- “PAŞA Maliyyə Holdinqi”nin rəhbəri Fərid Məmmədov: “Növbəti IPO-ların “PAŞA Bank”la yanaşı, “PAŞA Maliyyə Holdinqi”nə daxil olan digər şirkətlər tərəfindən olacağını düşünürük”
- Apple məhsullarını rəsmi olaraq Bakcell Shop-da əldə et!
- Mərkəzi Bankın nümayəndə heyəti Qazaxıstanda SREP və SupTech mövzularını müzakirə edib
- Kreditlər artıq yeni qaydalarla veriləcək-Mərkəzi Bankdan kreditlərlə bağlı yeni dəyişiklik
- Bankların aktivləri 60 mlrd. manata çatır
- Azərikard kart hesablarında yaranmış problemlə bağlı açıqlama yayıb
- ABB kartlarından əlavə vəsait silinməsi ilə əlaqədar istifadəçilərinə müraciət edib
- Mərkəzi Bank:”Təminatsız pul bazarında qısamüddətli faizlər uçot dərəcəsinə yaxındır”
Author: Aynure Gdp
Mərkəzi Bankın İdarə Heyətinin 12 sentyabr 2024-cü il tarixli Qərarı ilə “K Group” MMC-yə elektron pul təşkilatı, “M.A.X Sistemləri Plyus” MMC və “Cibpay” MMC-yə ödəniş təşkilatı, həmçinin “Azərikard” MMC-yə isə elektron pul təşkilatı və ödəniş sistemi operatoru fəaliyyətini həyata keçirmək hüququ verən müddətsiz lisenziya təqdim olunub. GDP Azərbaycan Mərkəzi Bankına İstinadən xəbər verir ki,Mərkəzi Banka ödəniş xidmətlərinin göstərilməsi üçün lisenziyanın əldə edilməsinə dair müraciət etmiş digər təşkilatların qiymətləndirilməsi hazırda davam etməkdədir. Ödəniş xidmətlərinin həyata keçirilməsi üzrə verilən lisenziyalarla bağlı məlumatlar Mərkəzi Bankın internet səhifəsi vasitəsilə açıqlanır.
2024-cü ilin ilk 8 ayı ərzində “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti satış və mübadilə mərkəzindən pərakəndə formada 2580 ədəd qızıl külçə, 1634 ədəd qızıl sikkə satılıb. Bu barədə “AzerGold” Qapalı Səhmdar Cəmiyyətindən GDP -yə məlumat verilib Qeyd edək ki, “AzerGold” QSC 2018-ci ildən etibarən ilk dəfə olaraq yerli qızıl və gümüş xammalından hazırlanan sikkə və külçələri pərakəndə bazarda satışa təqdim edib. Məlumata görə, satılan gümüş sikkələrin sayı isə 78 ədəd təşkil edir.
Dövrümüzün ən gəlirli sahələrindən biri Forex Maliyyə Bazarında ticarətdir. Ortalama illik gəlir 10-50% olan Forex ticarəti (prop firmaların təqdim etdiyi statistika) hərkəsə maraqlı gəlir. Bu sahəni öyrənməyə çalışan cox sayda insan var. Bazar araşdırması etsəniz hazırda Azərbaycanda real gəlir əldə edəcəksiniz adı ilə təlimlər keçən bir neçə kurs görə bilərsiniz. Bəzisi reklamlarında 15 il -20 il təcrübəyə sahib treyderlərin təlim keçdiyini vurğulayır. Bu tip reklamlara qəti aldanmayın. Əgər həmin “müəllimlərdən” 1 illik belə ticarət tarixcəsi istəsəniz təqdim edə bilməyəcəklər. Azərbaycanda bu sahədə böyük boşluqlar var. Ümid edirəm bu durum zamanla düzələcəkdir. Bunun üçün ölkəmizdə kapital və investisiya şirkətləri hərəkətə keçməlidir. Unicapital…
Azərbaycanda bankların struktur bölməsinin rəhbəri də banka aidiyyəti olan şəxslər hesab edilədək. GDP xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Taleh Kazımov “Banklara aidiyyəti olan şəxslərlə əməliyyatların aparılması Qaydası”da dəyişiklə bağlı qərar qəbul edib. Buna qədər isə banka aidiyyəti olan şəxslər müşahidə şurasının və idarə ehyətinin üzvləri, habelə bankın nizamnamə kapitalında iştirak payından asılı olmayaraq müqavilə əsasında bankın qərarlarının qəbul edilməsinə mühüm təsir göstərməyə imkan verən paya birbaşa və ya dolayı yolla malik olan hər hansı şəxs, bankın Audit Komitəsinin üzvləri, daxili audit bölməsinin əməkdaşları, qərarların qəbul edilməsində iştirak edən bankın digər əməkdaşları, bankın baş mühasibi (bu vəzifələri…
2024-cü ilin ilk 8 ayı ərzində “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti satış və mübadilə mərkəzindən pərakəndə formada 64.26 kq qızıl, 1.05 kq gümüş məhsulları satılıb. Bu barədə “AzerGold” Qapalı Səhmdar Cəmiyyətindən GDP -yə məlumat verilib Qeyd edək ki, “AzerGold” QSC 2018-ci ildən etibarən ilk dəfə olaraq yerli qızıl və gümüş xammalından hazırlanan sikkə və külçələri pərakəndə bazarda satışa təqdim edib.
