Author: Aynure Gdp

Unilever holdinqi Rusiyadakı biznesini satmağa razılaşıb. GDP -nin məlumatına görə, müqavilə 35-40 milyard rubl dəyərində qiymətləndirilir. Eyni zamanda, 2023-cü ilin sonunda konsernin Rusiya biznesinin dəyəri 59 milyard rubl təşkil edib. Qeyd edək ki, Unilever Axe, Dove, Rexona, Lipton, Domestos və başqa brendlərin sahibidir. Şirkət 1991-ci ildən Rusiyada fəaliyyət göstərir

Read More

7 oktyabr 2024-cü il saat 15.00-da  Teymur Əhmədov adına “AzNar” QSC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək. GDP xəbər verir ki, yığıncaq Göyçay şəhəri, Natəvan küçəsi 120 nömrəli ünvanda baş tutacaq. Ümumi yığıncağın gündəliyinə aşağıdakı məsələnin müzakirəsi daxil edilib: 1. “AzNar” QSC-nin icra orqanı barədə 2. Ümumi yığıncağa gələn səhmdarlar və səhmdarların nümayəndələri şəxsiyyətlərini, səlahiyyətlərini təsdiq edən sənəd və etibarnamə təqdim etməlidirlər. Əlaqə telefonu – +994202740517.

Read More

2024-cü ilin I yarımilində Hacıqabul Sənaye Parkında 38 milyon manatlıq 1323 ədəd avtomobil, Neftçala Sənaye Məhəlləsində isə 3,2 milyon manatlıq 203 ədəd avtomobil satışı həyata keçirilib.  GDP xəbər verir ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə təqribən 20% artım deməkdir. Sənaye zonalarında sözügedən dövr ərzində “Chevrolet”, “Isuzu”, “VGV”, “UAZ”, “Lada”, “Khazar” və s. markalı avtomobillər istehsal edilib.

Read More

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Pakistanın “MCB Bank”rəsmisini qəbul edib. GDP xəbər verir ki, Vüsal Qasımlı Pakistanın “MCB Bank”rəhbərliyində təmsil olunan Sikander Zulqernain və Nauman Çuqtai, həmçinin “MCB BOKT”QSC-nin İdarə heyətinin sədri Rəmal Cəfərovdan ibarət nümayəndə heyətini qəbul edib.

Read More

Citibank analitikləri 2025-ci ildə neftin qiymətinin bir barel üçün 60 dollara düşəcəyini proqnozlaşdırırlar. GDP xəbər verir ki, Citibankın investorlar üçün analitik məlumatlarında, “Brent üçün 0-3 aylıq proqnozumuz 82 dollar/bareldir. Biz qiymətlərin dördüncü rübdə və 2025-ci ildə daha aşağı olacağını və 60 dollar/barel səviyyəsində qərarlaşacağını gözləyirik” ,-deyə qeyd olunub. Bununla belə, Citibank mövsümi amillər və davam edən geosiyasi gərginliklər səbəbindən potensial yüksəliş riskləri ilə yaxın perspektivdə müəyyən dəyişkənlik gözləyir. Neftin aşağı proqnozu, OPEC+-ın hasilatın azaldılmasına baxmayaraq, 2025-ci ilə qədər qlobal bazarda gözlənilən bolluqla bağlıdır. Citibank analitikləri tövsiyə edir ki, neft istehsalçıları potensial qiymət enişlərindən istifadə edərək “hedcinq” etsinlər və investorlar qısamüddətli…

Read More

Mərkəzi Bankın “Virtual Təhsil Platforması” vasitəsilə bank və maliyyə sahəsi üzrə 50-yə yaxın onlayn kursa qatıla, bilik və bacarıqları artırmaq mümkündür. GDP xəbər verir ki, istənilən zaman qeydiyyatdan keçib təklif olunan kurslar üzrə videomühazirələrə, testlərə və digər tədris materiallarına çıxış əldə etmək mümkündür. Qeyd edək ki, kursu müvəffəqiyyətlə bitirmiş və yekun qiymətləndirmədə uğurlu nəticə əldə etmiş istifadəçilərə Mərkəzi Bank tərəfindən rəqəmsal sertifikatlar təqdim olunur.

Read More

Yeni buraxılan 322 milyon səhmin hamısı satılsa ABB-də dövlətin payı 91%-ə düşəcək. GDP xəbər verir ki, bunu “ABB İnvest İnvestisiya Şirkəti” QSC-nin Pərakəndə Müştərilərlə İş Departamentinin Direktoru Elçin Məmmədov deyib. O bildirib ki, bankın hazırda 96.5%-i dövlətə məxsusdur. Bütün qərarlarda sözsüz ki, sonuncu sözü dövlət deyir. Yeni buraxılan 322 milyon səhmin hamısı satılsa ABB-də dövlətin payı 91%-ə düşəcək. Elçin Məmmədov əlavə edib ki, yeni buraxılan səhmlər yalnız özəl investorlar üçün nəzərdə tutulub.”Hazırda davam edən ABB səhmlərinə abunə yazılışında fiziki şəxlərlə yanaşı təxminən 20-30 ədəd özəl şirkət də iştirak edib.”

Read More

Neft qiymətləri 9 ayın ən aşağı səviyyəsinə çatdığından, OPEC+ gələn ay planlaşdırılan hasilat artımını təxirə salmağı müzakirə edir. GDP xəbər verir ki, qrup keçən həftə oktyabr ayından başlayaraq gündəlik hasilatı 180,000 barel (b/d) artırmağa hazır idi, lakin Liviyada neft obyektlərinin bağlanması və zəif tələb proqnozlarının səbəb olduğu bazar dəyişkənliyi, qrup daxilində narahatlıqları artırıb. Səkkiz OPEC+ üzvü gələn ilin sonuna qədər digər məhdudiyyətləri qoruyaraq, son 2,2 milyon barellik azalmanı ləğv etməyə başlamaq planının bir hissəsi olaraq oktyabr ayında hasilatı 180,000 barel artırmalıdır.

Read More