- “PAŞA Maliyyə Holdinqi”nin rəhbəri Fərid Məmmədov: “Növbəti IPO-ların “PAŞA Bank”la yanaşı, “PAŞA Maliyyə Holdinqi”nə daxil olan digər şirkətlər tərəfindən olacağını düşünürük”
- Apple məhsullarını rəsmi olaraq Bakcell Shop-da əldə et!
- Mərkəzi Bankın nümayəndə heyəti Qazaxıstanda SREP və SupTech mövzularını müzakirə edib
- Kreditlər artıq yeni qaydalarla veriləcək-Mərkəzi Bankdan kreditlərlə bağlı yeni dəyişiklik
- Bankların aktivləri 60 mlrd. manata çatır
- Azərikard kart hesablarında yaranmış problemlə bağlı açıqlama yayıb
- ABB kartlarından əlavə vəsait silinməsi ilə əlaqədar istifadəçilərinə müraciət edib
- Mərkəzi Bank:”Təminatsız pul bazarında qısamüddətli faizlər uçot dərəcəsinə yaxındır”
Author: Aynure Gdp
İşğaldan azad olunmuş ərazilərə böyük qayıdışın təmin edilməsi üçün 2025-ci ilin dövlət büdcəsindən 4,0 milyard manat vəsait nəzərdə tutulmuşdur. GDP Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, işğaldan azad olunmuş ərazilərə böyük qayıdışın təmin edilməsi üçünşəhər və kəndlərin yenidən qurulması və bərpası, həmin ərazilərdə müasir infrastrukturların yaradılması (elektrik enerjisi, təbii qaz, su, rabitə, yol,təhsil, səhiyyə, mədəniyyət, mənzil-kommunal və digər zəruri infrastrukturların və mədəni- tarixi abidələrin bərpası və yenidən qurulması, yaşayış evlərinin tikintisi və s.) məqsədilə 2025-ci ilin dövlət büdcəsindən 4,0 milyard manat vəsait nəzərdə tutulmuşdur.
Baza ssenaridə 2025-ci ildə 4,6% proqnozlaşdırılan orta illik inflyasiyanın tədricən azalaraq 2028-ci ildə isə 3,8 olacağı gözlənilir. GDP Maliyyə Nazirliyinə istinadən xəbər verir ki,İqtisadiyyat Nazirliyi tərəfindən inflaysiya proqnozunun formalaşdırılmasında beynəlxalq təşkilatların əmtəə qiymətləri ilə bağlı proqnozları, manatın məzənnəsinin sabitliyi, eləcə də antiinflyasiya tədbirləri əsas götürüldüyü bildirilir.
2025-cü ildə Azərbaycanın dövlət büdcəsinin gəlirlərinin 36 milyard 616 milyon manat, xərclərinin isə 39 milyard 667,6 milyon manat olacağı gözlənilir. GDP Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bunlar, 2023-cü ilin təsdiq olunmuş proqnozlarına nisbətən müvafiq olaraq 0,6 % çox və 0,2 % azdır. Beləliklə dövlət büdcəsində 3 milyard 51,6 milyon manat kəsir formalaşır.
İqtisadiyyat Nazirliyi tərəfindən təqdim olunmuş makroiqtisadi proqnozlarda 2025-2028-ci illər üzrə manatın ABŞ dollarına qarşı məzənnəsi sabit, cari ilin səviyyəsində götürülüb. GDP xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayımlayıb.
Proqnozlara əsasən 2025-ci ilin sonuna ÜDM-in həcmi 129,2 milyard manat, o cümlədən qeyri-neft/qaz ÜDM-in həcmi 92,2 milyard manat təşkil edəcəyi, 2028-ci ildə isə ÜDM-in 150,8 milyard manata qədər, o cümlədən qeyri-neft/qaz ÜDM-in həcmi 117,2 milyard manata qədər artacağı gözlənilir. GDP Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, orta müddətdə ÜDM-in real artım tempinin orta illik 3,35 faiz, qeyri-neft/qaz ÜDM-in 5,0 faiz olacağı proqnozlaşdırılır. 2024-cü ildə neft-qaz sektoru üzrə ÜDM-in real ifadədə 0,3 faiz artacağı proqnozlaşdırılır. 2028-ci ildə ÜDM-in tərkibində qeyri-neft/qaz sektorunun payının artaraq 77,7 faizə çatacağı, neft-qaz sektorunun payının isə 22,3 faizə bərabər olacağı proqnozlaşdırılır
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən cari ilin avqust ayında təqdim olunan proqnozlara əsasən baza ssenaridə və 2026-2028-ci illər üçün 65,0 ABŞ dolları fərz edilib. GDP Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, təbii qazın min kubmetrinin orta illik ixrac qiyməti baza ssenaridə 2025-ci il üzrə 242,0 ABŞ dolları, 2026-2028-ci illər üzrə isə 236,0 ABŞ dolları olaraq götürülüb.
ABŞ Konqresinin Nümayəndələr Palatasının ondan çox üzvü və iki senator prezident Co Bayden administrasiyasına məktub yazaraq, heliumun Rusiyadan idxalı və yayılmasına qarşı sanksiyalar tətbiq etməyə çağırıb. GDP xəbər verir ki, bu barədə Politico nəşri məlumat yayımlayıb. “Rusiya artan qlobal helium bazarında yer tutmağa ümid edir və çox güman ki, Birləşmiş Ştatlar və müttəfiqlərimiz müvafiq sanksiyalarla kampaniyasını dayandırmasalar, bunu edə biləcəklər”, – nəşr senatorlar Casey və Con Fetterman Bobun Baydenə məktubundan sitat gətirir. Yayın əvvəlində Aİ Rusiyaya qarşı 14-cü sanksiya paketini təqdim etdi və bu, xüsusən də Rusiya heliumuna təsir etdi.
Avqust ayında ABŞ-da pərakəndə satışlar proqnozları üstələyərək 0,1% artıb GDP xəbər verir ki, ABŞ-da avqustda pərakəndə satışlar iyul ayı ilə müqayisədə 0,1% artıb, ölkənin Ticarət Nazirliyi məlumat yayıb. Analitiklər orta hesabla 0,2% azalma proqnozlaşdırmışdılar. Yenidən emal olunmuş məlumatlara görə, pərakəndə satışlar iyul ayında əvvəllər bildirildiyi kimi 1% deyil, 1.1% artıb.
“Brent” stabilləşib və bir barel üçün 72,67 dollara satılır. Neft qiymətləri əvvəlki sessiyanın bağlanış səviyyəsinə yaxın olaraq qalır. Treyderlər ABŞ Federal Ehtiyat Sisteminin iclasının nəticəsini gözləyir və neft bazarında tələb və təkliflə bağlı siqnalları qiymətləndirirlər. Bu gün sona çatan iki günlük iclasın sonunda FED-in faizləri 50 baza bəndi aşağı salacağına investorların inamı artır. Amerika Mərkəzi Bankının siyasətini kəskin yumşaltması həm bütövlükdə ABŞ iqtisadiyyatı, həm də neftə tələbat üçün müsbət amil olacaq. Bakı vaxtı ilə saat 14:35-də Londonun ICE Futures birjasında Brent markalı noyabr fyuçerslərinin qiyməti 0,08 dollar və ya 0,11% ucuzlaşaraq 72,67 dollar/barelə bərabər olub. Bu vaxta qədər WTI markalı…
