Author: Aynure Gdp

Azərbaycanda Mərkəzi Bankın müvafiq lisenziyası ilə fəaliyyət göstərən investisiya şirkətlərindən biri olan “Azfinance” bu gündən etibarən “CFI Financial” İnvestisiya Şirkəti adı altında fəaliyyətini davam etdirəcək. GDP xəbər verir ki, şirkətin rəhbəri Pərvanə Qasımova bildirib ki, Azərbaycanda ilk xarici kapitallı və xarici təcrübəli investisiya şirkəti kimi fəaliyyət göstərəcəklər. “Müştəri məmnuniyyəti, maliyyə savadlılığının artırılması və müştərilərin qazanc əldə etməsinə dəstək olmaq həmişə bizim əsas prinsipimiz olub. Azərbaycan xalqını istehlakçı düşüncəsindən investor düşüncəsinə gətirmək ən davamlı arzularımızdan biridir”, – deyə P.Qasımova qeyd edib. O, şirkətin daha innovativ, korporativ və müasir istiqamətdə inkişaf edəcəyini də vurğulayıb. Qeyd edək ki, dünyanın aparıcı onlayn ticarət brokeri…

Read More

Avropanın ən böyük telekommunikasiya operatoru Deutsche Telekom və Bankhaus Metzler artıq enerji resurslarından istifadə edərək Bitcoin mayninqi layihəsinə start verib. GDP xəbər verir ki, “Rəqəmsal Monetar Fotosintez” adlı pilot layihə enerji şəbəkələrinin sabitləşdirilməsi üçün məlumatların təmin edilməsini hədəfləyir. Layihənin texniki tərəfdaşı Metis Solutions GmbH şirkətidir. Bitcoin mayninq konteyneri Almaniyanın Backnang şəhərində yerləşən RIVA Engineering GmbH-da quraşdırılıb. Layihə çərçivəsində şirkətlər istifadə olunmayan enerji resurslarından Bitcoin mayninqi üçün istifadə edəcək. Bu, həm enerji resurslarından səmərəli istifadəyə, həm də şəbəkənin sabitliyinə töhfə verəcək.

Read More

Respublikaçıların ABŞ prezidentliyinə namizədi Donald Tramp ölkənin 35 trilyon dollarlıq dövlət borcunun ödənilməsi üçün qeyri-adi üsul – kriptovalyutadan istifadə etməyi təklif edib. GDP xəbər verir ki, daha əvvəl ABŞ-ın hər iki əsas partiyası fövqəladə vəziyyət olmadığı təqdirdə dövlət borcu və büdcə kəsirinin həcmini nəzərə almamaq qərarına gəlib. “35 trilyon dolları kriptovalyuta ilə ödəməyi təklif edirəm. Kiçik bir kağızda yazacağam: ’35 trilyon kriptovalyutada – bizim borcumuz yoxdur'”, – deyə Tramp bildirib. Qeyd edək ki, ABŞ-ın hazırkı dövlət borcu rekord həddə – 35 trilyon dollar səviyyəsinə çatıb. Trampın seçki kampaniyası çərçivəsində səsləndirilən bu təklif maliyyə ekspertləri tərəfindən tənqidlə qarşılanıb. Ekspertlər bu cür…

Read More

Avropa Məhkəməsinin qərarına əsasən, “Apple” şirkəti İrlandiyanın vergi güzəştlərindən qanunsuz istifadə edib və şirkət 14 milyard avro məbləğində vəsait ödəməlidir. GDP xəbər verir ki, İrlandiya rəsmiləri bu il ölkə büdcəsində milli gəlirin 7,5%-i həcmində, 2025-ci ildə isə 2,9% həcmində profisit proqnozlaşdırır. Eyni zamanda, İrlandiyanın iqtisadi artımı davam edir. Gözləntilərə görə, ümumi milli gəlir bu il 4,9%, 2025-ci ildə isə 2,7% artacaq. İrlandiya Maliyyə Nazirliyinin məlumatına görə, “Apple” şirkətindən alınan ödəniş və güclü iqtisadi artım ölkənin maliyyə vəziyyətinə əhəmiyyətli müsbət təsir göstərib.

Read More

“S&P Global Ratings” beynəlxalq kredit reytinq agentliyinin Azərbaycan bank sektoru üzrə proqnozuna əsasən, bank sektorunda daxili kreditlərin müştəri depozitlərinə olan faiz nisbəti artaraq, 2024-cü ildə 105.1% və 2026-cı ildə 116.5%-ə çatması gözlənilir. “S&P Global Ratings” beynəlxalq kredit reytinq agentliyinin proqnozlar göstərir ki, bu mənfi göstərici azalacaq və 2026-cı ildə -12.1%-ə enəcək. Bu, sektorun xarici borclara daha çox çıxış imkanları qazanacağını, lakin yenə də böyük ölçüdə xarici borclara ehtiyac duymadığını göstərir. Xarici borcların mənfi göstəricidə qalması, Azərbaycanın bank sektorunun daha dayanıqlı və daxili resurslara əsaslanan bir struktura sahib olduğunu göstərir. Azərbaycanın daxili kreditlərin depozitlərə nisbətinin digər inkişaf edən ölkələrlə müqayisədə artması…

