Close Menu
    What's Hot

    Brent neftinin qiyməti 102 , WTI isə 97 ABŞ dollarını keçib

    10 Sentyabr 2026

    FED gözləntilərin əksinə olaraq gələn həftə faiz dərəcəsini 25 baza bəndi artıra bilər

    09 Sentyabr 2026

    Azərbaycanla Dünya Bankı arasında 53 layihəyə 4,9 milyard dollar ayrılıb- Sahil Babayev Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşüb

    09 Sentyabr 2026
    Trending
    • Brent neftinin qiyməti 102 , WTI isə 97 ABŞ dollarını keçib
    • FED gözləntilərin əksinə olaraq gələn həftə faiz dərəcəsini 25 baza bəndi artıra bilər
    • Azərbaycanla Dünya Bankı arasında 53 layihəyə 4,9 milyard dollar ayrılıb- Sahil Babayev Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşüb
    • Şəxsi baqaj üçün gömrük bəyannaməsi qaydaları yeniləndi, yeni qayda 30 gündən sonra qüvvəyə minəcək
    • Mərkəzi Bank xüsusi tənzimləmə rejimi üzrə müraciətlərin sayını açıqlayıb
    • Avto-icbari sığorta üzrə ən çox şikayət edilən sığorta şirkətlərini açıqlanıb-SİYAHI
    • Azərbaycan iqtisadiyyatı1,2% böyüyüb amma artım tempi bir qədər zəifləyib
    • Neft bazarında risk artır: Brent 100 dollar sərhədində
    Gdp.azGdp.az
    • Ana səhifə
    • Rəsmi
    • Bank
      1. Mərkəzi Bank
      2. Banklar
      3. BOKT
      4. Fintex
      5. Bankların renkinqi
      Featured

      FED gözləntilərin əksinə olaraq gələn həftə faiz dərəcəsini 25 baza bəndi artıra bilər

      09 Sentyabr 2026
      Recent

      FED gözləntilərin əksinə olaraq gələn həftə faiz dərəcəsini 25 baza bəndi artıra bilər

      09 Sentyabr 2026

      Mərkəzi Bank xüsusi tənzimləmə rejimi üzrə müraciətlərin sayını açıqlayıb

      09 Sentyabr 2026

      Dələduz adınıza onlayn kredit götürüb: borc kimin üzərində qalır? – Ali Məhkəmədən vacib açıqlama

      08 Sentyabr 2026
    • Birja
      1. Yerli bazar
      2. Qlobal birjalar
      3. Kliptovalyuta
      4. View All

      “PAŞA Kapital”da yeni təyinat

      07 Sentyabr 2026

      Azərbaycan kapital bazarında yeni dinamika: Bakı Fond Birjasının dövriyyəsi azalıb, əqd sayı artıb

      07 Sentyabr 2026

      Milli Depozit Mərkəzi Avropa Mərkəzi Depozitarlar Assosiasiyasına üzv olub

      01 Sentyabr 2026

      Azərbaycanda 4 illik dövlət istiqrazlarının gəlirliliyi 91 baza bəndi azalıb

      21 Avqust 2026

      Brent neftinin qiyməti 102 , WTI isə 97 ABŞ dollarını keçib

      10 Sentyabr 2026

      Neft bazarında risk artır: Brent 100 dollar sərhədində

      09 Sentyabr 2026

      Xarici investorlar ABŞ istiqrazlarını satır: uzunmüddətli gəlirlilik 20 ilin maksimumuna çatıb

      09 Sentyabr 2026

      Neft İran və ABŞ arasında gərginlik fonunda bahalaşmaqda davam edir

      09 Sentyabr 2026

      Citi yaponiyalı korporativ müştərilər üçün blokçeyn ödənişlərini işə salır

      09 Sentyabr 2026

      Tramp tərəfdarının bitkoin şirkətində böyük çöküş: səhmlər 99% ucuzlaşdı

      03 Sentyabr 2026

      Coinbase “Apple” və “NVIDIA” səhmlərini tokenləşdirdi

      25 Avqust 2026

      Bitcoin bir neçə həftədən sonra ilk dəfə 69 min dolların altına düşüb

      02 İyun 2026

      Brent neftinin qiyməti 102 , WTI isə 97 ABŞ dollarını keçib

      10 Sentyabr 2026

      Neft bazarında risk artır: Brent 100 dollar sərhədində

      09 Sentyabr 2026

      Xarici investorlar ABŞ istiqrazlarını satır: uzunmüddətli gəlirlilik 20 ilin maksimumuna çatıb

