Author: Aynure Gdp

Neft qiymətlərinin enişi bu gün axşam saatlarında güclənib. GDP xəbər verir ki, Londonun ICE Futures birjasında Brent markalı neftin noyabr fyuçerslərinin kotirovkaları Bakı vaxtı ilə saat 19:21-də 3,32 dollar (4,28%) ucuzlaşaraq 74,2 dollar/barelə bərabər olub. Brent nefti bu il ilk dəfə olaraq bir barel üçün 75 dollardan aşağı düşüb. Nyu-Yorkun NYMEX əmtəə birjasında oktyabr ayı üçün WTI neftinin fyuçerslərinin qiyməti 2,78 dollar (3,78%) azalaraq 70,77 dollar/barelə bərabər olub.

Read More

İyulda dünya mərkəzi bankları 37 ton qızıl alıb. GDP xəbər verir ki, ən irihəcmli alıcılar Polşa Mərkəzi Bankı 14,3 ton, Özbəkistan Mərkəzi Bankı 9,6 ton və Hindistan 5,4 ton olub. Məlumata görə qlobal mərkəzi banklar son aylarda qızılın yığılmasına sadiq qaldılar. Qızılın qiyməti yeni zirvələrə qalxmağa davam etdiyi üçün ümumi tələb səviyyələri soyusa da, buna baxmayaraq, müsbət olaraq qaldı.

Read More

Kiyev 2025-ci il yanvarın 1-dən Rusiya nefti və qazının Avropaya tranzitini dayandıracaq, lakin bunu başqa ölkələrdən həyata keçirməyə hazırdır. GDP xəbər verir ki, bunu Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Mixail Podolyak bildirib. O, xüsusilə Qazaxıstan və Azərbaycanın adını çəkib. Onun sözlərinə görə, hansısa Avropa ölkəsi Qazaxıstandan və ya Azərbaycandan qaz almağı zəruri hesab edərsə, Ukrayna “onu nəql etməyə hazırdır”. Bunun üçün “Ukraynanın keçid rolunun ayrıca göstəriləcəyi müvafiq logistika, sorğu, müqavilə razılaşmaları olmalıdır”, – Podolyak əlavə edib

Read More

Azərbaycan Respublikası Dövlət Neft Fondu valyuta satışı ilə bağlı məlumat yayıb. GDP xəbər verir ki, fond tərəfindən 2024-cü ilin avqust ayı ərzində 763 milyon ABŞ dolları məbləğində vəsait satılıb. Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən 2024-cü ilin iyul ayı ərzində 826,3 milyon ABŞ dolları məbləğində vəsait satılmışdı. Beləliklə, Fondun avqust ayında valyuta satışı iyul ayı ilə müqayisədə 63,3 milyon ABŞ Dolları və ya 7,7% azalıb. Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən 2024-cü ilin yanvar ayı ərzində 417 milyon ABŞ dolları məbləğində, fevral ayı ərzində 920,5 milyon ABŞ dolları məbləğində, mart ayı ərzində 498,3 milyon ABŞ dolları məbləğində, aprel ayı ərzində isə 623,4 milyon ABŞ dolları…

Read More

2024-cü ilin II rübündə sorğu nəticələrinə əsasən, mikro, kiçik və orta sahibkarlıq (MKOS) subyektlərinə verilən kreditlər üzrə standartlarda yumşalma, iri sahibkarlıq subyektlərinə verilən kreditlər üzrə standartlarında dəyişiklik müşahidə edilib. GDP xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) kreditləşmə fəaliyyətinə dair sorğunun nəticələrində bildirilib. Sorğunun nəticələrində qeyd edilib ki, banklar tərəfindən növbəti rübdə MKOS subyektlərinə kreditlər üzrə standartlarda yumşalmanın davam etməsi, iri sahibkarlıq subyektlərinə kreditlər üzrə standartlarda isə dəyişiklik olmaması gözlənilir. Sorğu nəticələrinə əsasən 2024-cü ilin II rübündə MKOS subyektlərinə verilən kreditlərə tələbdə artım davam etmişdir. Bankların gözləntilərinə əsasən 2024-cü ilin III rübündə biznes kreditləri, xüsusilə MKOS kreditləri üzrə…

Read More

Azərbaycan və Macarıstan yaşıl enerji layihələri çərçivəsində strateji tərəfdaşlığı müzakirə ediblər. GDP xəbər verir ki, bu müzakirə energetika naziri Pərviz Şahbazovla Macarıstanın xarici işlər naziri Peter Szijarto arasında Buxarestdə keçirilən görüş çərçivəsində baş tutub. Nazirlər Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan nazirlərinin 8-ci görüşünün yekunlarını və digər aktual məsələləri müzakirə ediblər. Bundan əlavə, Azəri-Çıraq-Günəşli və Şahdəniz layihələrində Macarıstanın MOL Group və MVM şirkətləri ilə əməkdaşlığın hazırkı vəziyyəti müzakirə olunub. Tərəflər Bakıda keçiriləcək COP29 konfransının enerji gündəliyinə də toxunublar

Read More

Ötən rübdə olduğu kimi ipoteka kreditləri üzrə standartlarda sərtləşmə olub. GDP xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) kreditləşmə fəaliyyətinə dair sorğunun nəticələrində bildirilib. Qeyd olunub ki, ipoteka kreditləri üzrə standartlarda sərtləşmə daxili ipoteka kreditlərində müşahidə edilib. Banklar ipoteka faiz dərəcələrinin artımı fonunda ipoteka kreditlərinə tələbin azaldığını bildiriblər. Tələbdə azalma daxili ipoteka ilə verilən kreditlər üzrə olub. Sorğunun nəticələrində bildirilir ki, bankların gözləntilərinə görə növbəti rübdə ipoteka kreditləri üzrə kredit standartlarında sərtləşmə və kredit tələbində azalma trendi davam edəcək. Sorğu nəticələrinə görə kredit standartlarındakı sərtləşmə və kredit tələbindəki azalma daxili ipoteka ilə verilən kreditlər hesabına olacaq.

Read More

2024-cü ilin II rübündə sorğu nəticələrinə əsasən mikro, kiçik və orta sahibkarlıq (MKOS) subyektlərinə verilən kreditlər üzrə standartlarda yumşalma, iri sahibkarlıq subyektlərinə verilən kreditlər üzrə standartlarında dəyişiklik müşahidə edilməyib. Banklar tərəfindən növbəti rübdə MKOS subyektlərinə kreditlər üzrə standartlarda yumşalmanın davam etməsi, iri sahibkarlıq subyektlərinə kreditlər üzrə standartlarda isə dəyişiklik olmaması gözlənilir. GDP xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) kreditləşmə fəaliyyətinə dair sorğunun nəticələrində bildirilib. Sorğunun nəticələrində qeyd edilib ki, 2024-cü ilin II rübündə MKOS subyektlərinə verilən kreditlərə tələbdə artım davam etmişdir. Bankların gözləntilərinə əsasən 2024-cü ilin III rübündə biznes kreditləri, xüsusilə MKOS kreditləri üzrə tələbdə artım müşahidə…

Read More