Author: Aynure Gdp

Ötən il və bu ilin 8 ayında bu kəmərlərlə Türkiyə və dünya bazarlarına 41 milyon ton neft və 37 milyard kubmetr qaz təchiz olunub. Energetika Nazirliyindən GDP-yə verilən məlumata görə, bunu energetika naziri Pərviz Şahbazov Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) enerji nazirlərinin dördüncü iclasında çıxışı zamanı bildirirb. Onun sözlərinə görə, enerji sahəsində əməkdaşlığı türk dövlətləri arasında əlaqələrin strateji sütunu kimi dəyərləndirilərək bildirilib ki, Azərbaycan – Türkiyə enerji birliyinin BTC ilə yanaşı, Bakı-Tbilisi-Ərzurum, TANAP, Cənub Qaz Dəhlizi kimi möhtəşəm töhfələri bu gün Türkiyə ilə bərabər çoxsaylı ölkələrin enerji təhlükəsizliyini təmin edir. Ötən il və bu ilin 8…

Read More

Azərbaycanın xarici ticarətinin müsbət saldosu 2 dəfədən çox azalaraq 13 milyard 203 milyon 962 min ABŞ dollarından 5 milyard 467 milyon 658 min ABŞ dollarına düşüb. Bunun səbəbi ixracın azalması, eyni zamanda idxalın da artmasıdır. 2024-cü ilin yanvar-avqust aylarında (8 ayda) Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 30 milyard 995 milyon 424 min ABŞ dolları təşkil edib. GDP xəbər verir ki, Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, o cümlədən, ixrac əməliyyatları üzrə 18 milyard 231 milyon 541 min ABŞ dolları, idxal əməliyyatları üzrə 12 milyard 763 milyon 883 min ABŞ dolları ticarət qeydə alınıb. Nəticədə 5 milyard 467 milyon 658 min…

Read More

Brent markalı neftin bir barreli 71,57 dollara satılır Neftin qiymətləri ötən həftənin sonundakı artımdan sonra bazar ertəsi səhər bir qədər dəyişdi. Bakı vaxtı ilə saat 09:16-a Londonun ICE Futures birjasında Brent markalı neftin noyabr fyuçerslərinin qiyməti bir barel üçün 71,57 dollar təşkil edir ki, bu da əvvəlki ticarətin bağlanışına nisbətən 0,04 dollar (0,06%) azdır. Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində oktyabr ayı üçün WTI markalı neftin bir barelinin qiyməti 0,07 dollar (0,1%) artaraq 68,72 dollar təşkil edib.

Read More

Milyarder İlon Maskın formalaşdırdığı komitə avqustdan ABŞ prezidentliyinə namizəd Donald Trampın təşviqatına 30 milyon dollar xərcləyib. GDP xəbər verir ki, “The Washington Post” qəzeti yazdığına görə, son həftələr qrupun işi respublikaçı və demokratların dəstəyi təxminən eyni olan ştatlar üzərində fokuslanıb. Daha əvvəl Mask Tramp administrasiyasında işləməyə marağını bildirib. Elə Donald Tramp da onu komandasına cəlb etməyə hazır olduğunu açıqlayıb.

Read More

Ford Çinlə rəqabəti ABŞ avtomobil sənayesi üçün ekzistensial təhlükə adlandırıb GDP xəbər verir ki, ABŞ-ın Ford şirkətinin baş direktoru Jim Farley etiraf edib ki, xüsusilə, onlar AI və ABŞ-da mövcud olan heç bir şeyə bənzəməyən digər texnologiyalardan istifadə edirlər. “Çinli avtomobil istehsalçıları öz məhsullarını inkişaf etdirərkən işıq sürəti ilə hərəkət edirlər”. Amerika istehsalçıları elektrikli avtomobillərdə gələcək görürlər, lakin onların satış artımı indi yüksək qiymətlərə görə səngiyib. Bunun fonunda keçən ilin dördüncü rübündə Çinin BYD şirkəti elektriklə işləyən avtomobillərin qlobal satışında Tesla-nı geridə qoyub.

Read More

Rusiyanın “Mir” ödəniş sistemi İranın “Şetab” sistemi ilə inteqrasiya olunur və təxminən 6 aydan sonra ölkədə fəaliyyətə başlayacaq. GDP xəbər verir ki, bunu İranın Rusiyadakı səfiri Kazım Cəlali bildirib. O əvvəllər bildirilmişdi ki, “Şetab” sistemi Rusiyada 2024-cü ilin avqust ayının sonuna kimi istifadəyə verilməlidir. “İndi biz Mir və Shetab ödəniş sistemlərini birləşdirməyə çalışırıq. Shetab hazırda test səviyyəsində işləyir. İnanıram ki, təxminən altı aydan sonra “Mir” ödəniş sistemi də İranda işə düşəcək”,– deyə qeyd edib Kazım Cəlalı.

Read More