Author: Aynure Gdp

Azərbaycanın avtomobil bazarında ən populyar olan 10 avtomobil modelini və onların qiymətləri əsasında tərtib edilmiş siyahısını tərtib edib. GDP xəbər verir ki, ABB-nin “Azərbaycan Avtomobil bazarı” barədə araşdırmasında bildirilir ki, ölkənin ikinci əl avtomobil pazarında ən ucuz model VAZ 2106 (3,852 AZN), ən bahalı model isə Kia Sorentodur (37,227 AZN)

Read More

Ötən həftə (3-7 sentyabr) 2024 həftəsi üçün dünya bazarlarında “Azeri Light” (CIF) markalı neftin 1 barelinin orta qiyməti 78.68 ABŞ dolları təşkil edib. GDP xəbər verir ki, nəzərə alsaq ki, Azərbaycan neftinin 28-31 avqust 2024 həftəsi üçün orta qiyməti 83.03 ABŞ dolları təşkil edib, “Azeri Light” (CIF) ötən həftə ərzində 4.35 ABŞ dolları və ya 5.2% ucuzlaşıb.

Read More

Çinlə Rusiyanın yuandakı suveren istiqrazlarının buraxılması ilə bağlı 9 ildir davam edən danışıqlar dalana dirənib. GDP xəbər verir ki, Maliyyə nazirinin müavini İvan Çebeskov bildirib ki, Moskva, hökumətə Çin valyutasını özü üçün məqbul şərtlərlə borc almağa imkan verəcək “depozitar körpü”nün yaradılması ilə bağlı Pekinlə hələ razılaşa bilməyib. Onun sözlərinə görə, indiyədək Çin Rusiyaya yalnız Çin istiqrazlarının buraxılmasına icazə verir. Onlar Çinin daxili bazarında satılır və ondan kənarda pul çıxarmaq üçün Pekinin vermək istəmədiyi xüsusi icazə tələb olunur.

Read More

2025-ci ildə Rusiyadan gələn axınlar gizli şəkildə Avrupa İttifaqının qaz təchizatına qarışa bilər GDP xəbər verir ki, Çexiyanın enerji departamentinin rəhbəri Yozef Sikel bildirib. Ekspertlərin qeyd etdiyi kimi, Avropa Rusiya qazından imtina etməyə çalışır, lakin bəzi ölkələr onu Ukrayna ərazisindən keçən boru kəməri ilə almağa davam edir. Müqavilənin müddəti bu il başa çatır və bu, Avstriya və Slovakiya kimi ölkələrin təxminən 15 milyard kubmetr qaz almasına mane ola bilər. Qeyd olunur ki, müzakirə olunan alternativlərdən biri də Azərbaycandan yanacağın alınması olub.

Read More

“Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyindəki xüsusi təyinatlı təhsil müəssisələrində təhsil almış hərbi qulluqçulara verilən güzəştli ipoteka kreditlərinə dövlət tərəfindən maliyyə dəstəyi göstərilməsi Qaydası” “Gənclərin hərbi sahədə təhsil almasının təşviq edilməsi ilə bağlı tədbirlər haqqında” ölkə Prezidentinin 14 dekabr 2023-cü il tarixli fərmanına əsasən hazırlanıb. Qayda Universitetin tabeliyindəki Heydər Əliyev adına Hərbi İnstitutun bakalavriat səviyyəsində, o cümlədən bakalavriat səviyyəsinin hazırlıq kursunda, Bakı Hərbi Kollecində, Gəncə Hərbi Kollecində və Naxçıvan Hərbi Kollecində təhsil almış hərbi quluqçulara verilən güzəştli ipoteka kreditlərinə dövlət tərəfindən maliyyə dəstəyi göstərilməsinə dair tələbləri və digər təşkilati məsələləri müəyyən edir. Qaydada nəzərdə tutulan hərbi qulluqçulara…

Read More

Hərbi qulluqçulara verilən güzəştli ipoteka kreditinin maliyyələşdirilməsi məqsədilə İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalının artırılması üçün müvafiq illərdə dövlət büdcəsindən vəsait ayrılacaq. GDP xəbər verir ki, bu, Prezident İlham Əliyevin Fərmanı ilə “Elektron ipoteka və kredit zəmanət” sistemi haqqında Əsasnamə”də edilən dəyişiklikdə əksini tapıb. Fərmana əsasən, hərbi qulluqçulara verilən güzəştli ipoteka kreditlərinə dövlət tərəfindən maliyyə dəstəyi göstərilməsi üzrə Nazirlik aşağıdakı istifadə imkanlarına malikdir: – maliyyə dəstəyi göstərilməsi üçün tələb olunan məlumatları almaq; – maliyyə dəstəyi göstərilməsinə dair müvafiq qərar qəbul edildiyi gün bunu ipoteka krediti almaq istəyən şəxsə bildirmək; – maliyyə dəstəyi göstərilməsi dayandırıldıqda, yaxud yenidən bərpa edildikdə Fonda…

Read More

2022-ci ildə McDonald’s Rusiya bazarını tərk etməyi planlaşdırmırmayıb, rəsmilər və Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) biznesə təzyiq edib. GDP xəbər verir ki, Bloomberg-in araşdırmasına görə şirkət rəhbərliyinin Rusiya bazarını tərk etməyə var gücü ilə müqavimət göstərdiyi müəyyən edilib. Lakin ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin dəstəyi ilə sosial şəbəkələrdə Boycott McDonalds kompaniyasını başladılaraq şirkəti bazarı tərk etməyə məcbur edilib.

Read More