Author: Aynure Gdp

“Transmaşholdinq” Bakı metropoliteni üçün vaqonların istehsalı üzrə müqavilə imzalayıb. Bunu Rusiya Prezidenti Vladimir Putin Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə danışıqlardan sonra bildirib. O qeyd edib ki, Rusiya və Azərbaycan neft məhsullarının daşınması üçün birgə tankerlər istehsalına başlayırlar. Putinin sözlərinə görə, bu, enerji resurslarının dünya bazarlarına çıxarılmasını artırmağa imkan verəcək.

Read More

Moskva və Bakının birgə fəaliyyətinin istiqamətləri çoxdur. Bu sözləri Rusiya Lideri Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə məhdud tərkibdə keçirilən görüşdə deyib. Rusiya dövlətinin başçısı qeyd edib: “İqtisadi-ticari əlaqələr uğurla inkişaf edir. Rusiyada keçirilən əvvəlki görüşümüzdə Siz mənə demişdiniz ki, 4 milyarddan bir az çox (illik əmtəə dövriyyəsi – red.) yaxşı rəqəmdir. Bu, yaxşı rəqəmdir, amma bizim imkanlarımızın potensialına uyğun deyil. Həqiqətən burada təkcə energetika, sənaye kooperasiyası, nəqliyyat, logistika, yüngül sənayedən danışmaq olmaz. Bizim birgə fəaliyyətimizin istiqamətləri çoxdur. Azərbaycan iqtisadiyyatına qoyulan dörd milyarddan artıq birbaşa investisiyalar da pis göstərici deyil. Azərbaycanda Rusiya kapitalı ilə 127 müəssisə fəaliyyət göstərir, sözsüz ki,…

Read More

Bayden administrasiyası dövründə büdcə kəsiri 6,6 trilyon dollara çatıb ki, bu da rekord göstərici hesab olunur. GDp xəbər verir ki, əvvəlki prezident Donald Trampın ümumi kəsiri 5,6 trilyon dollar təşkil edib. Corc Buş 2001-ci ilin sonunda büdcənin illik profisiti əldə etdiyi sonuncu ABŞ lideri idi – 130 milyard dollar. Büdcə kəsirini maliyyələşdirmək üçün ABŞ dövlət borcunu artırmağa əl atır – bu ilin iyulunda o, ilk dəfə olaraq 35 trilyon dolları ötüb.

Read More

Goldman Sachs Group Inc-in analitikləri ABŞ şirkətləri üçün gələn il gəlir artımı gözləntilərini çox yüksək hesab edərək, ABŞ iqtisadiyyatının ləngiməsi və ABŞ dollarının zəifləmə ehtimalının olduğunu qeyd edib. GDP xəbər verir ki, David Kostinin rəhbərlik etdiyi Goldmanın komandası S&P 500 gəlirinin bu il 6% artdıqdan sonra 2025-ci ildə 4% artacağını gözləyir. Mütəxəssislər qeyd edirlər ki, ümumilikdə, energetika sektorunun nümayəndələri istisna olmaqla, indeks şirkətləri ABŞ iqtisadiyyatında baş verən dəyişikliklərə xarici amillərdən daha həssasdırlar. Bloomberg Intelligence (BI) tərəfindən sorğu edilən analitiklər arasında konsensus proqnozu S&P 500 şirkətlərinin gələn il gəlirlərinin 5,8% artacağıdır. Kostin qeyd edir ki, ekspertlərin orta proqnozu “çox optimist görünür”.…

Read More

Türkiyə Mərkəzi Bankı böyük ehtimalla sabah əsas uçot dərəcəsini dəyişməyəcək, lakin pul siyasətinin yumşaldılması şərtlərini açıqlaya bilər. GDP xəbər verir ki, bunu bəzi ekspertlər Türkiyə Mərkəzi Bankının sabahkı qərarı barədə proqnozlarını səsləndirərkən bildirib. Qeyd edək ki, Türkiyə Mərkəzi Bankının sədr müavini Osman Akçay daha əvvəl demişdi ki, tənzimləyicinin 50%-lik dərəcəsi dörd aydır dəyişməyib və onun azaldılması üçün ilkin şərt inflyasiyanın davamlı azalması olacaq.

