Author: Aynure Gdp

Cari əməliyyatlar balansı(CƏB) 2024-cü ilin altı ayının yekunlarına görə profisitlə yekunlaşmışdır. 2024-cü ilin altı ayı ərzində Azərbaycanın Cari əməliyyatlar balansının profisit 2.6 milyard dollar təşkil edib. GDP xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankında keçirilən brifinqdə qurumun qurumun Statistika departamentinin direktoru Samir Nəsirov deyib. O bildirib: “Bu profisit ümumi daxili məhsulun 7.5%-i həcminə bərabərdir. Həmçinin qeyd etmək istəyirəm ki, neft qaz sektoru üzrə profisitimiz 6.9 milyard dollar həcmində, qeyri neft qaz sektoru üzrə kəsirimiz. 4.3 milyard dollar həcmində olmuşdur.” Samir Nəsirov qeyd edib ki, cari əməliyyatlar balansında formalaşan 2.6 milyard dollarlıq profisit, xarici ticarət balansında və təkrar gəlirlər balansında formalaşmış…

Read More

Volkswagen hər altı işçidən birini ixtisar etməyi planlaşdırır. GDP xəbər verir ki, bunlar korporasiyanın 87 illik tarixində ilk kütləvi ixtisarlardır. Uzun illər boyu avtomobillər Almaniyanın toxunulmaz təməli idi. Lakin Volkswagen rəhbərliyi deyir ki, Almaniyada iş görmək artıq mümkün deyil və yaxın illərdə Volkswagen-də təxminən 600.000 işçidən 110.000-ə qədər adam işini itirə bilər. Fabriklər, dilerlər və logistika mərkəzləri də bağlanacaq. Daha gülməlisi odur ki, bir il əvvəl Volkswagen anti-böhran planı təqdim etdi, lakin bu yaxınlarda aparılan audit onların hələ də əlavə 4 milyard avro xərcləri azaltmalı olduğunu ortaya qoydu

Read More

Dayanıqlı Bankçılıq və Maliyyə Şəbəkəsinin (SBFN)İllik Konfransında iqlim maliyyəsi ilə bağlı mühüm mövzuda, çıxış etməkdən şərəf duyuram. GDP xəbər verir ki,bunu Azərbaycan Mərkəzi Bankının baş direktoru Şahin Mahmudzadə Dayanıqlı Bankçılıq və Maliyyə Şəbəkəsinin (SBFN)İllik Konfransında çıxışı barədə deyib. O bildirib: “Dayanıqlı maliyyə həllərini inkişaf etdirməyə sadiq olan bir cəmiyyətlə əlaqə qurmaq ruhlandırıcı idi. Gəlin təsirli dəyişiklikləri idarə etməyə və iqlim maliyyəsində innovasiyanın sərhədlərini genişləndirməyə davam edək.”

Read More

Türkiyədə 7 000 lirədən (205 dollar) artıq alış-verişin nağd ödənilməsi qadağan oluna bilər. GDP xəbər verir ki, bu barədə NTV kanalında məlumat yayımlanıb. “Gəlirlər idarəsinin təklif etdiyi bu dəyişiklik qüvvəyə minərsə, 7 000 lirədən artıq bütün alış-veriş poçt bölmələri, bank və vasitəçi şirkətlər üzərindən ödənilməli olacaq”, – deyə NTV kanalı bildirib. Yenilik qəbul edilsə, onun pozulmasına görə alıcı 5 000 lirə (150 dollar) cərimə ödəməli olacaq.

Read More

İqtisadi Şuranın növbəti iclası keçirilib. Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumata əsasən, Azərbaycan Respublikası İqtisadi Şurasının sədri, Baş nazir Əli Əsədovun rəhbərliyi ilə keçirilən iclasın gündəliyində 2025-ci və növbəti üç il üzrə dövlət və icmal büdcələrinin layihələri, dünya iqtisadiyyatının inkişaf meylləri, büdcə proqnozlarında istifadə olunan əsas fərziyyələr, mövcud iqtisadi vəziyyət və 2024-2028-ci illər üzrə yenilənmiş makroiqtisadi proqnozlar, büdcə qaydasının parametrləri üzrə hədəf göstəriciləri, 2025-2028-ci illərdə büdcə siyasətinin əsas istiqamətləri, Qarabağ və Şərqi Zəngəzurun yenidənqurulması və bərpası ilə bağlı xərclərin maliyyələşdirilməsi və Böyük Qayıdış Proqramının təmin edilməsi, Ortamüddətli Xərclər Çərçivəsi və nəticə əsaslı büdcə mexanizminin tətbiq olunduğu sahələr, makroiqtisadi və maliyyə…

Read More

“Bank of Baku” ASC-nin Müşahidə Şurasına yeni üzvlər seçilib. Səhmdarların Ümumi Yığıncağının qərarına əsasən, Əliyev Mayis Nəbi oğlu və Elkin Nurməmmədov Abdul Qəni oğlu Müşahidə Şurasının müstəqil üzvləri seçiliblər. Digər qərara əsasən, Rasim Quliyev Mithət oğlu Audit Komitəsinin sədri olmaqla yanaşı, Müşahidə şurasının üzvü kimi qəbul edilib. Xatırladaq ki, “Bank of Baku” 1994-cü ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 52,87 milyon manatdır. Bankın səhmlərinin 35 %-i “NAB Holdinq”ə, 31,1%-i Hikmət Abuzər oğlu İsmayılova, 28,9%-i “Azpetrol Neft Şirkəti” MMC-yə, 5%-i isə Elçin Həmid oğlu İsayevə (Müşahidə Şurasının sədri) məxsusdur. (c)Banker

Read More

“4SIM Azerbaijan” və “Binance” arasında imzalanan memorandumun əsas istiqamətləri Metaverse, Blockchain və Web3 texnologiyalarının Azərbaycanda inkişafını əhatə edir. Bu barədə “4SIM Azerbaijan”ın icraçı direktoru Fariz Cəfərov jurnalistlərə bildirib. Onun sözlərinə görə, İqtisadiyyat Nazirliyinin tabeliyində olan Dördüncü Sənaye İnqilabı Təhlil və Koordinasiya Mərkəzi (4SIM Azerbaijan) Azərbaycanın ən iri qlobal texnologiya tərəfdaşlarını ölkəyə cəlb etmək və rəqəmsal iqtisadiyyatın inkişafı çərçivəsində müxtəlif layihələri həyata keçirmək kimi əsas vəzifələrini yerinə yetirir. “Bu sahədə insan kapitalının inkişafı bizim prioritetlərimizdən biridir. Bu məqsədlə, biz ən iri kriptovalyuta platforması “Binance” ilə əməkdaşlıq memorandumu imzaladıq. Memorandumun əsas istiqamətləri Azərbaycanda Metaverse, Blockchain və Web3 texnologiyalarının inkişafını, həmçinin süni intellekt,…

Read More