız ötən il 50 milyon dollar qazanıb”
- ABB müştərilərin ümumilikdə 3 milyon 958.704 min manat vəsaitini fırıldaqçılıq cəhdlərindən qoruyub
- AzerGold “Naxçıvan – memar Əcəmi irsi” gümüş sikkəsini təqdim edib
- Coinbase 2026-cı ilin birinci rübündə 88 milyon dollarlıq bitcoin alıb
- Tramp: ABŞ-da enerji böhranı yoxdur, neft ehtiyatları kifayət qədərdir
- Nazir: “Qarabağda 14 min hektara yaxın kənd təsərrüfatı torpağı investorlara verilib”
- Taleh Kazımov: “Lombardlarla bağlı hüquqi-normativ baza yenilənib və razılaşdırma mərhələsindədir”
- “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti yenidən təşkil ediləcək
Author: Aynure Gdp
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Taleh Kazımov Azərbaycanda mövcud inflyasiyanın strukturu barədə açıqlama verib. GDP xəbər verir ki, AMB rəhbərinin sözlərinə görə, 2024-cü ilin 9 ayı ərzində inflyasiyanın formalaşmasında təklif faktorları əsas rol oynayıb. Taleh Kazımov bildirib ki, inflyasiyaya artırıcı təsir göstərən amillər arasında ticarət tərəfdaşlarının inflyasiyası 6.2 faiz bəndi, kənd təsərrüfatı istehsalçılarının payı 1.31 faiz bəndi, ev təsərrüfatlarının istehlakı 0.8 faiz bəndi, dövlət istehlakı 0.68 faiz bəndi və tənzimlənən qiymətlər 0.6 faiz bəndi təşkil edib. AMB sədri qeyd edib ki, eyni dövrdə inflyasiyanı azaldan amillər sırasında manatın nominal effektiv məzənnəsinin təsiri 4 faiz bəndi, digər amillərin təsiri…
Hazırkı monetar siyasət inflyasiyanın hədəf diapazonu (4±2%) daxilində saxlanılmasına və inflyasiya gözləntilərinin sabitləşdirilməsinə yönəlib. GDP xəbər verir ki, Mərkəzi Bankın baza ssenarisinə əsasən, 2024-cü ilin sonu və 2025-ci il üçün illik inflyasiyanın hədəf çərçivəsində qalacağı gözlənilir.Yenilənmiş oktyabr proqnozları göstərir ki, illik inflyasiya növbəti iki il ərzində də hədəf diapazonundan kənara çıxmayacaq – 2024-cü ilin sonuna 5.1%, 2025-ci ildə isə 5.8% səviyyəsində olacağı gözlənilir.
Cari ildə valyuta bazarında sabitlik qorunub və Mərkəzi Bankın təşkil etdiyi hərraclarda bütün tələblər qarşılanıb. GDP xəbərinə görə Mərkəzi Bankın bu barədə olan məlumatında qeyd olunur li, valyuta bazarı profisitli tədiyə balansı şəraitində fəaliyyət göstərsə də, ötən ay dövlət layihələri, müdafiə və digər strateji əhəmiyyətli xərclərin maliyyələşdirilməsi üçün 424 milyon ABŞ dolları həcmində xüsusi satış həyata keçirilib.Nəticədə Mərkəzi Bankın valyuta ehtiyatları 10 ay ərzində 241 milyon dollar azalıb. Bu satış 2023-cü ildə valyuta bazarından alınmış 2.1 milyard dollar hesabına aparılıb.Qeyd edək ki, valyuta satışı əvvəlki illərdə alış yönlü valyuta müdaxiləsi hesabına artan pul kütləsinin bir hissəsini sterilizasiya etməyə imkan verir…
Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti növbəti pul siyasəti qərarını açıqlayıb. Qərara əsasən uçot dərəcəsi 7.25 faiz səviyyəsində saxlanılıb. GDP xəbər verir ki, faiz dəhlizinin parametrləri də dəyişməz qalıb. Belə ki, dəhlizin aşağı həddi 6.25 faiz, yuxarı həddi isə 8.25 faiz təşkil edir. Bu qərar faktiki və gözlənilən inflyasiyanın hədəf çərçivəsində (4±2%) olması, eyni zamanda daxili və xarici iqtisadi mühitin təhlili əsasında qəbul edilib.
ABŞ dolları indeksi cümə günü 103.9 səviyyəsində sabitləşib. GDP xəbər verir ki, dörd ardıcıl azalma sessiyasından sonra investorlar Federal Ehtiyatların siyasət iclası və qarşıdan gələn ABŞ prezident seçkiləri öncəsi əmək bazarının vəziyyətini qiymətləndirmək üçün oktyabr ayının məşğulluq hesabatını gözləyirlər. Bundan əlavə,inflyasiya göstəriciləri qiymət təzyiqlərinin azaldığını, ABŞ iqtisadiyyatının isə üçüncü rübdə gözləniləndən az böyüdüyünü göstərib.Bu amillər FED-in gələn həftə faiz dərəcələrini azaldacağı gözləntilərini gücləndirib, lakin azalmanın daha mülayim templə – 25 baza bəndi həcmində olacağı ehtimal edilir. Dollar əsas valyutalara qarşı sabit qalsa da, Yaponiya Mərkəzi Bankının daha az yumşaq açıqlamalarından sonra yen qarşısında təzyiqə məruz qalıb.
