Microsoft dividendləri 10% artıracaq, 60 milyard dollarlıq səhmləri geri almağa başlayacaq
GDP xəbər verir ki, Microsoft Korporasiyasının İdarə Heyəti Amerika şirkətinin press-relizində, rüblük dividendlərin həcmini 10% – hər səhmə görə 0,75 dollardan 0,83 dollara qədər artırmaq qərarına gəldiyi bildirilir.
Ödənişlər dekabrın 12-də baş tutacaq, səhmdarların reyestrinin bağlanması noyabrın 21-nə təyin edilib.
Bundan əlavə, şirkət öz səhmlərinin 60 milyard dollara qədər geri alınması üçün yeni proqram elan etdi.