Author: Aynure Gdp

PAŞA Sığorta şirkətində yeni təyinat olub. Orxan Məmmədli “PAŞA Sığorta” ASC-də Aktuar Departamentinin Rəhbəri təyin edilib. Orxan Məmmədli buna qədər “PAŞA Sığorta”da Aktuar xidmətinin rəhbəri, Məsul aktuar kimi vəzifələrdə çalışıb. O, Bakı Dövlət Universitetində “Tətbiqi Riyaziyyat” üzrə bakalavr dərəcəsinə yiyələnib. “PAŞA Sığorta” Açıq Səhmdar Cəmiyyəti Azərbaycanın sığorta xidmətləri bazarında tanınmış liderlərdən biridir. Hal-hazırda şirkətin nizamnamə kapitalının həcmi 50 milyon manatdır və 300 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir.

Read More

2024-cü ilin ilk 8 ayında Heydər Əliyev Beynəlxalq Aeroportunda sərnişin axını 33,2% artaraq 5 milyonu keçib. GDP xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunun direktoru Teymur Həsənov açıqlayıb. O bildirib: “Avqust isə tariximizdə ən intensiv ay oldu – 827 min sərnişin xidmət aldı. Bu artım infrastrukturun genişləndirilməsi və daha çox reys təklifinin nəticəsidir.” Teymur Həsənov “Heydər Əliyev Beynəlxalq Aeroportu regionun əsas hava qovşağı olaraq inkişafını davam etdirir”,-deyə fikirlərini tamamlayıb.

Read More

“Forbes” 2023-cü ilin nəticələrinə əsasən Rusiyanın 50 ən böyük xarici şirkətin illik reytinqini tərtib edib. GDP xəbər verir ki, siyahıya daxil edilən şirkətlər il ərzində ümumi gəlirləri 31% artaraq 6,7 trilyon rublu ötüb. Çin biznesi Rusiyada genişlənməyə davam edir – indi reytinqdə Çindən 11 şirkət varÇinin “Chery” minik avtomobili istehsalçısı ilk dəfə olaraq Forbes jurnalına görə Rusiyanın 50 ən böyük xarici şirkətin reytinqinə başçılıq edib. Onun gəliri 4 dəfə artaraq 2023-cü ilin sonunda 590 milyard rublu ötüb – şirkət Rusiya bazarında Chery, Exeed, Omoda, Jaecoo və Jetour brendləri altında 220 mindən çox avtomobil satıb. Əvvəllər reytinqə Fransanın Auchan/Elo (2015-2019), Renault…

Read More

2024-cü ilin yanvar ayında Rusiya Afrikanın Ruanda əyalətindən 29 milyon 210 min dollar məbləğində nağd dollar alıb. GDP xəbər verir ki, bunu Rusiya gömrük statistikasının məlumatları sübut edir. Çatdırılmaya 100 dollarlıq əskinas daxildir. Gömrük bəyannaməsinə əsasən, onların ümumi çəkisi 292,1 kq olub. Nağd pul Ruanda Müdafiə Nazirliyindən alınıb, Rusiya alıcısı hərbi məhsulların ticarəti üçün yeganə dövlət vasitəçisi olan Rosoboroneksport olub.

Read More

“Kapital Bank” ASC-nin “Birbank” mobil tətbiqində Ani Ödənişlər Sistemi (AÖS) ilə köçürmə etmək imkanı yaradılıb. GDP xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Mərkəzi Bankı yayımlayıb. Bu funksionalın yaradılması nəticəsində “Kapital Bank” ASC-nin müştəriləri digər bankların AÖS-də qeydiyyatdan keçmiş istənilən müştərisinə mobil nömrə və ya şəxsiyyət vəsiqəsinin FİN kodu vasitəsilə asanlıqla, saniyələr ərzində köçürmə həyata keçirmək imkanını əldə edirlər. Eyni zamanda, “Birbank” mobil tətbiqi vasitəsilə hesabını AÖS-də qeydiyyatdan keçirmiş istifadəçilər “Kapital Bank” ASC-nin və digər bankların müştərilərindən mobil nömrə və ya şəxsiyyət vəsiqəsinin FİN kodu ilə köçürmələri qəbul edə biləcəklər. Xatırladaq ki, AÖS-ə inteqrasiya olunmuş bankların müştəriləri internet və mobil…

Read More