“Brent” stabilləşib və bir barel üçün 72,67 dollara satılır.
Neft qiymətləri əvvəlki sessiyanın bağlanış səviyyəsinə yaxın olaraq qalır. Treyderlər ABŞ Federal Ehtiyat Sisteminin iclasının nəticəsini gözləyir və neft bazarında tələb və təkliflə bağlı siqnalları qiymətləndirirlər.
Bu gün sona çatan iki günlük iclasın sonunda FED-in faizləri 50 baza bəndi aşağı salacağına investorların inamı artır. Amerika Mərkəzi Bankının siyasətini kəskin yumşaltması həm bütövlükdə ABŞ iqtisadiyyatı, həm də neftə tələbat üçün müsbət amil olacaq.
Bakı vaxtı ilə saat 14:35-də Londonun ICE Futures birjasında Brent markalı noyabr fyuçerslərinin qiyməti 0,08 dollar və ya 0,11% ucuzlaşaraq 72,67 dollar/barelə bərabər olub. Bu vaxta qədər WTI markalı neftin oktyabr fyuçersləri NYMEX birjasında 0,05 dollar və ya 0,07% bahalaşaraq bir barelə görə 70,14 dollar olub.