Author: Aynure Gdp

2024-cü ilin oktyabrın 1-nə Azərbaycan banklarının kreditlər üzrə faiz gəlirləri 2 milyard 232,7 milyon manat təşkil edib. GDP xəbər verir ki, bu göstərici 2024-cü ilin sentyabrın 1-nə olan dövr ilə müqayisədə 183,9 milyon manat və ya 9% artıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə isə faiz gəlirləri 329,6 milyon manat və ya 17,3% artım göstərib. Belə ki, 2023-cü ilin oktyabrın 1-nə Azərbaycan banklarının kreditlər üzrə faiz gəlirləri 1 milyard 903,1 milyon manat olub.Bu ilin sentyabrın 1-nə olan göstəriciyə nəzər salsaq, faiz gəlirləri 2 milyard 48,8 milyon manat təşkil edib. İllik müqayisə: 2024-cü ilin oktyabrında faiz gəlirləri 2023-cü ilin oktyabrı ilə…

Read More

“Dünya Bankı (DB)və Beynəlxalq Valyuta Fondunun İllik Toplantılarının keçirildiyi ABŞ-nin Vaşinqton şəhərinə işgüzar səfərimiz başlayıb. Səfər çərçivəsində Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti xanım Antonella Bassani ilə görüşdük” GDP xəbər verir ki, bunu “X” sosial şəbəkəsindəki səhifəsində Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov yazıb. O qeyd edib ki, görüş zamanı Azərbaycan üzrə yeni Ölkə Tərəfdaşlıq Çərçivəsinin hazırlanması istiqamətində görülən işləri və əhatə olunacaq strateji istiqamətləri müzakirə edilib: “Görüşdə həmçinin DB tərəfindən həyata keçirilən layihələrin ölkəmizin inkişaf prioritetləri və planlarının reallaşdırılmasına verdiyi mühüm töhfəni vurğuladıq. Mərkəzi Bank və DB arasında əməkdaşlığın genişləndirilməsi imkanlarından da danışdıq”.

Read More

Bu ilin sonundan etibarən, Dünya Bankının “Business Ready” hesabatı üzrə Azərbaycanın qiymətləndirilməsinə başlanacaq. Bu barədə Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Biznesə daxilolma” İşçi qrupunun rəhbəri, Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva İşçi qrupun iclasında deyib. Onun sözlərinə görə, bu proses çərçivəsində sahibkarlara, ekspert qruplarına və dövlət orqanlarına bir sıra sorğular göndəriləcək: “Məqsədimiz ondan ibarətdir ki, bu sorğulara sahibkarlar və ictimaiyyət tərəfindən düzgün və hərtərəfli məlumatlar verilsin”. Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Katibliyinin rəhbəri, Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin sektor müdiri Vüsal Şıxəliyev isə bildirib ki, Azərbaycanın “Business Ready” hesabatına 2025-ci ilin sentyabrında…

Read More

Bu dəfə ETF nə olduğunu, onların adi investor üçün nədən maraqlı ola biləcəyini, necə və hansıları növləri olduğlarını ən sadə dildə yazacam. ETF nədir? ETF (Birja Ticarət Fondu), müəyyən bir indeks, sektor, mal və ya aktivlər toplusunu izləyən investisiya fondudur. Məsələn, bir ETF ABŞ-ın ən böyük şirkətlərinin səhmlərini, bir başqası isə dünya miqyasında texnologiya şirkətlərinin səhmlərini toplaya bilər. Bu, investorların bir ticarət alışı ilə çox sayda şirkətə investisiya etməsinə imkan verir. ETF-lər necə işləyir? ETF-lərin işləmə prinsipi, fondun müəyyən bir strategiyaya uyğun olaraq, portfelində bir sıra aktivlər alması üzərində qurulub. Sonra ETF, sərbəst şəkildə alınabilən və satıla bilən öz aksiyalarını…

Read More

Mərkəzi Bankın İdarə Heyətinin 25 sentyabr 2024-cü il tarixli Qərarı ilə “Cüzdan” MMC-yə elektron pul təşkilatı fəaliyyətini həyata keçirmək hüququ verən müddətsiz lisenziya təqdim olunub. Bu barədə tənzimləyicinin açıqlamasına istinadən xəbər verir. Bununla da lisenziya verilmiş elektron pul təşkilatlarının sayı 13-ə yüksəlib

Read More

Bank olmayan kredit təşkilatları haqqında qanunvericiliyə edilmiş dəyişikliklərdən irəli gələrək risk menecment ilə bağlı Mərkəzi Bankın tələblərində də yenilənmələr dəyişikliklər gözlənilir. GDP xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının baş direktoru Toğrul Əliyev “Dayanıqlı Mikromaliyyə üçün İnnovativ həllər”konfransında çıxışı zamanı deyib. Baş direktorun sözlərinə görə buməqsədlə bank olmayan kredit təşkilatlarında potensial tənzimləmə qaydalarımız və yenilənməsi üzərində iş aparılıb. “Eyni zamanda kredit təşkilatlarında kredit risklərinin idarə olunması üzrə yeni qaydalar layihəmiz hazırlanıb. Sözügedən sənədlər həm amfa, həm bank olmayan kredit təşkilatları sektoru ilə müzakirə edilmiş, rəy və təkliflər əldə olunmuşdur və bu yaxınlarda həmin sənədlərin qəbul edilməsi gözlənilir,”-deyə qeyd edib. Toğrul…

