Author: Aynure Gdp

Azərbaycan nüvədən dinc məqsədlərlə istifadə prinsipinə sadiqdir və COP28, Nüvə Enerjisi Sammitindən sonra COP29-un da iqlim dəyişikliyi ilə mübarizədə nüvə enerjisinin əhəmiyyətini vurğulayan və onu təşviq edən bir platforma olmasına xüsusi diqqət yetirəcək. GDP xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov Romada İtaliya və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) birgə təşkilatçılığı ilə keçirilən Ümumdünya Termo Nüvə Enerjisi Qrupunun (World Fusion Energy Group – WFEG) birinci nazirlər iclasındakı çıxışında deyib. Nazir nüvə enerjisinin yüksək səmərəliliyi, minimal resursla böyük miqdarda elektrik enerjisi istehsal etməsi və aşağı karbon emissiyası ilə təmiz, sabit və uzunmüddətli enerji mənbəyi kimi qlobal enerji keçidində…

Read More

Maliyyə bazarlarında kəskin artım müşahidə olunub. Dow Jones Sənaye İndeksi üzrə fyuçerslər 1,200 punkt və ya təxminən 2.9% artaraq son 1.5 ilin ən yüksək artımını qeydə alıb. GDP xəbər verir ki, Wall Street-in digər əsas indeksləri də müsbət dinamika nümayiş etdirib. Belə ki, S&P 500 fyuçersləri 2.4% yüksəlib, Nasdaq 100 texnologiya indeksi isə 1.8% artıb. Qeyd edək ki, Dow Jones indeksinin bir ticarət sessiyası ərzində 1,000 punktdan çox artması nadir hallarda baş verir. Sonuncu belə kəskin artım 2022-ci ilin noyabr ayında qeydə alınmışdı. Ekspertlər bu artımı investorların gələcəyə olan optimist gözləntiləri və maliyyə bazarlarında artan likvidliklə əlaqələndirirlər.

Read More

Tesla şirkətinin səhmləri Donald Trampın ABŞ prezidenti seçilməsi xəbərindən sonra 15% artıb. GDP xəbər verir ki, investorlar Elon Maskın şirkətinin Trampın Ağ Evə qayıdışından əhəmiyyətli dərəcədə faydalanacağını proqnozlaşdırır. Qeyd edək ki, Elon Mask respublikaçı namizədləri dəstəkləmək üçün 130 milyon dollardan çox vəsait sərf edib və X platformasında onların gündəliyini fəal şəkildə təbliğ edib. Tramp da öz növbəsində Floridadakı seçki kampaniyası zamanı Maskı tərifləyib. Wedbush analitikləri hesab edir ki, tənzimləmələrin azaldılması və emissiya standartlarının yumşaldılması Teslaya rəqabət üstünlüyü verə bilər. Mask özü də avtonom nəqliyyat vasitələrinin təsdiqlənməsi proseslərinin sadələşdirilməsinin potensial faydalarını vurğulayıb. Trampın qələbəsi İnflyasiyanın Azaldılması Aktı da daxil olmaqla bir…

Read More

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp ölkənin gələcək siyasi kursunun əsas istiqamətlərini açıqlayıb. GDP xəbər verir ki,o, bundan sonra müharibələrin dayandırılacağını vəd edib. “Bizim kursumuz 180 dərəcə dəyişəcək. Biz bunu hər yerdə, bütün sahələrdə edəcəyik və bu, amerikalıların öz ölkələrində nəzarəti yenidən ələ alacağı dövr olacaq”, – deyə Tramp bildirib. Yeni prezident həmçinin Amerikanı “yenidən sağlam edəcəyini” vəd edib. O, vergilərin azaldılacağını və ABŞ-ın Səudiyyə Ərəbistanı və Rusiyadan daha çox neft ehtiyatına malik olduğunu qeyd edib.

Read More

Donald Tramp Floridada tərəfdarları qarşısında çıxış edərək özünü ABŞ prezident seçkilərinin qalibi elan edib. GDP xəbər verir ki, o, çıxışı zamanı Birləşmiş Ştatların “qızıl dövrünü” başlayacağını vəd edib. Tərəfdarları qarşısındakı nitqində Tramp seçkilərdə “heyrətamiz qələbə” qazandığını və bu qələbənin bütün Amerika xalqının maraqlarına xidmət edəcəyini bildirib. Qeyd edək ki, bu açıqlama rəsmi seçki nəticələrinin elan edilməsindən əvvəl səsləndirilib.

Read More

Bişkekdə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin mərkəzi banklarının Şurasının yaradılmasına dair mühüm sənəd imzalanıb. GDP-nin məlumatına görə, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Taleh Kazımov öz rəsmi sosial şəbəkə hesabında bildirilib ki, imzalanan memorandum qurumlar arasında əməkdaşlığın yeni mərhələsinin başlanğıcı olacaq. Sənəd təşkilata üzv ölkələrin mərkəzi (milli) bankları arasında əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsinə xidmət edəcək. Eyni zamanda, memorandum çərçivəsində müxtəlif sahələrdə qurumlar arasında bilik və təcrübə mübadiləsinin təşviqi nəzərdə tutulur.

Read More

Bu gün səhər neft bazarlarında qiymətlər kəskin şəkildə aşağı düşüb. Bazarda ABŞ prezident seçkilərinin ilkin nəticələri və ölkənin neft ehtiyatları barədə qeyri-rəsmi məlumatlar qiymətlərə təsir göstərir. GDP xəbər verir ki, London ICE Futures birjasında Brent markalı neftin yanvar fyuçersləri Bakı vaxtı ilə 09:11-də bir barreli 74,63 dollar təşkil edib ki, bu da əvvəlki ticarət sessiyasının bağlanış qiyməti ilə müqayisədə 0,9 dollar və ya 1,19 faiz azalma deməkdir. Nyu-York Əmtəə Birjasının elektron ticarətində WTI markalı neftin dekabr fyuçersləri 0,81 dollar və ya 1,13 faiz azalaraq bir barreli 71,18 dollar səviyyəsinə düşüb.

Read More