- “PAŞA Maliyyə Holdinqi”nin rəhbəri Fərid Məmmədov: “Növbəti IPO-ların “PAŞA Bank”la yanaşı, “PAŞA Maliyyə Holdinqi”nə daxil olan digər şirkətlər tərəfindən olacağını düşünürük”
- Apple məhsullarını rəsmi olaraq Bakcell Shop-da əldə et!
- Mərkəzi Bankın nümayəndə heyəti Qazaxıstanda SREP və SupTech mövzularını müzakirə edib
- Kreditlər artıq yeni qaydalarla veriləcək-Mərkəzi Bankdan kreditlərlə bağlı yeni dəyişiklik
- Bankların aktivləri 60 mlrd. manata çatır
- Azərikard kart hesablarında yaranmış problemlə bağlı açıqlama yayıb
- ABB kartlarından əlavə vəsait silinməsi ilə əlaqədar istifadəçilərinə müraciət edib
- Mərkəzi Bank:”Təminatsız pul bazarında qısamüddətli faizlər uçot dərəcəsinə yaxındır”
Author: Aynure Gdp
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda elektrik enerjisi istehsalında “yaşıl enerji”nin payı 14 % olub. GDP xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib. Nazirin sözlərinə görə, bu ilin yanvar-avqust aylarında Azərbaycanda elektrik enerjisinin istehsalı 19 milyard 235,4 milyon kVt/saat, ixrac 858,9 milyon kVt/saat, idxal isə 125,5 milyon kVt/saat olub. O bildirib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə su da daxil olmaqla bərpa olunan enerji mənbələrindən 2 dəfədən çox artımla 2 milyard 771.8 milyon kVt/saat elektrik enerjisi istehsal edilib.
Mərkəzi Bank tərəfindən media nümayəndələri üçün mərkəzi bankçılıq və maliyyə sahəsi üzrə məlumatlılığın artırılması məqsədilə keçirilən növbəti təlim “Maliyyə sabitliyinin təhlili və stres-testləşmə” mövzusuna həsr olunub. GDP xəbər verir ki, təlim çərçivəsində maliyyə sabitliyi və onun təmin olunması üzrə fəaliyyətin mərhələləri, eləcə də maliyyə sabitliyinə təhdid yaradacaq sistem risklərinin təhlilinə dair məlumatlar paylaşılıb. Maliyyə sabitliyinə təsir edən amillərdən bəhs olunarkən daxili və xarici faktorlar üzrə nümunələr nəzərdən keçirilib. Həmçinin təlim iştirakçılarına stres-testləşmənin növləri və strukturu izah olunaraq bəzi ssenarilər üzrə testləşmə nəticələrinə və təsir kanallarına dair misallar təqdim olunub.
Maliyyə Nazirliyinin operativ məlumatlarına əsasən 2024-cü ilin yanvar-avqust aylarında dövlət büdcəsinə 25 milyard 223,4 milyon manat vəsait daxil olmuşdur. GDP xəbər verir ki, bu Dövlət Statistika Komitəsinin aylıq hesabatında bildirilir. Bildirilir ki, büdcədən 22 milyard 362,4 milyon manat vəsait xərclənmiş, büdcənin icrasında 2 milyard 861,0 milyon manatlıq profisit (artıqlıq) yaranmışdır.
Səudiyyə Ərəbistanının mərkəzi bankı İsveçrədə gizli şəkildə 160 ton qızıl alarkən tutulub. GDP xəbər verir ki, Səudiyyəlilər qızılın qiymətinə uzunmüddətli həssaslıqlarından əl çəkmək üçün digər Asiya ölkələrinə qoşulublar. Dəlillər göstərir ki, Səudiyyə Ərəbistanının mərkəzi bankı 2022-ci ilin əvvəlindən gizli şəkildə İsveçrədə 160 ton qızıl alıb və bu, mövcud öküz bazarını gücləndirir. Səudiyyə Ərəbistanı 1970-ci illərin əvvəllərində qlobal dollar standartının yaranmasında əsas rol oynasa da, bu dəfə hətta onun süqutunun tezləşməsində katolizatora çevrilə bilər.
Mövcud sürmə yolları isə əsaslı təmir olunmaqla yanaşı, 3 yeni sürmə yolu da inşa edildi. GDP xəbər verir ki, bunu Heydər Əliyev Beynəlxalq Aeroportunun direktoru Teymur Həsənov açıqlayıb. O bildirib: “Heydər Əliyev Beynəlxalq Aeroportunda 17/35 uçuş-enmə zolağı əsaslı təmirdən sonra yenidən istifadəyə verildi. Bu ilin yanvarında başladığımız genişmiqyaslı yenidənqurma layihəsi çərçivəsində zolağın asfalt-beton örtüyü tamamilə yeniləndi, cihazlara enmə sistemi (ILS) ən son texnologiyalara uyğun şəkildə təkmilləşdirildi, drenaj sistemləri müasir standartlara cavab verəcək səviyyəyə gətirildi. Mövcud sürmə yolları isə əsaslı təmir olunmaqla yanaşı, 3 yeni sürmə yolu da inşa edildi.” Teymur Həsənovun sözlərinə görə,bu yenidənqurma prosesi, hava limanının infrastrukturunun müasirləşdirilməsi istiqamətində…
Azərbaycan Mərkəzi Bankının İnformasiya və Kiber Təhlükəsizlik departamentinə yeni direktor təyin edilib. Bu vəzifəyə Elnur Eyvazlı təyinat alıb. Departamentin fəaliyyətinin əsas məqsədi Mərkəzi Bankda informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyin təmin edilməsi, maliyyə bazarları iştirakçılarının informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik üzrə nəzarət tədbirləri ilə əhatə edilməsi, onların kibertəhlükəsizlik sahəsində fəaliyyətlərinin əlaqələndirilməsi, informasiya təhlükəsizliyi üzrə davamlılığın təmin edilməsi, həmçinin informasiya təhlükəsizliyi üzrə risklərin vaxtında aşkarlanaraq qarşısının alınmasından ibarətdir. Elnur Eyvazlı 2023-cü ilin oktyabrından 2024-cü ilin sentyabr ayına qədər “Kapital Bank”da kibermüdafiə rəhbəri kimi çalışıb. O, 2020-2022-ci illərdə Prosol Şirkətinin Kiber Araşdırma şöbəsinin rəhbəri olub. Mənbə: Banker
Azərbaycan Mərkəzi Bankı “Avto-icbari sığorta üzrə şikayət indeksi, Sentyabr 2023 – Avqust 2024” hesabatını açıqlayıb. GDP Mərkəzi Banka istinadən xəbər verir ki, sentyabr 2023 – avqust 2024 dövrünü əhatə edən hesablamaya əsasən, “Bakı Sığorta” ASC 2.92, “Xalq Sığorta” ASC 2.33 və “Paşa Sığorta” ASC 1.24 göstərici ilə yuxarı şikayət indeksində yer alıb. Aşağı şikayət indeksində isə “AtaSığorta” ASC (0.97), “Atəşgah Sığorta” ASC (0.80), “Meqa Sığorta” ASC (0.77), “Azərbaycan Sənaye Sığorta” ASC (0.46) və “Qala Sığorta” ASC (0.42) qərarlaşıb.Qeyd edək ki, orta şikayət indeksində heç bir sığorta şirkəti yer almayıb. Bu indeks, müştərilərin sığorta şirkətlərindən məmnuniyyət səviyyəsini əks etdirir və hesablama…
