Author: Aynure Gdp

Azərbaycan Mərkəzi Bankı “Avto-icbari sığorta üzrə şikayət indeksi, Sentyabr 2023 – Avqust 2024” hesabatını açıqlayıb. GDP Mərkəzi Banka istinadən xəbər verir ki, sentyabr 2023 – avqust 2024 dövrünü əhatə edən hesablamaya əsasən, “Bakı Sığorta” ASC 2.92, “Xalq Sığorta” ASC 2.33 və “Paşa Sığorta” ASC 1.24 göstərici ilə yuxarı şikayət indeksində yer alıb. Aşağı şikayət indeksində isə “AtaSığorta” ASC (0.97), “Atəşgah Sığorta” ASC (0.80), “Meqa Sığorta” ASC (0.77), “Azərbaycan Sənaye Sığorta” ASC (0.46) və “Qala Sığorta” ASC (0.42) qərarlaşıb.Qeyd edək ki, orta şikayət indeksində heç bir sığorta şirkəti yer almayıb. Bu indeks, müştərilərin sığorta şirkətlərindən məmnuniyyət səviyyəsini əks etdirir və hesablama…

Read More

Şirkət regionda rəqəmsal reklam bazarının böyüməsini əhəmiyyətli dərəcədə artırmağı və yerli reklamverənlərə beynəlxalq marketinq təcrübəsi gətirməyi hədəfləyir.Qlobal rəqəmsal mütəxəssislər və texnoloji həllər şəbəkəsi olan Aleph Bakıda yerli nümayəndəlik açaraq Azərbaycan bazarına daxil olduğunu elan edib. Bu, Azərbaycandan olan reklamverənlər, qlobal brendlərlə və Azərbaycan auditoriyası arasında daha da sıx əlaqəni təmin edir. Aleph dünyada Amazon, Meta, Spotify, TikTok, X (keçmiş Twitter) və digər aparıcı media platformalarında reklam imkanlarını təklif edir və Azərbaycandan olan şirkətlər, kiçik və orta bizneslər üçün qlobal reklam imkanlarını genişləndirmək üzərində çalışır. Aleph Group-in qlobal yanaşması sayəsində reklamçılar rəqəmsal reklam sahəsində Aleph-in qabaqcıl qlobal təcrübəsindən yararlanaraq rəqəmsal marketinq…

Read More

Samsung Electronics bəzi bölmələrdə 30%-ə yaxın xaricdəki işçisini ixtisar etməyi planlaşdırır.GDP xəbər verir mənbələrdən biri bildirib ki, plan bu ilin sonuna kimi həyata keçiriləcək və Amerika, Avropa, Asiya və Afrikadakı iş yerlərinə təsir edəcək.Məsələ ilə bağlı məlumatlı olan digər altı nəfər də Samsung-un qlobal işçi qüvvəsini ixtisar etməyi planlaşdırdığını təsdiqləyib.

Read More

Bu ilin I yarısında Azərbaycanın dövlət büdcəsinin bəzi bölmələri üzrə xərclər müvafiq dövrün proqnozundan əhəmiyyətli dərəcədə kənarlaşıb. GDP xəbər verir ki, bu barədə Hesablama Palatasının büdcənin parametrlərinin təhlili barədə yaydığı məlumatda bildirilir. Bildirilir ki, bunlar ümumi dövlət xidmətləri, Müdafiə və milli təhlükəsizlik, Təhsil, Sosial müdafiə və sosial təminat, Mənzil və kommunal təsərrüfatı, Əsas bölmələrə aid edilməyən xidmətlərdir. Dövr ərzində dövlət əsaslı vəsait qoyuluşu xərcləri cari ilin ötən dövründə 937,3 milyon manat və yaxud ilkin təsdiq edilmiş illik məbləğin 37,8 %-i, yenidən baxılmış məbləğin isə 28,8 %-i qədər icra edilib. Baxılan dövr ərzində 24 sifarişçi təşkilat üzrə 144 layihə üçün nəzərdə…

Read More

Azərbaycan neftinin orta “break even” yəni tədiyyə balansını tam sıfırlayacaq qiyməti 40 -45 dollar ətrafındadır. GDP xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankında keçirilən brifinqdə qurumun Statistika departamentinin direktoru Samir Nəsirov neft gəlirlərinin azalmasının ölkənin tədiyə balansına təsirlərini şərh edərkən bildirib. Onun sözlərinə görə, neft, qaz qiymətləri mütəmadi olaraq volatil olub. Mən inanmıram ki, dünyada hər hansı bir insan var ki, həm neft qiymətini, həm qaz qiymətini birmənalı olaraq proqnoz eləsin. Proqnoz verən təşkilatlar da mütəmadi olaraq verdikləri qroqnozları dəyişirlər. Samir Nəsirov qeyd edib ki,geosiyasi vəziyyət, Yaxın Şərqdəki vəziyyət kiçik bir dəyişiklik neft fyuçerslərinin qiymətlərinin növbəti 2- 3 ayda dəyişməsinə…

Read More

Ölkəyə daxil olan pul baratlarının həcmi 567,8 milyon dollar təşkil etmişdir. GDP xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankında keçirilən brifinqdə qurumun qurumun Statistika departamentinin direktoru Samir Nəsirov deyib. O bildirib ki,nəzərinizə çatdırmaq istəyirəm ki, təkrar gəlirlər balansının profisitini şərtləndirən əsas maddə ölkəyə pul köçürmə sistemləri ilə daxil olan və çıxan pul baratlarıdır.Bu dövrdə ölkəyə daxil olan pul baratlarının həcmi 567,8 milyon dollar təşkil etmişdir. Samir Nəsirov əlavə edib ki, ölkədən çıxan pul baratlarının həcmi isə təxminən 259.6 milyon , yəni 260 milyon dollara yaxın olmuşdur və bu 343 milyon dollarlıq profisi şərtləndirmişdir. Mərkəzi Bank rəsmisi ölkəyə daxil olan pul…

Read More