Manatın nominal effektiv məzənnəsinin bahalaşması idxal inflyasiyasının azalmasına əlavə töhfə verib
Bu dövrdə manatın nominal effektiv məzənnəsinin (2024-cü ilin 8 ayında 2.8%) bahalaşması idxal inflyasiyasının azalmasına əlavə töhfə verib. GDP Mərkəzi Banka istinadən xəbər verir ki, uçot dərəcəsi ilə bağlı əvvəlki iclasdan bəri inflyasiyanın risk balansında əhəmiyyətli dəyişikliklər baş verməyib. Ötən iclasdan bəri illik inflyasiya yüksəlsə də, hədəf diapazonu (4±2%) daxilində olub. Belə ki, 2024-cü ilin avqust ayında 12 aylıq inflyasiya 3.5%, ərzaq malları üzrə inflyasiya 3%, qeyri-ərzaq malları üzrə 1.8%, xidmətlər üzrə 5.6% təşkil edib. İllik baza inflyasiya isə 2.4% olub. İnflyasiyanın xarici fonu ümumilikdə sabitdir. Bu dövrdə manatın nominal effektiv məzənnəsinin (2024-cü ilin 8 ayında 2.8%) bahalaşması idxal inflyasiyasının…
Təminatsız bazarda 1 gün ərzində baş tutan əməliyyatların orta həcmi də avqust ayında maksimum həddə (534 mln. manat) çatıb GDP xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının faiz qərarı ilə bağlı press-relizində məlumat verilib. Bildirilir ki, pul siyasəti alətləri maliyyə bazarlarında gedən proseslər və bank sisteminin likvidlik mövqeyindəki dəyişikliklər nəzərə alınmaqla tətbiq edilir. Mərkəzi Bank hökumət hesabları qalıqlarının dəyişiminin bank sistemindəki likvidliyə təsirini nəzərə alaraq sterilizasiya əməliyyatlarının ilin əvvəlindən həcmini kəskin azaldıb. Press-relizdə həmçinin Mərkəzi Bankın notların həcminin azaldığı qeyd edilib “Mərkəzi Bankın emissiya etdiyi notların həcmi cari ilin 8 ayında 45.6% azalıb. Avqust ayında 1 günlük təminatsız əməliyyatlar…
Microsoft və BlackRock investisiya şirkəti süni intellektin inkişafı üçün 30 milyard dollarlıq fond yaradır GDP xəbər verir ki, Microsoft Korporasiyası sentyabrın 17-də axşam məqsədi inkişafa investisiya olacaq Qlobal AI İnfrastruktur İnvestisiya Tərəfdaşlığı (GAIIP) beynəlxalq layihəsinin yaradılmasını elan etdi.süni intellekt (AI) və əlaqəli infrastrukturla bağlı perspektivli inkişaflar. Layihədə Microsoft ilə birlikdə Amerikanın BlackRock investisiya fondu, yüksək texnologiyalı avadanlıq istehsalçısı Nvidia və MGX (BƏƏ) investisiya şirkəti iştirak edir. Birinci mərhələdə 30 milyard dollar həcmində investisiya fondu yaradılır, növbəti mərhələdə fondun həcminin 100 milyard dollara çatdırılması nəzərdə tutulur.
