- “PAŞA Maliyyə Holdinqi”nin rəhbəri Fərid Məmmədov: “Növbəti IPO-ların “PAŞA Bank”la yanaşı, “PAŞA Maliyyə Holdinqi”nə daxil olan digər şirkətlər tərəfindən olacağını düşünürük”
- Apple məhsullarını rəsmi olaraq Bakcell Shop-da əldə et!
- Mərkəzi Bankın nümayəndə heyəti Qazaxıstanda SREP və SupTech mövzularını müzakirə edib
- Kreditlər artıq yeni qaydalarla veriləcək-Mərkəzi Bankdan kreditlərlə bağlı yeni dəyişiklik
- Bankların aktivləri 60 mlrd. manata çatır
- Azərikard kart hesablarında yaranmış problemlə bağlı açıqlama yayıb
- ABB kartlarından əlavə vəsait silinməsi ilə əlaqədar istifadəçilərinə müraciət edib
- Mərkəzi Bank:”Təminatsız pul bazarında qısamüddətli faizlər uçot dərəcəsinə yaxındır”
Author: Aynure Gdp
Qlobal bazarlar yeni zirvələrə qalxıb, ABŞ dolları bu ilin minimumlarına çatıb ABŞSəhm indeksləri Fed-in faiz dərəcəsini azaltma dövrünə başlaması ilə rekord səviyyələrə yüksəldi. Kiçik kapital (small-cap) səhm indeksləri bu həftə 2%-dən çox artış göstərdi. Həftənin əsas diqqət mərkəzi, Fed-in çərşənbə günü keçirilən iclasından sonra verdiyi faiz qərarı idi. Bazarlar 0.25% və ya 0.50% azalma arasında bölünmüşdü və Fed 0.50% azalmaya qərar verərək, 2020-ci ilin martından bəri ilk dəfə bu addımı atdı. Makro göstəricilərə əsasən, avqustda pərakəndə satışlar 0.1% artdı və işsizlik iddiaları son üç ayın ən aşağı səviyyəsinə düşdü. Tikinti icazələri illik 4.9% artışla ən böyük artımı göstərdi, lakin mövcud…
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR ) və BP bu gün enerji təchizatı təhlükəsizliyinin artırılması mədsədilə beynəlxalq neft və qaz “upstream” (kəşfiyyat və hasilat) layihələrində potensial əməkdaşlıq imkanlarını araşdırmaq niyyətlərini dəstəkləyən Anlaşma Memorandumu imzalayıblar. Bu barədə GDP-yə SOCAR ilə BP-nin birgə məlumatına istinadən xəbər verir. Memorandum çərçivəsində şirkətlər beynəlxalq səviyyədə karbohidrogenlərin kəşfiyyatı və hasilatı sahəsində sinerji potensialını və bir sıra yeni investisiya imkanlarını birgə qiymətləndirəcək. Memorandum həmçinin bu iki şirkətin dünyaya etibarlı və əlçatan enerji təchizatını təmin etmək imkanlarının qiymətləndirilməsində öz təcrübə və biliklərini bölüşmək niyyətini əks etdirir. “Azərbaycan üçün tarixi əhəmiyyətə malik “Əsrin müqaviləsi”nin 30-cu ildönümünə təsadüf edən bu saziş SOCAR ilə…
Səudiyyə Ərəbistanı iyul ayında neft hasilatını 1,3% artırıb GDP xəbər ki, Səudiyyə Ərəbistanı 2024-cü ilin iyul ayında iyun ayı ilə müqayisədə neft hasilatını 1,3% artırıb, ixracı isə 5,1% azaldıb. İxracın həcmi iyunda gündəlik 6,047 milyon barellə müqayisədə sutkada 5,741 milyon barel təşkil edib. Bununla belə, bu, 2023-cü ilin iyul ayı ilə müqayisədə 11,1% azdır. Səudiyyə Ərəbistanının iyulda neft hasilatı iyunda gündəlik 8,83 milyon barellə müqayisədə 8,941 milyon barel olub. İllik ifadədə isə bu göstərici 0,8% azalıb.
