Goldman və Citi 2024-cü il üçün Çinin ÜDM artımı proqnozlarını 4,7%-ə endirib.
GDP xəbər verir ki,Asia Financial xəbər verir ki, Goldman Sachs və Citigroup analitikləri 2024-cü ildə Çinin iqtisadi artımı ilə bağlı proqnozlarını aşağı salıblar.
Hər iki maliyyə nəhəngi indi ÜDM-in 4,7% artacağını gözləyirlər, Goldman əvvəllər bunu 4,9%, Citi isə 4,8% səviyyəsində qiymətləndirirdi.
Bu, son vaxtlar dərc edilən zəif statistik məlumatlarla bağlıdır. Belə ki, Çində sənaye istehsalı avqustda ötən ilin eyni ayı ilə müqayisədə 4,5% artıb ki, bu da beş ayda minimum artım tempidir.