- “PAŞA Maliyyə Holdinqi”nin rəhbəri Fərid Məmmədov: “Növbəti IPO-ların “PAŞA Bank”la yanaşı, “PAŞA Maliyyə Holdinqi”nə daxil olan digər şirkətlər tərəfindən olacağını düşünürük”
- Apple məhsullarını rəsmi olaraq Bakcell Shop-da əldə et!
- Mərkəzi Bankın nümayəndə heyəti Qazaxıstanda SREP və SupTech mövzularını müzakirə edib
- Kreditlər artıq yeni qaydalarla veriləcək-Mərkəzi Bankdan kreditlərlə bağlı yeni dəyişiklik
- Bankların aktivləri 60 mlrd. manata çatır
- Azərikard kart hesablarında yaranmış problemlə bağlı açıqlama yayıb
- ABB kartlarından əlavə vəsait silinməsi ilə əlaqədar istifadəçilərinə müraciət edib
- Mərkəzi Bank:”Təminatsız pul bazarında qısamüddətli faizlər uçot dərəcəsinə yaxındır”
Author: Aynure Gdp
Mərkəzi Bank rəsmisi Dayanıqlı Bankçılıq və Maliyyə Şəbəkəsinin 8-ci Qlobal Toplantısında çıxış edib
Mərkəzi Bankın Maliyyə sektorunun dayanıqlı inkişafı departamentinin direktoru Rüstəm Tahirov Dayanıqlı Bankçılıq və Maliyyə Şəbəkəsi (DBMS) tərəfindən Rio-de-Janeyro şəhərində keçirilən 8-ci Qlobal Toplantıda çıxış edib. GDP xəbər verir ki,Rüstəm Tahirov Mərkəzi Bankın DBMS və digər beynəlxalq tərəfdaşlarla birgə “Dayanıqlı maliyyə taksonomiyalarının harmonizasiyası üzrə Yol Xəritəsi”nin hazırlanması təşəbbüsünə dair təqdimatla çıxış edərək bu istiqamətdəki ətraflı müzakirələrə qatılıb.Qeyd edək ki, dayanıqlı maliyyə taksonomiyalarının harmonizasiyası vasitəsilə ölkələr arasında yaşıl investisiya təsnifatının uyğunlaşdırılmasının təmin edilməsi hədəflənir. Bu da, öz növbəsində institusional investisiyaların dayanıqlı və yaşıl layihələrə, xüsusilə transsərhəd investisiyalara yönəldilməsini sürətləndirəcək.
Rusiya Çinə malların dəyərini kriptovalyuta ilə ödəyir GDP xəbər verir ki, rəqəmsal valyutalarda ödəniş etməyə icazə verilən ilk idxalçılar qrupuna elektronika istehsalçıları, Ticarət və Sənaye Palatasının üzvləri və bir neçə bank daxildir. Digital & Anologue Partners konsaltinq şirkətinin partnyoru Yuri Brisov xəbərdarlıq edir ki, blokçeyn üzrə bütün əməliyyatlar yoxlamaya açıq olduğundan sanksiyalardan yayınmaq üçün kriptovalyutadan istifadə cəhdləri tez bir zamanda müəyyən ediləcək. Brisov hesab edir ki, bu, Rusiya hakimiyyətinin eksperimentini tez bir zamanda fiaskoya aparacaq.
“Şimal-Cənub”-un Şərq marşrutu üzrə dəmir yolu yükdaşımaları 2030-cu ilədək 5 milyon tona çata bilər
“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin Şərq marşrutu üzrə dəmir yolu yükdaşımalarının həcmi 2030-cu ilədək 4,5 dəfə artaraq 5 milyon tona çata bilər. GDP xəbər verir ki, Avrasiya İnkişaf Bankının məlumatına görə, 2023-cü ildə marşrut üzrə 1,6 milyon ton yük daşınıb. Bunun 1,1 milyon tonu dəmir yolu ilə daşınır. Son 3 ildə yükdaşımalarda orta illik artım 52% təşkil edir. Qeyd edək ki, “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin yaradılması haqqında saziş Rusiya, İran və Hindistan hökümətləri arasında 12 sentyabr 2000-ci il tarixində imzalanıb. Azərbaycan Respublikası bu sazişə 20 sentyabr 2005-ci il tarixli Qanun əsasında qoşulub.