Texnologiya nəhəngi Amazon 2024-cü maliyyə ilinin üçüncü rübü üzrə maliyyə nəticələrini açıqlayıb. GDP xəbər verir ki, şirkətin gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 11% artaraq 159 milyard dollar təşkil edib ki, bu da bazar gözləntilərindən 1.6 milyard dollar yüksəkdir. Əməliyyat marjası illik müqayisədə 3 faiz bəndi artaraq 11%-ə yüksəlib. Son 12 ayın sərbəst pul axını (FCF) 48 milyard dollar olub. Şirkətin bulud xidmətləri bölməsi olan AWS-in gəlirləri 19% artaraq 27.5 milyard dollara çatıb. Bu bölmənin əməliyyat marjası illik müqayisədə 8 faiz bəndi artaraq 38%-ə yüksəlib. Amazon dördüncü rüb üçün təxminən 185 milyard dollarlıq gəlir proqnozlaşdırır ki, bu da analitiklərin…
Warren Buffettin rəhbərlik etdiyi Berkshire Hathaway şirkətinin səhmləri son 4 həftənin ən aşağı səviyyəsinə – 452.25 ABŞ dollarına qədər ucuzlaşıb. GDP xəbər verir ki, son 4 həftə ərzində şirkətin səhmləri 0.95% dəyər itirib. Buna baxmayaraq, illik müqayisədə səhmlərin dəyərində əhəmiyyətli artım müşahidə edilib – son 12 ayda 31.66% yüksəliş qeydə alınıb. Bu qısamüddətli enmə fonunda şirkətin uzunmüddətli investisiya strategiyası və diversifikasiya olunmuş portfeli səhmlərin illik müsbət dinamikasını təmin edib.
Nyu-York fond birjasında Dow Jones İndeksi cümə axşamı 378 punkt və ya 0.90 faiz azalaraq ticarət sessiyasını başa vurub. GDP xəbər verir ki, n çox ucuzlaşma texnologiya şirkətlərinin payına düşüb. Microsoft səhmləri 5.85%, Intel 3.27% və Amazon 3.21% dəyər itirib. Sessiya ərzində ən yüksək artım göstərən şirkətlər arasında Verizon (2.03%), Walt Disney (1.42%) və Amgen (1.35%) yer alıb. İndeksin enişində texnologiya şirkətlərinin gözləntilərindən aşağı maliyyə proqnozları əsas rol oynayıb.
Yaponiya Mərkəzi Bankı (BoJ) oktyabr ayında keçirilən iclasında əsas qısamüddətli faiz dərəcəsini yekdilliklə 2008-ci ildən bəri ən yüksək səviyyə olan 0.25 faiz səviyyəsində saxlayıb. Bu qərar bazar gözləntilərinə uyğun olub. GDP xəbər verir ki, qərar Yaponiyadakı seçkilərdən sonra dəyişən siyasi mənzərə və ABŞ prezident seçkiləri ərəfəsində qəbul edilib. Bank rəhbəri Kazuo Ueda qlobal iqtisadi perspektivlərlə bağlı artan qeyri-müəyyənliklə əlaqədar narahatlığını ifadə edib. O bildirib ki, mart və iyul aylarında faiz artımlarından sonra risk faktorlarını təhlil etmək üçün kifayət qədər vaxt var. Bankın Siyasət Şurası iqtisadi və qiymət göstəriciləri proqnozlara uyğun gəldiyi təqdirdə, gələcəkdə faiz dərəcələrini artırmağa hazır olduqlarını təsdiqləyib. Rüblük…
Amerika Birləşmiş Ştatlarında gözlənilən prezident seçkiləri ərəfəsində qlobal qızıl bazarında tələbat tarixi rekord həddə çatıb. GDP xəbər verir ki, Dünya Qızıl Şurasının məlumatına əsasən, qızıla olan tələbat ilk dəfə olaraq 100 milyard dollar səviyyəsini keçib. Qurumun hesabatında qeyd olunur ki, 2024-cü ilin iyul-sentyabr ayları ərzində qlobal qızıl alışları ötən ilin eyni dövrü ilə müqayisədə 35 faiz artım qeydə alınıp. Bu artımın əsas səbəbi kimi dünyada artan geosiyasi gərginlik və qeyri-müəyyənlik göstərilir. İnvestorların təhlükəsiz liman axtarışı nəticəsində qiymətli metalın bir unsiyasının dəyəri bu həftə yeni rekord müəyyənləşdirərək 2779 dollar səviyyəsinə yüksəlib. Bazarın təhlilçiləri qeyd edirlər ki, ABŞ-da gözlənilən prezident seçkiləri ərəfəsində…
