- ABB-nin rəhbəri Abbas İbrahimov: “Rusiyadakı törəmə bankımız ötən il 50 milyon dollar qazanıb”
- ABB müştərilərin ümumilikdə 3 milyon 958.704 min manat vəsaitini fırıldaqçılıq cəhdlərindən qoruyub
- AzerGold “Naxçıvan – memar Əcəmi irsi” gümüş sikkəsini təqdim edib
- Coinbase 2026-cı ilin birinci rübündə 88 milyon dollarlıq bitcoin alıb
- Tramp: ABŞ-da enerji böhranı yoxdur, neft ehtiyatları kifayət qədərdir
- Nazir: “Qarabağda 14 min hektara yaxın kənd təsərrüfatı torpağı investorlara verilib”
- Taleh Kazımov: “Lombardlarla bağlı hüquqi-normativ baza yenilənib və razılaşdırma mərhələsindədir”
- “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti yenidən təşkil ediləcək
Author: Aynure Gdp
Wall Street-in “ağır çəkili” idmançıları Davos tipli konfrans üçün Ər-Riyada axışsa belə, Səudiyyə Ərəbistanı aşağı neft qiymətləri, büdcə kəsirləri və xarici investisiyaların cəlb edilməsi ilə bağlı çətinliklərlə mübarizə aparır. GDP xəbər verir ki, bu, krallığı başqa bir maliyyə mənbəyinə arxalanmağa məcbur edir: borc. ABŞ dolları və avro ilə korporativ və suveren satışları əhatə edən Bloomberg-in tərtib etdiyi məlumatlara görə Səudiyyə hökuməti və onun İctimai İnvestisiya Fondu kimi qurumlar 2024-cü ildə təxminən 50 milyard dollarlıq istiqraz buraxıblar. Bu aktivlik neftlə zəngin ölkəni bu il inkişaf etməkdə olan bazarlarda beynəlxalq borcun ən böyük emitentlərindən birinə çevirdi. Arqaam Capital-ın sabit gəlirli araşdırma direktoru…
Azərbaycan Mərkəzi Bankının sədr müavini Əliyar Məmmədyarov Bankın nümayəndə heyətinin İllik Toplantılarda iştirakı çərçivəsində Macarıstan Mərkəzi Bankının sədr müavini Barnabas Viraq ilə görüşüb. GDP xəbər verir ki, görüşdə mərkəzi banklar arasında mövcud əməkdaşlıq əlaqələrindən məmnunluq ifadə olunub, eləcə də qarşılıqlı təlim və təcrübə mübadiləsi səfərlərinin təşkil olunması yüksək qiymətləndirilib.Görüş zamanı ölkələr arasında mövcud iqtisadi əlaqələr, makroiqtisadi vəziyyət və maliyyə sektorları arasında əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.
27 oktyabr 2024-cü il tarixində Azərbaycanda qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün ixtisas imtahanı keçirilib. Bu barədə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının prezidenti Vüqar Oruc məlumat verib. O, bildirib ki, ixtisas imtahanına 7 qiymətləndirmə istiqaməti üzrə 142 nəfər namizəd qatılıb, onlardan 106 namizəd imtahanı müvəfəqiyyətlə başa vurub. Qanunvericiliyə əsasən, imtahandan uğurla keçən namizədlərə 5 iş günü müddətində qiymətləndirmə fəaliyyətinin müvafiq istiqaməti üzrə ixtisas şəhadətnaməsi veriləcək. Eyni zamanda, həmin şəxslərdən ibarət Azərbaycan Qiymətləndiricilər Palatası formalaşdırılacaq. “Çox xoşbəxtəm ki, bu proseslərin təşkili mən və fədakar komandamız tərəfindən həyata keçirildi. İmtahanlara hazırlıq, rəsmi kursların keçirilməsi, sual bankının yaradılması, ekspertlərin…
