Author: Aynure Gdp

Azərbaycanda aqrar sığorta mexanizmi üzrə əkin sahələri və sığorta ödənişləri artıb. GDP xəbər verir ki, Aqrar Sığorta Fondunun məlumatına görə, 2024-cü ilin ilk 9 ayında Azərbaycanda 405 604 hektar əkin sahəsi sığortalanıb. Bu dövrdə ən çox sığortalanan kənd təsərrüfatı bitkiləri nar və fındıq bağları, qarğıdalı, çəltik, şəkər çuğunduru, buğda, arpa və pambıq sahələri olub. Bildirilib ki, cari ilin yanvar-sentyabr aylarında kənd təsərrüfatı əkinlərinin sığortası üzrə 10 milyon 856 min manat sığorta haqqı toplanıb və 457 milyon manat sığorta təminatı verilib. Eyni zamanda, ölkə üzrə 2 380 baş iri və xırdabuynuzlu mal-qara sığorta edilib. Heyvanların sığortası üzrə 1 milyon 412 min…

Read More

2025-ci il məhsulu üçün müasir suvarma sistemləri ilə təchiz olunmuş sahələrdə ərzaqlıq buğda əkininə dair Kənd Təsərrüfatı Nazirliyi ilə müqavilələrin bağlanması müddəti noyabrın 1-də başa çatır.  Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumaytda bildirilir ki, öz sahələrində Pivot suvarma sistemi quraraq ərzaqlıq buğda əkini aparmaq istəyən fermerlər qeyd olunan tarixədək Nazirliyə müraciət edərək, müvafiq müqaviləni imzalamalıdır.  Qeyd edək ki, “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 19 iyul tarixli 1754 nömrəli Fərmanına əsasən istehsalın etibarlı təşkili ilə əlaqədar tədbirlər 2024-cü ildə də davam etdirilib. 2024-cü ilin məhsulu üçün müqavilə imzalanmış 29 təsərrüfatda 23765…

Read More

“COP29-la bağlı müxtəlif mağaza, restoran, gözəllik salonları və digər bu kimi iaşə obyektlərinin fəaliyyəti ilə bağlı hansısa məhdudiyyət nəzərdə tutulmayıb və bu səbəbdən onların iş rejimində hansısa dəyişikliyin olması gözlənilmir”. Bunu COP29 Əməliyyat Şirkətinin Koordinasiya Şurasının üzvü Ayan Nəcəf deyib. O, eyni zamanda, qeyd edib ki, Bakıda İqlim fəaliyyəti üzrə Dünya Liderlərinin Sammitinin keçirildiyi 12-13 noyabr tarixlərində bəzi yollarda məhdudiyyətlər tətbiq olunacaq: “Həmin tarixlərdə işə gedən vətəndaşları çətinlik yaşanmasın deyə, daha çox ictimai nəqliyyatdan, xüsusən, yeraltı nəqliyyatdan istifadə etməyə çağırırıq”. Mənbə:APA

Read More

Azərbaycan Respublikasının Dövlət Neft Fondu (ARDNF) Səudiyyə Ərəbistanı Krallığında investisiya imkanlarının araşdırılması məqsədilə Hassana İnvestisiya Şirkəti ilə Anlaşma Memorandumu imzalayıb. GDP ARDNF-ə istinadən xəbər verir ki, Anlaşma Memorandumu, Hassana İnvestisiya Şirkətinin İcraçı direktoru Saad bin Abdulmohsen Al-Fadli və ARDNF-nin İcraçı direktoru İsrafil Məmmədov tərəfindən imzalanmışdır. “Bu Anlaşma Memorandumu yalnız iki maliyyə qurumunun razılaşması deyil, eyni zamanda strateji investisiyalar və dayanıqlı inkişaf üçün ortaq məqsədlərə yönəlmiş tərəfdaşlığın başlanğıcıdır. Bu əməkdaşlıq ARDNF-nin “Vision 2030” strateji hədəfləri çərçivəsində əhəmiyyətli inkişaf və transformasiya dövründən keçən Səudiyyə Ərəbistanındakı investisiya strategiyası baxımından əhəmiyyətli bir mərhələdir. Biz Hassana ilə qarşılıqlı maraq doğuran layihələri müəyyən etmək və inkişaf etdirmək üçün…

Read More

Azərbaycan Mərkəzi Bankı bu ilin yanvar-sentyabr ayları üzrə vaxtı keçmiş kreditlərin bankların hesabatları ilə açıqladığı rəqəmlər arasında yaranan fərqin səbəbini açıqlayıb. AMB-dən bildirilib ki, bu, yanaşma fərqindən irəli gəlir. Belə ki, Mərkəzi Bankın statistik bülletenində Beynəxalq Valyuta Fondu tərəfindən istifadə olunan yanaşma əsas götürülür və açıqlanan rəqəmlər kreditin əsas borcu üzrə 30 gündən çox gecikən hissəsini əhatə edir. Lakin, banklar tərəfindən isə bank nəzarəti üzrə beynəlxalq təcrübədə istifadə olunan prudensial yanaşmaya əsasən açıqlanan vaxtı keçmiş kreditlərin (30+ gün) məbləğində kreditin əsas borc üzrə qalığı tam olaraq göstərilir. Qeyd edilib ki, Mərkəzi Bank tərəfindən aylıq əsasda prudensial yanaşmaya uyğun olaraq qeyri-işlək…