      09 Sentyabr 2026

      Citi yaponiyalı korporativ müştərilər üçün blokçeyn ödənişlərini işə salır

      09 Sentyabr 2026
    • İqtisadiyyat
      1. Büdcə
      2. Vergi
      3. Kənd Təsərüfatı
      4. Nəqliyyat
      5. Energetika
      6. Neft qaz
      7. Əmlak
      8. Audit
      9. İKT
      Featured

      Azərbaycan iqtisadiyyatı1,2% böyüyüb amma artım tempi bir qədər zəifləyib

      09 Sentyabr 2026
      Recent

      Azərbaycan iqtisadiyyatı1,2% böyüyüb amma artım tempi bir qədər zəifləyib

      09 Sentyabr 2026

      Dövlət təşkilatlarının ödənişli xidmətlərindən büdcəyə 481 milyon manat daxil olub

      08 Sentyabr 2026

      Dövlət əmlakı üzrə büdcə daxilolmaları proqnozu 23,8 faiz üstələyib

      08 Sentyabr 2026
    • Sığorta
    • Biznes
      • Rəsmi
      • Yerli Bizneslər
      • Biznesmenlər
      • Startaplar
      • Gömrük
      • Tender
    • Vakansiya
    • Digər
      • Marketinq
      • Turizm
      • Moda
      • İdman
      • Bloq yazıları
    Gdp.azGdp.az
    Ana səhifə » Birja » “ABB Invest” in MB-ın qiymətli kağızları üzrə əməliyyatları kəskin AZALIB, bazar payı 51.57%-ə YÜKSƏLİB
    Birja

    “ABB Invest” in MB-ın qiymətli kağızları üzrə əməliyyatları kəskin AZALIB, bazar payı 51.57%-ə YÜKSƏLİB

    08 Noyabr 2024
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    “ABB Invest İnvestisiya Şirkəti” QSC-nin 2024-cü ilin yanvar-oktyabr ayları üzrə cəmi əməliyyatlarının həcmi də 2023-cü ildəki 6 milyard 480 milyon 575,085 min manatdan 2024-cü ildə 39 milyard 959 milyon 883,345 min manata yüksəlib. Bu, 33 milyard 479 milyon 308,260 min manat və ya 516.47% artım deməkdir.

    GDP xəbər verir ki, bu barədə Bakı Fond Birjasında ticarət olunan bazarlar üzrə birja üzvlərinin dövriyyələri ilə bağlı aylıq hesabatda məlumat verilib.

    Hesabata görə, 2023-cü ildə dövriyyəsi 6 milyard 480 milyon 570,855 min sanat olub və bazar payı 18.38% təşkil edib. 2024-cü ildə isə dövriyyəsi 39 milyard 959 milyon 883,435 min manata çatıb və bazar payı 51.57%-ə yüksəlib. Bazar payında 33.19% artım müşahidə olunur.

    “ABB Invest İnvestisiya Şirkəti” QSC-nin 2024-cü ilin yanvar-oktyabr ayları ərzində həyata keçirdiyi əməliyyatların sayı da 2023-cü ildəki 1,410-dan 2024-cü ildə 103,833-ə, yəni 102,423 və ya 7268.23% artıb. Beləliklə, “ABB Invest İnvestisiya Şirkəti” QSC-nin 2024-cü ilin 10 ayı ərzində əməliyyat sayının illik müqaisədə bu dərəcədə artması, şirkətin investisiya fəaliyyətində daha çox müxtəlifliyə yönəldiyini və portfelində müxtəlif aktivləri daha geniş şəkildə idarə etdiyini ifadə edir.

    Azərbaycan Respublikasının Mərkəzi Bankının qiymətli kağızları üzrə 2023-cü ildə 221,124,651 manat həcmində əməliyyat aparan “ABB Invest İnvestisiya Şirkəti”, həmin qiymətli kağızlarla apardığı əməliyyatların həcmini 2024-cü ildə 105,516,394 manata endirib. Bu, 115,608,257 manat və ya 52.28% azalma deməkdir.

    Göstəricilərdən göründüyü ki, 2024-cü ildə ABB Invest-in Mərkəzi Bankın qiymətli kağızları üzrə əməliyyatlarının həcmi 52.28% azalmışdır. Bu, şirkətin likvidliyi yüksək, amma gəlirlilik səviyyəsi aşağı olan bu tip qiymətli kağızlardan daha gəlirli aktivlərə yönəlməsi kimi qiymətləndirlə bilər. Dəyişiklik, ABB Invest-in investisiya portfelində risklərə daha açıq və gəlir potensialı daha yüksək aktivlər üzrə əməliyyatlara marağının artdığını və dövlət istiqrazlarına fokusun azaldığını göstərir.

    Dövlət istiqrazları üzrə isə şirkətin 2023-cü ildəki 1,080,107,861 manat həcmindəki əməliyyatları 2024-cü ildə 950,659,017 manata enib. Bu, 129,448,844 manat və ya 11.99% azalma deməkdir.