AFBİA üzvləri Qazaxıstan Fond Birjasının rəsmiləri ilə kapital bazarlarının inkişafını müzakirə edib
Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyasının üzvləri (AFBİA) və Qazaxıstan Fond Birjası (KASE) nümayəndələri arasında görüş keçirilib. GDP xəbər verir ki, Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası məlumat yayımlayıb. Məlumata görə, görüşün məqsədi iki ölkə arasında kapital bazarlarının inkişafı, təcrübə mübadiləsi və beynəlxalq əməkdaşlıq sahələrində yeni perspektivləri müzakirə etmək olmuşdur.
Həmkarlarla və özəl sektor nümayəndələri ilə birgə Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Beynəlxalq ticarət” işçi qrupunun növbəti iclasında iştirak etdik.GDP xəbər verir ki. bunu İqtisadiyyat nazirinin müavini Elnur Əliyev rəsmi sosial meaia hesabında yazıb. O bildirib ki, beynəlxalq ticarətin asanlaşdırılması, eləcə də Dünya Bankı Qrupunun “B-Ready” hesabatının “Beynəlxalq ticarət” indikatoru üzrə təkmilləşmələrin aparılması istiqamətində görülmüş işlər barədə müzakirələr apardıq. “Bu sahədə dövlət xidmətlərinin keyfiyyətinə dair qanunvericiliyin tənzimləməsi, idxal və ixrac əməliyyatlarının səmərəliliyi üzrə təqdimatları dinlədi”,-deyə Elnur Əliyev əlavə edib.
“Azərbaycan Sənaye Sığorta” ASC-nin (ASS) İdarə Heyətinə yeni sədr təyin edilib. Sığorta şirkətinin sədrinin vəzifəsindən getməsindən sonra səhmdarların Ümumi Yığıncağının qərarı ilə İlkin Mirzəyev Şahin oğlunu İdarə Heyətinin yeni sədri təyin ediblər. Buna qədər İdarə Heyətinin sədri Orxan Əfəndiyev Oqtay oğlu idi. O, buna qədər İcbari Sığorta Bürosunda Maliyyə Departamentinə rəhbərlik edib. Daha öncələr isə lisenziyası ləğv edilmiş “Günay Sığorta” ASC-nin İdarə Heyəti sədrinin müavini olub. Qeyd edək ki, ASS-nin Direkotlar Şurasının yeni sədri Rəşad Əhmədov da İSB-dən gəlib. O, 2024-cü ilin ikinci yarısında qədər İSB-nin icraçı direktoru idi. Xatırladaq ki, ASS 2008-ci ildə yaradılıb. Şirkət 1996-cı ildən sığorta bazarına daxil olmuş…
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə “İrşad” MMC bank olmayan kredit təşkilatına (BOKT) lisenziya verilib. Məlumata görə, bununla da ölkədə lisenziyası olan BOKT-ların sayı 57-yə çatıb. Qeyd edək ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “İrşad” BOKT-u ötən ilin sentyabr ayında dövlət qeydiyyatına alıb. Onun hüquqi ünvanı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sakit Qocayev küçəsi, 25, nizamnamə kapitalı 1 milyon manat, qanuni təmsilçisi isə Zaur Miqirovdur. © “Report
Donald Tramp Nyu Yorkdakı barda burgerlərin pulunu Bitcoin ilə ödəyib GDP xəbər verir ki, Nyu Yorkda seçicilərlə görüşməzdən əvvəl Tramp kriptovalyuta ilə ödəniş edə biləcəyiniz PubKey barında dayanıb. O, bar sahibinin köməyi ilə pul kisəsinin QR kodunu skan edərək ödəmək üçün bir neçə burger üçün pul köçürüb, sonra onu özü ilə tərəfdarlarına paylayıb. Ödənişi başa vurduqdan sonra o, bunu “tarixi an” adlandırıb. PubKey kriptovalyuta həvəskarları üçün görüşlər və digər tədbirlərə ev sahibliyi edən temalı bardır.