Azərbaycan Mərkəzi Bankı ölkə iqtisadiyyatını idarə etmək üçün istifadə edilən pul siyasətinin ən mühüm alətlərindən biri olan uçot-faiz dərəcəsi ilə bağlı noyabrın 1-də qərarını açıqlayacaq. Sonuncu dəfə sabit saxladığı faiz dəcəsi ilə bağlı Mərkəzi Bank tərəfindən hansı qərarın veriləcəyi təbi ki, iqtisadi sferada maraq doğurur. Cari ildə ardıcıl olaraq üç dəfə, Mərkəzi Bank faizlərin aşağı həddini 6.25 faiz, yuxarı həddini 8.25 faiz, uçot faiz dərəcəsini isə 7.25 faizdə saxlayıb. Azərbaycan Mərkəzi Bankı inflyasiyanın yavaşlaması və makroiqtisadi göstəricilərin yaxşılaşmasına cavab olaraq uçot-faiz dərəcəsini tədricən azaldır yaxud sabit saxlamaqla yumşaldıcı yöndə siyasətini davam etdirdiyinə işarə edir. Əgər inflyasiya azalmaqda davam edərsə və…
Böyük Britaniyada hakimiyyət orqanları əhalini ətraf mühit naminə ət və süddən imtina etməyə çağırıb. GDP xəbər verir ki, bu barədə The Telegraph yazır. Analitiklər hesab edir ki, britaniyalılar bu məhsulların istehlakını 50% azaltmalıdırlar. Bununla bağlı hökumət iribuynuzlu mal-qaranın və qoyunların sayının azaldılması ilə bağlı təkliflərə baxacaq. İqlim nəzarəti komitəsinin sədri Piers Forster etiraf edib ki, hakimiyyət fermerlər üçün subsidiyaları kəsəcək, heyvandarlıq məhsullarına vergiləri artıracaq və onların reklamını azaldacaq.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq pərakəndə ticarət və iaşə obyektlərində nağdsız ödənişlərin bəzi hallarda POS-terminal deyil, kartdan karta köçürmə əməliyyatları vasitəsilə həyata keçirildiyi müşahidə olunur. Dövlət Vergi Xidməti bildirir ki, nağdsız vəsaitin qəbul edilməsi yalnız POS-terminal vasitəsilə həyata keçirilməli və bu zaman vətəndaşlara POS-terminalın qəbzi ilə yanaşı nəzarət-kassa aparatının çeki də təqdim edilməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanuna uyğun olaraq POS-terminalların quraşdırılması, “Elektron ticarət haqqında” Qanuna əsasən isə istehlakçıların elektron ödəniş etmək imkanını təmin etmək vergi ödəyicilərinin birbaşa vəzifələrinə aiddir. Eyni zamanda, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə bu hallara nəzarət və nağdsız ödənişlərin qəbulundan…
Neft qiymətləri 5%-dən çox ucuzlaşıb. GDP xəbər verir ki, Londonun ICE birjasında Brent markalı neftin dekabr fyuçerslərinin qiyməti bir barel üçün 73 dollardan (25 oktyabr cümə günü keçirilən ticarətdə bu, təqribən 75 dollar olub), WTI markalı neftin qiyməti noyabr fyuçersləri 68 dollardan aşağı düşüb.
S&P 500 indeksi altı həftə ardıcıl artmasindan sonra bu həftə düşdü. Böyük şirkətlərin səhmləri kiçik şirkətlərin səhmlərindən daha yaxşı performans göstərdi. Tesla, güclü mənfəət və 2025-ci il üçün proqnozlaşdırılan 20%-30% satış artımı sayəsində “Möhtəşəm Yeddi”yə liderlik edərək, geniş miqyaslı azalmaları tarazlaşdırdı və son on ilin ən yaxşı günlük qazancını əldə etdi. Əksinə, Apple analitiklərin iPhone 16-nın zəif satış proqnozları səbəbindən indeksi aşağı çəkdi.İqtisadi məlumatlar az idi, lakin Fed-in “Bej Kitab” hesabatı ABŞ-da mülayim artım, əmək bazarının nisbətən zəifliyi və inflyasiyanın yavaşlamasını göstərdi. Buna baxmayaraq, 10 illik Xəzinə istiqrazlarının gəlirliliyi həftənin əvvəlində 4,20%-ə yüksəldi. Avropa STOXX Europe 600 İndeksi, FED yumşaltma…