    Bu, ABB Invest-in ümumilikdə borc alətləri ilə əməliyyatlarında azalma strategiyasına üstünlük verdiyini və digər investisiya imkanlarına fokuslandığını göstərir. Əməliyyat həcminin azaldılması, şirkətin gəlir gətirən, lakin nisbətən riskli olan istiqrazlardan geri çəkilməsi və daha çox diversifikasiya strategiyasına keçməsi ehtimalını gücləndirir.

    Korporativ istiqrazlar üzrə də oxşar tendensiya müşahidə olunur. 2023-cü ildə 294,509,183 manat olan həcm 2024-cü ildə 132,540,960 manata enib. Yəni, 161,968,223 manat və ya 55% azalma baş verib.

    Buna müqabil, şirkətin səhm portfelinin dəyəri 2023-cü ildəki 15,440 manatdan 2024-cü ildə 111,610,531 manata yüksəlib. Bu, 111,595,091 manat və ya 722,327.52% artım deməkdir. ABB Invest-in bu sahədə daha aktiv iştirakını və bazarın səhmlərinə olan marağının gücləndiyini göstərir. Şirkət bu strategiya ilə bazar kapitallaşmasını və səhmlərlə əməliyyalar üzrə likvidliyi artırmağa çalıştığını nümayiş etdirir.

    Repo əməliyyatlarında da ciddi artım müşahidə olunur. 2023-cü ildəki 4,884,817,951 manat həcm 2024-cü ildə 38 milyard 659 milyon 556,443 min manata çatıb. Bu, 33 milyard 774 milyon 738,492 min manat və ya 691.57% artım deməkdir. Repo bazarında bu səviyyədə aktivlik, şirkətin likvidliyi və qısamüddətli likvid mənbələrə girişini artırmaq məqsədinin olduğunu göstərir.

    “ABB Invest İnvestisiya Şirkəti” QSC-nin 2023-2024-cü illər ərzində portfel və əməliyyat dinamikasında əhəmiyyətli dəyişikliklər baş verib. Əksər göstəricilərdə azalma, lakin səhmlər, repo əməliyyatları, həcm və say göstəricilərində isə kəskin artım müşahidə olunur. Bu, şirkətin fəaliyyətində və investisiya siyasətində mühüm transformasiyaların baş verdiyini göstərir.

    Riskin yenidən qiymətləndirilməsi: Mərkəzi Bankın qiymətli kağızlarından, dövlət və korporativ istiqrazlardan uzaqlaşma, daha çox gəlir potensialı olan səhmlərə yönəliş müşahidə olunur.

    Likvidlik və çevikliyə üstünlük: Repo əməliyyatlarındakı artım likvidlik və çevikliyə üstünlük verdiklərini göstərir.

    Daha çox bazar iştirakçılığı: Əməliyyat sayının artması, şirkətin bazarda daha aktiv iştirakını və çoxsaylı əməliyyatla daha müxtəlif portfel idarəçiliyinə üstünlük verdiyini təsdiqləyir.

    Müəllif: Aynur Qəniyeva

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Telegram WhatsApp

    Related Posts

    Brent neftinin qiyməti 102 , WTI isə 97 ABŞ dollarını keçib

    10 Sentyabr 2026

    Neft bazarında risk artır: Brent 100 dollar sərhədində

    09 Sentyabr 2026

    Xarici investorlar ABŞ istiqrazlarını satır: uzunmüddətli gəlirlilik 20 ilin maksimumuna çatıb

    09 Sentyabr 2026

    Citi yaponiyalı korporativ müştərilər üçün blokçeyn ödənişlərini işə salır

    09 Sentyabr 2026
    Kateqoriyalar
    • Audit
    • Avto
    • Bank
    • Banklar
    • Bankların renkinqi
    • Birja
    • Biznes
    • Biznesmenlər
    • Bloq yazıları
    • BOKT
    • Bu günün xəbərləri
    • Büdcə
    • Digər
    • Dünya
    • Energetika
    • Əmlak
    • Fintex
    • Gömrük
    • İdman
    • İKT
    • İqtisadiyyat
    • Kənd Təsərüfatı
    • Kliptovalyuta
    • Marketinq
    • Mərkəzi Bank
    • Moda
    • Neft qaz
    • Nəqliyyat
    • qısa xəbərlər
    • Qlobal birjalar
    • Rəsmi
    • Rəsmi
    • Sığorta
    • Startaplar
    • Tender
    • Turizm
    • Vakansiya
    • Vergi
    • Yerli bazar
    • Yerli Bizneslər
    GDP.AZ bütün hüquqlar qorunur

    Type above and press Enter to search. Press Esc to cancel.