Read More

Türkiyənin Tosyali Holding Group Anqolada polad zavodu tikməyi planlaşdırır. GDP xəbər verir ki,layihə “Sonangöl” dövlət neft şirkəti ilə birgə müştərək müəssisə vasitəsilə həyata keçirilir ki, onun da 70%-i “Tosyalı Holdinq”ə məxsusdur. Bu, Kassinqa bölgəsində yerləşən və zavodu filizlə təmin edəcək dəmir filizi mədənini yenidən işə salacaq. Mədən ehtiyatları təxminən 30% dəmir tərkibli 1 milyard ton filiz olaraq qiymətləndirilir. Eritmə zavodu paytaxt Luandanın cənubunda yerləşən təxminən 250 min əhalisi olan kiçik Mocamedes şəhərində yerləşəcək. Onun 2027-ci ilin ortalarında istifadəyə veriləcəyi gözlənilir.

Read More

Ötən cümə günü ilk dəfə bir unsiya üçün 2500 dolları keçən qızılın qiyməti bazar ertəsi ticarətdə həmin qiymətdən baha ticarət olunur. Qiymətli metalın qiyməti Bakı vaxtı ilə saat 10:30-a olan məlumata görə, bir unsiya üçün 2502,2 dollar təşkil edir. Cümə günü qızıl ABŞ-ın zəif iqtisadi göstəriciləri fonunda yeni rekord həddə çatdı və bu, treyderlərin Federal Ehtiyat Sisteminin sentyabrda faizləri azaltmağa başlayacağına inamını artırdı. Bəzi ekspertlər FED-in uçot dərəcəsini 25 baza bəndi yox, birdən-birə 50 baza bəndi aşağı salacağını istisna etmirlər.

Read More

Azərbaycanın “PAŞA Bank” ASC-nin Gürcüstanda törəmə bankı olan “PASHA Bank Georgia” (PAŞA Bank Gürcüstan) 2024-cü ilin 1-ci yarısını (yanvar-iyun) 2 milyon 589 min lari (cari məzənnə ilə 1 milyon 639 min manat) xalis mənfəət ilə başa vurub. Bank 2023-cü ilin 1-ci yarısını 2 milyon 469 min lari (cari məzənnə ilə 1 milyon 563 min manat) xalis zərər ilə bağlamışdı.  Bankın “EY” tərəfindən təsdiq edilmiş 30 iyun 2024-cü il tarixinə Maliyyə Hesabatlarında bildilir ki, 2024-cü ilin 1-ci yarısında “PASHA Bank Georgia”nın faiz gəlirləri 24 milyon 584 min lari (2023-cü ilin ilk 6 ayında 26 milyon 643 lari), qeyri-faiz gəlirləri 8 milyon…

Read More

SABAH.HUB İnnovasiya Mərkəzi 25 milyon dollarlıq vençur kapital fondu olan “SABAH.fund”-u yaradılıb. Fond, Mərkəzi Asiya, Yaxın Şərq və Şimali Afrika (MENA) regionlarını əhatə edən ilk vençur kapital fondu olaraq ilkin investisiya mərhələsinin bağlanışında (“first close”) 11 milyon dollar cəlb etməklə Azərbaycanın ən böyük vençur kapital fonduna çevrilib. “SABAH.fund”-ın əsas tərəfdaşları Rəhim Bayramlı və Abbas Kazmidir, investorları arasında isə “Moonwake Investment”, SOCAR, “Integrity Group”, Azərbaycan İnvestisiya Şirkəti və digər şirkətlər yer alır.“SABAH.fund” sərhədləri aşan bir vençur kapital fondu olaraq, SABAH.HUB İnnovasiya Mərkəzinin “Techplomacy” təşəbbüsünə dəstək vermək məqsədi daşıyır. Fond, innovativ sahibkarları dəstəkləyərək, əsas sahələrdə və sürətlə inkişaf edən regionlarda texnoloji irəliləyişlərə…

Read More

Uorren Baffet 76 milyard dollar dəyərində Apple səhmlərini satıb. GDP xəbər verir ki, onun portfelindəki səhmlərin 49%-ni təşkil edir və onun Berkshire Hathaway şirkətinin nağd balansı 277 milyard dollara yüksəlib – rekord həddə çatıb. Buffett ABŞ-ın tənəzzülünü gözləyirdi və həmişə etdiyi kimi qabaqlayıcı tədbirlər həyata keçirib.

Read More