Goldman və Citi 2024-cü il üçün Çinin ÜDM artımı proqnozlarını 4,7%-ə endirib. GDP xəbər verir ki,Asia Financial xəbər verir ki, Goldman Sachs və Citigroup analitikləri 2024-cü ildə Çinin iqtisadi artımı ilə bağlı proqnozlarını aşağı salıblar. Hər iki maliyyə nəhəngi indi ÜDM-in 4,7% artacağını gözləyirlər, Goldman əvvəllər bunu 4,9%, Citi isə 4,8% səviyyəsində qiymətləndirirdi. Bu, son vaxtlar dərc edilən zəif statistik məlumatlarla bağlıdır. Belə ki, Çində sənaye istehsalı avqustda ötən ilin eyni ayı ilə müqayisədə 4,5% artıb ki, bu da beş ayda minimum artım tempidir.
Intel maliyyə problemləri səbəbindən Almaniya və Polşada zavod tikintisi layihələrini iki il müddətinə dayandırır. GDP xəbər verir ki, bunu Polşanın Rəqəmsal Texnologiyalar naziri bildirib Amerika nəhəngini cəlb etmək əvvəlki Polşa hökumətinin qabaqcıl investisiya layihələrindən biri idi. Yarımkeçiricilər istehsalı müəssisəsinə investisiyanın həcminin 4,6 milyard dollar olacağı gözlənilirdi.
Microsoft dividendləri 10% artıracaq, 60 milyard dollarlıq səhmləri geri almağa başlayacaq GDP xəbər verir ki, Microsoft Korporasiyasının İdarə Heyəti Amerika şirkətinin press-relizində, rüblük dividendlərin həcmini 10% – hər səhmə görə 0,75 dollardan 0,83 dollara qədər artırmaq qərarına gəldiyi bildirilir. Ödənişlər dekabrın 12-də baş tutacaq, səhmdarların reyestrinin bağlanması noyabrın 21-nə təyin edilib. Bundan əlavə, şirkət öz səhmlərinin 60 milyard dollara qədər geri alınması üçün yeni proqram elan etdi.
Mərkəzi Bankda Dünya Bankının (DB) Cənubi Qafqaz üzrə regional direktoru Roland Praysın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdük.GDP xəbər verir ki,bunu Azərbaycan Mərkəzi Bankının İdarə heyətinin sədri Taleh Kazımov deyib O bildilirb ki, “Görüş zamanı DB-nin 2025-2029-cu illəri əhatə edəcək Azərbaycan üzrə yeni Ölkə Tərəfdaşlıq Çərçivəsinin mühüm istiqamətləri, davam edən investisiya layihələrinin cari statusu, eləcə də DB tərəfindən COP29 çərçivəsində göstərilə biləcək dəstək ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi apardıq.”Taleh Kazımov həmçinin “Görüşdə həmçinin qurumlar arasında mövcud əlaqələrin daha da genişləndirilməsi perspektivlərini və yaşıl taksonomiyanın hazırlanması üzrə DB-nin dəstək imkanlarını müzakirə etdik”,-deyə qeyd edib.
2024-cü ilin birinci yarısında Azəri-Çıraq-Dərinsulu Günəşli (AÇG) üzrə fəaliyyətlərə təqribən 243 milyon dollar əməliyyat məsrəfləri və 698 milyon dollardan artıq əsaslı məsrəflər xərclənib. GDP xəbər verir ki, 2024-cü ildə AÇG yatağında yeni 4-ölçülü (4D) yüksək dəqiqlikli dənizdibi qovşaqlarla seysmik tədqiqat proqramına başlanıb. Balaxanı və Fasilə lay dəstlərinin tədqiqinə yönəlmiş bu proqram seysmik mənbənin altında 740 kvadrat kilometr, qəbuledicilərin altında isə 507 kvadrat kilometrlik bir ərazini əhatə edir. Proqramın ümumi dəyərinin təxminən 370 milyon ABŞ dolları, icra müddətinin isə beş il (2024-2028) olacağı planlaşdırılır. Tədqiqatın əhatə edəcəyi ərazi, aparılacaq işlərin ümumi dəyəri və müddəti baxımından bu layihə bp-nin dünyada indiyədək həyata keçirdiyi…
İqtisadiyyat naziri Mikayıl Cabbarov Dünya Bankının Avropa və Mərkəzi Asiya üçün dayanıqlı İnkişaf üzrə regional direktoru Sameh Naquib Vahba ilə görüşüb GDP xəbər verir ki, görüşdə Azərbaycan və Dünya Bankı arasında əməkdaşlığın inkişafından məmnunluq ifadə olunub