Read More

“İcbari Sığorta Bürosu” Hüquqi Şəxslərin İttifaqı (İSB) Böyük Britaniyada keçirilmiş “Global Insurtech Awards” Mükafatlandırma Proqramında 3 kateqoriya üzrə mükafata layiq görülüb. Fəaliyyətində innovativ texnologiyaların tətbiqinə daim önəm verən İSB İT layihələri, innovativ yanaşmalar və müştəri məmnuniyyətinə verdiyi töhfələr sayəsində uğur qazanıb. Müştərilərlə əlaqələrin effektiv idarə olunması və onlara təqdim edilən xidmətlərin keyfiyyətinin artırılması nominasiyasında İSB-nin informasiya sistemi birincilik əldə edərək “Best Customer Engagement Software” mükafatına layiq görülüb. “Best Embedded Insurance Provider” mükafatı üzrə ikincilik İSB-nin inteqrasiya olunmuş sığorta mexanizminin sektor üzrə yaratdığı yeniliklər və yüksək effektivlik nəzərə alınaraq verilib. Daha bir nominasiya – “Insurtech of the Year” mükafatı üzrə ikincilik İSB-nin yeni texnologiya və proseslərin…

Read More

“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanda inflyasiyaya uyğunlaşdırılmış mənzil qiymətlərində 2024-cü il üçün 5.3% artım proqnozlaşdırır. GDP xəbər verir ki, Agentliyin hesabatına əsasən, 2022-ci ildə ölkədə mənzil qiymətlərində 5.3% azalma qeydə alınıb, 2023-cü ildə isə bu azalma 0.9% təşkil edib. Lakin 2024-cü ildən etibarən mənzil bazarında canlanma gözlənilir. Proqnozlara görə, 2025-ci ildə qiymət artımı 3.8%, 2026-cı ildə isə 3.4% olacaq. Müqayisə üçün qeyd edək ki, qonşu Ermənistanda mənzil qiymətlərinin artım tempi daha yüksəkdir. Belə ki, 2024-cü ildə 14.2%, 2025-ci ildə 9.5%, 2026-cı ildə isə 6.4% artım proqnozlaşdırılır. Ekspertlər bildirirlər ki, Azərbaycanda mənzil qiymətlərində gözlənilən artım iqtisadi aktivliyin bərpası və…

Read More

Azərbaycanda özəl sektorun borcu artmaqda davam edəcək GDP xəbər verir ki, “S&P Global Ratings” beynəlxalq reytinq agentliyinin proqnozlarına əsasən, Azərbaycanın özəl sektorunun bank kreditləri və digər maliyyə öhdəlikləri 2024-cü ildə 3.1% artacaq. Agentlik tərəfindən bu artımın 2025-ci ildə 3.3%, 2026-cı ildə isə 2.5% təşkil edəcəyi proqnozlaşdırılır. “S&P Global Ratings” beynəlxalq reytinq agentliyinin proqnozlarına görə özəl sektorun ÜDM-ə nisbətdə borc yükü də artaraq 2024-cü ildə 22.6%-ə çatacaq. agentlik proqnozlaşdırır ki, bu göstərici 2025-ci ildə 25.9%, 2026-cı ildə isə 28.5% təşkil edəcək. Analitik qeyd: Özəl sektorun bank və digər maliyyə öhdəliklərinin artması biznes kreditləşməsinin genişlənməsi və iqtisadi aktivliyin yüksəlməsi ilə əlaqədardır. Bu…

Read More

Pərakəndə ticarət və iaşə obyektlərində nağdsız ödənişlərin POS-terminallar vasitəsilə deyil, “kartdan karta” köçürülməklə ilə aparılması həm qanunvericliyin, həm də istehlakçıların hüquqlarının pozulması deməkdir. Çünki belə hallarda istehlakçlılara POS-terminaldan çıxarış və nəzarət-kassa aparatı çeki təqdim olunmur ki, bu da alıcının öz hüquqlarını tələb etmək, həmçinin, xərclənən məbləğin bir hissəsini “cashback” olaraq geri almaq imkanını məhdudlaşdırır. Eyni zamanda, mal, iş və ya xidmət əlavə dəyər vergisi ödəyicilərindən alınarkən istehlakçıların “ƏDV geri al” mexanizmindən istifadə hüququndan məhrum olmasına gətirib çıxarır. Dövlət Vergi Xidməti bu qanun pozuntusunun vergidənyayınma məqsədi daşıdığını nəzərə çatdırmaqla, vətəndaşları pərakəndə ticarət və iaşə obyektlərində nağdsız ödənişləri “kartdan karta” köçürmə əməliyyatları…

Read More

Azərbaycan Mərkəzi Bankı ‘Money Shop’ Məhdud Məsuliyyətli Cəmiyyətinə valyuta mübadiləsi fəaliyyəti üçün lisenziya verib GDP xəbər verir ki, Azərbaycan Mərkəzi Bankı tərəfindən “Money Shop” Məhdud Məsuliyyətli Cəmiyyətinə valyuta mübadiləsi əməliyyatlarının həyata keçirilməsi üçün VMF-06 nömrəli lisenziya verilib. Lisenziya 1 noyabr 2024-cü il tarixində qeydiyyata alınıb. Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Nəsibbəy Yusifbəyli küçəsi, ev 94-də yerləşir. Şirkət faktiki fəaliyyətini Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi, ev 8 ünvanında həyata keçirəcək. Qeyd edək ki, valyuta mübadiləsi fəaliyyətinin həyata keçirilməsi üçün verilən bu lisenziya qanunvericiliyə uyğun olaraq Mərkəzi Bank tərəfindən təqdim edilib.

Read More