Read More

Mikromaliyyə sahəsində sektorda fəaliyyət göstərən institulara maliyyə xidmətləri göstərmək və onların rəqabət qabiliyyətliliyini artırmaq imkanlarının yaradılması nəzərdə tutulub. GDP xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının baş direktoru Toğrul Əliyev “Dayanıqlı Mikromaliyyə üçün İnnovativ həllər”konfransında çıxışı zamanı deyib. O bildirib ki, strtegiya çərçivəsində olan təşəbbüslərin tərkibində qabaqcıl beynəlxalq praktika əsasında yeni mikromaliyyə modelinin formalaşdırılması, bununla da bu sektorda fəaliyyət göstərən institulara maliyyə xidmətləri göstərmək və onların rəqabət qabiliyyətliliyini artırmaq imkanlarının yaradılması nəzərdə tutulub. Onun sözlərinə görə sözsüz ki, bu təşəbbüslərin fokus mərkəzində ölkəmizdə mikro və kiçik sahibkarlığın inkişafı əsas məqsədi daşıyır. “Qeyd etmək yerinə düşər ki, Mərkəzi Bank rəqəmsal texnologiyalarında,…

Read More

Mikromaliyyələşmə xidmətləri xərcli proses olduğu üçün adətən mikromaliyyə təşkilatları yüksək faizlər tətbiq edirlər. GDP xəbər verir ki,bunu Kiçik və orta Biznesin İnkişafı Agentliyinin sədri Orxan Məmmədov “Dayanıqlı Mikromaliyyə üçün İnnovativ həllər”konfransında çıxışı zamanı deyib. Onun sözlərinə görə KOBİA tərəfindən bu günə qədər Bakı və regionlar üzrə 21 mindən çox sahibkarın iştirakı ilə 584 sahəvi görüş, maarifləndirmə tədbiri, eləcə də KOBİA yanında İctimai Şuranın iclasları təşkil edilib. “Bu tədbirlərin 56-sı 1600-dən çox sahibkarın iştirakı ilə maliyyə, güzəştli kredit və bankçılıqla bağlı olub,”-deyə Orxan Məmmədov qeyd edib. Məmmədov əlavə edib ki, mikromaliyyələşmə xidmətləri xərcli proses olduğu üçün adətən mikromaliyyə təşkilatları yüksək faizlər…

Read More

Kiçikhəcmli və aşağı həcmli kreditlərin verilməsindən maliyyə institutları çəkinirlər. GDP xəbər verir ki,bunu Kiçik və orta Biznesin İnkişafı Agentliyinin sədri Orxan Məmmədov “Dayanıqlı Mikromaliyyə üçün İnnovativ həllər”konfransında çıxışı zamanı deyib. O bildirib ki, mikromaliyyələşmə xidmətləri xərcli proses olduğu üçün adətən mikromaliyyə təşkilatları yüksək faizlər tətbiq edirlər. “Lakin sahibkarlıq subyektləri iş ehtiyaclarını təmin etmək üçün daha münasib şərtlərə və aşağı faizli kreditlərə ehtiyac duyurlar. Buna görə də dövlətin bu sahədə maliyyə institutları ilə əməkdaşlığı daha da genişləndirilməli və maliyyə ehtiyaclarına çıxış sahibkarlar üçün daha əlçatan olmalıdır,”-deyə Məmmədov qeyd edib. KOBİA rəhbəri vurğulayıb ki, bəzi hallarda KOB-lar maliyyə xidmətləri təminatçılarının tələblərinə cavab…

Read More

Mikromaliyyələşmə şəbəkəsinin təsir imkanları çox genişdir. GDP xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov “Dayanıqlı Mikromaliyyə üçün İnnovativ həllər”konfransında çıxış edərkən deyib. Onun sözlərinə görə 2024-cü ilin 3-cü rübünün göstəricilərinə görə bank sektoru üzrə 26.7milyard manat kredit portfeli formalaşıb.”Amma mikromaliyyələşmə üzrə 630 milyon manat kredit portfeli mövcuddur. Bu rəqəm də ümumiyyətlə bank kreditlərinin cəmi 2.4%-ni təşkil edir. Yəni belə götürdükdə rəqəmin kiçik olmasına baxmayaraq mikromaliyyələşmə şəbəkəsinin təsir imkanları çox genişdir,”-deyə Əmiraslanov deyib.

Read More