Author: Aynure Gdp

Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarov İqlim Dəyişmələri üzrə COP29-un Liderlər Sammiti çərçivəsində “Əməkdaşlığın Gücü: Net-Zero üçün fəaliyyətlərin birləşdirilməsi” mövzusunda keçirilən panel müzakirəsində çıxış edib. Çıxışı zamanı nazir yaşıl ticarət və yaşıl investisiyaların əhəmiyyətini vurğulayaraq, Azərbaycanın COP29 çərçivəsində dəstəklədiyi və sponsorluq etdiyi birgə layihələr barədə məlumat verib. Nazir bildirib ki, Azərbaycan Prezidentliyinin tərəfdaşı olduğu bu layihə, Ricardo və onun komandası ilə əməkdaşlıqda həyata keçirilir və yaşıl istehsal və yaşıl ticarətin izini izləyən funksional bir alət istifadəyə veriləcək. Bu alət, iqtisadi mürəkkəblik yanaşması əsasında yaşıl istehsalat və ticarəti izləmək üçün yaradılıb və qlobal karbon bazarları üçün effektiv bir vasitə olacağı gözlənilir.…

Read More

Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin qərarı ilə Yaşıl Taksonomiya təsdiq edilib. GDP xəbər verir ki, bu, iqtisadi sektorlar üzrə yaşıl fəaliyyət növlərinin, alt-növlərinin və onların texniki təsnifat meyarlarının müəyyən edilməsi üçün bir təsnifat sistemidir. Əsasən maliyyə institutları tərəfindən istifadə üçün nəzərdə tutulan Yaşıl Taksonomiya, özəl sektorun biznes fəaliyyətlərinin Taksonomiyada müəyyən edilmiş meyar və prinsiplərə uyğunluğunun təmin edilməsi, yaşıl və dayanıqlı keçid strategiyalarının hazırlanması, məlumatların ictimaiyyətə açıqlanması, yaşıl investisiyaların cəlb edilməsi kimi istiqamətlərdə istifadə edilə bilər. Bu addım Azərbaycanda dayanıqlı maliyyə ekosisteminin formalaşdırılmasına, daxili və xarici resursların yaşıl və dayanıqlı layihələrə yönəldilməsinə, iqlim risklərinin tənzimlənməsinə və aşağı karbon iqtisadiyyatına keçid…

Read More

Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarov COP29 Liderlər Sammiti çərçivəsində keçirilən “Əməkdaşlığın Gücü: Net-Zero üçün fəaliyyətlərin birləşdirilməsi” mövzusunda panel müzakirədə çıxış edib. GDP xəbər verir ki, Nazir çıxışında yalnız hökumətlərin və çoxtərəfli təşkilatların deyil, özəl sektorun da iqlim hədəflərinə çatmaqda əhəmiyyətli rol oynadığını vurğulayıb. “Özəl sektor bu prosesin ayrılmaz bir hissəsidir və onların aktiv iştirakı olmadan dayanıqlı nəticələrə nail olmaq çətindir,” deyə Cabbarov qeyd edib. Nazir, sammitin ilk iki günündə əldə olunan erkən uğurlardan bəhs edərək, əsas nailiyyətlərdən birinin karbon bazarlarının fəaliyyətində vacib yer tutan və uzun müddət həll olunmamış qalan 6.4-cü maddə ilə bağlı olduğunu bildirib. “Bu maddənin reallaşması,…

Read More

Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarov İqlim Dəyişmələri üzrə COP29 Liderlər Sammiti çərçivəsində “Əməkdaşlığın Gücü: Net-Zero üçün fəaliyyətlərin birləşdirilməsi” mövzusunda keçirilən panel müzakirədə çıxış edib. GDP xəbər verir ki, o, çıxışında gələcək uğurların təməlində dayanan üç əsas prinsipdən bəhs edib: inklüzivlik, bərabərlik və özəl sektorun prosesə cəlb edilməsi. Nazir vurğulayıb ki, bu prinsiplər üzərində birgə səylərin qurulması ilə effektiv nəticələr əldə etmək mümkündür. Cabbarov həmçinin qeyd edib ki, indiyə qədər müxtəlif yanaşmalar sınaqdan keçirilsə də, əksəriyyəti nəzərdə tutulan məqsədlərə çatmayıb. “Bu üç prinsip gələcək əməkdaşlıqlarımızın və iqlim məqsədlərimizin təmin olunmasına yönəlmiş əsas istiqamətlərdir,” deyə o bildirib. Bu çıxış, Azərbaycan iqtisadiyyatının…

Read More

Çinin “BYD Company Limited” şirkəti ilə Azərbaycanda elektrik avtobus istehsalının lokallaşdırılması üzrə müqavilə imzalanıb. GDP xəbər verir ki, Sumqayıt Kimya Sənaye Parkında qurulacaq zavodda illik 500 ədəd elektrik avtobus istehsalı planlaşdırılır. Layihəyə 17.1 milyon ABŞ dolları investisiya qoyulacaq və 600 yeni iş yeri yaradılacaq. 2030-cu ilədək mərhələli şəkildə lokallaşma səviyyəsinin 40%-ə çatdırılması hədəflənir. COP29 konfransı çərçivəsində pilot layihə olaraq ölkəyə 160 ədəd BYD markalı elektrik avtobus gətirilib və artıq marşrut xətlərinə buraxılıb. Layihədə “Azərbaycan İnvestisiya Şirkəti” ASC payçı, “Electrify Azerbaijan” MMC isə BYD-nin yerli tərəfdaşı kimi iştirak edir. BYD şirkəti gələcəkdə elektriklə işləyən yüngül yük maşınları və minik avtomobillərinin istehsalını…

Read More

Noyabrın 13-də İtaliyanın Baş naziri Giorgia Meloni BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasında iştirak etmək üçün Azərbaycan Respublikasına səfərə gəlib. GDP xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və digər rəsmi şəxslər qarşılayıblar.

Read More

Tesla və SpaceX-in qurucusu İlon Maskın Donald Trumpın seçki kampaniyasına yatırdığı sərmayə gözlənilməz şəkildə yüksək gəlir gətirib. GDP xəbər verir ki, CNBC-nin məlumatına görə, biznesmen kampaniyaya 130 milyon dollar yatırım edib və bu investisiya 540 dəfə gəlir gətirib. Tesla səhmlərinin son günlərdəki 40%-lik artımı nəticəsində Maskın şəxsi sərvəti təxminən 70 milyard dollar artıb. Bu artım onu dünyanın ən varlı ikinci insanı olan Oracle-ın həmtəsisçisi Larri Ellisondan 90 milyard dollar irəli çıxarıb. Hazırda Trampın əsas müttəfiqi sayılan Maskın ümumi aktivləri 320 milyard dollar səviyyəsindədir. Bundan əlavə, Maskın dəstəklədiyi Dogecoin (DOGE) kriptovalyutası son günlərdə 47% artaraq bazar dəyərini 62 milyard dollara çatdırıb.…

Read More