Read More

Azərbaycan Beynəlxalq Bankının (ABB) İdarə Heyətinin sədri Abbas İbrahimov bankın COP29-un Əsas Bank Tərəfdaşı olduğunu elan edib. GDP xəbər verir ki, A.İbrahimov qeyd edib ki, iqlim dəyişikliyi artıq sadəcə ekoloji problem deyil, eyni zamanda iqtisadi və sosial tarazlığa dərindən təsir göstərən reallıqdır. Onun sözlərinə görə, belə bir çağırış qarşısında, xüsusən iqlim maliyyələşməsinə çıxış imkanlarının genişləndirilməsində bank sektorunun da üzərinə məsuliyyət düşür. Bank rəhbəri vurğulayıb ki, COP29 iqlim dəyişikliyi ilə mübarizədə təkcə ölkələrin deyil, biznesin, o cümlədən maliyyə sektorunun oynadığı əhəmiyyətli rolun müzakirəsi üçün mühüm platforma təqdim edir. “Ümidvarıq ki, belə bir imkandan hamılıqla faydalana biləcək, COP29-da qazandığımız bilik və təcrübə…

Read More

2024-cü il üzrə Charities Aid Foundation-ın (CAF) World Giving Index hesabatında Azərbaycan dünya üzrə ən böyük geriləmə yaşayan ölkə kimi qeydə alınıb. GDP xəbər verir ki, ölkə 65 pillə geriləyərək 119-cu sıraya düşüb və bu, ölkədə ianəçilik və könüllülük sahəsində azalmanın davam etdiyini göstərir. CAF hesabatına əsasən, Azərbaycanın bu enişi, ianə vermə və ictimaiyyətə yardım fəaliyyətindəki azalma ilə əlaqələndirilir. Ümumilikdə isə, dünya üzrə 75 ölkə indeks ballarını artırarkən, 51 ölkədə azalma müşahidə olunub və 16 ölkənin göstəriciləri dəyişməz qalıb. Hesabatda Yunanıstan, Filippin və Sinqapur 2023-cü ildə ən böyük irəliləyiş göstərən ölkələr kimi diqqət çəkib. Yunanıstanın qəribə kömək göstərmə sahəsində ən…

Read More

Mastercard, iqtisadi inkişafı gücləndirmək və sosial məsuliyyətlərini yerinə yetirmək öhdəliyini vurğulayaraq 2023 ESG (Ətraf Mühit, Sosial və İdarəetmə) Hesabatını təqdim edib. GDP xəbər verir ki, “Yaxşı işlər görməklə uğur əldə etmək” prinsipinə əsaslanan Mastercard, bu hesabatda İnsanlar, Rifah və Planet mövzuları üzrə əldə etdiyi əsas nailiyyətləri açıqlayıb. İnsanları dəstəkləmək istiqamətində qadın və kişi işçilər arasında maaş bərabərliyini 96.4% səviyyəsinə çatdıran Mastercard, həmçinin “Girls4Tech™” proqramı ilə 6.8 milyon qıza texniki təhsil verib. Dünyada rifahı təşviq etmək məqsədilə isə 870 milyondan çox insanı rəqəmsal iqtisadiyyata cəlb edib və 48 milyon kiçik müəssisəyə dəstək olub. Bu məqsədlə 37 milyon qadın sahibkara və 12…

Read More

Azərbaycan Mərkəzi Bankı (AMB) əməkdaşlarının tibbi sığortalanması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub. Dövlət satınalmalarının vahid internet portalında verilən məlumata görə, tenderin qalibi “PAŞA Sığorta” ASC-dir. Qalib şirkətə 818 min manat ödəniləcək. AMB ötən il bu sığorta növü üzrə “Meqa Sığorta” ASC-ni seçmişdi.

Read More

Oktyabrın 31-də “Bakı Hərrac Mərkəzi” MMC-də ləğv prosesində olan “Atabank” ASC-nin daşınmaz əmlakının satışı üzrə açıq hərrac keçiriləcək. GDP xəbər verir ki, bu barədə Bankın ləğvedicisi – Əmanətlərin Sığortalanması Fondu (ƏSF) məlumat yayıb. Söhbət Şəmkir şəhəri, Həsən Əliyev küçəsi, 5 ünvanında yerləşən, dəyəri 360 min manat olan 882,7 kv.metrlik əmlak kompleksindən gedir.

Read More