ABB səhmlərinə 33 mindən artıq investor 49 min ədədə yaxın sifariş yerləşdirib.
GDP xəbər verir ki, 10 sentyabr 2024-cü ildə ABB bankın səhmlərinə abunə yazılışı başa çatıb.İlkin məlumatlara görə, ABB səhmlərinə 33 mindən artıq investor 49 min ədədə yaxın sifariş yerləşdirib.
Bu, ölkəmizin kapital bazarı üçün tarixi göstəricidir.Sifarişlərin icrası prosesi 17 sentyabr 2024-cü il tarixindən başlayaraq 6 iş günü müddətində davam edəcək və 24 sentyabr 2024-cü il tarixində başa çatacaq.
Yerləşdirmənin nəticələri barədə məlumat 24 sentyabr 2024-cü il tarixində investorlara təqdim olunacaq.