Author: Aynure Gdp

Mərkəzi Bank “AtaSığorta” ASC-yə icrası məcburi göstərişin verilməsi barədə məlumat yayıb. GDP xəbər verir ki, məlumatda qeyd edilib ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən “AtaSığorta” ASC-nin (Cəmiyyət) maliyyə vəziyyətinin və aktivlərinin qorunması məqsədilə Cəmiyyətə icrası məcburi olan göstəriş verilmişdir. Göstərişə əsasən yeni öhdəliklərin qəbul edilməsinin, öhdəlik yaradan müqavilələrin bağlanmasının və xərc yaradan əməliyyatların aparılmasının dayandırılması Cəmiyyətə tapşırılmışdır.

Read More

İnnovasiya lideri “Bakcell”in meqa lotereyasında 12-ci lüks avtomobilin qalibi məlum olub. Həftəlik tirajın qalibi Bahadur Səmədovdur. “Bakcell” abunəçilərini qarşıda daha da möhtəşəm hədiyyələr gözləyir! Növbəti həftələrdə daha 1 ‘’Zeekr 001’’, finalda isə hər kəsin səbirsizliklə gözlədiyi “Porsche Cayenne” şanslı sahibini tapacaq. Sən də “Şans” paketi əldə et və 200 000 manatlıq “Porsche Cayenne” qalibi ol! “Şans” paketləri: · 1 AZN-lik “Şans” paketi – 3 şans → *3#YES · 5 AZN-lik “Şans” paketi – 25 şans →*25#YES · 20 AZN-lik “Şans” paketi – 150 şans → *155#YES Ümumilikdə, “Bakcell”in lotereyasında süni intellektin seçimi ilə 12 nəfər “Zeekr 001” və 83 nəfər…

Read More

ABŞ-ın ən varlı on texnoloqiya milyardçısının ümumi sərvəti 2025-ci ildə süni intellekt (SİA) sektorundakı buma şəraitində 550 milyard dollardan çox artaraq 2,5 trilyon dollara çatıb. GDP xəbər verir ki, məlumat Bloomberg-in maliyyə məlumatları əsasında Financial Times tərəfindən yayılıb. Hesablamalara görə, bu şəxslərin aktivlərinin ümumi dəyəri 24 dekabr bazar bağlanışı məlumatlarına əsasən 2,5 trilyon dollar təşkil edib ki, bu da cari ilin əvvəlindəki 1,9 trilyon dollarla müqayisədə əhəmiyyətli artımı göstərir. Bu dövrdə S&P 500 fond indeksi də təxminən 18% yüksəlib. Sərvət artımında lideri Tesla və SpaceX-in təsisçisi **İlon Mask** tutur. Onun ümumi sərvəti 49% artım göstərib və 645 milyard dollara çatıb.…

Read More

Mərkəzi Bank tərəfindən xüsusi tənzimləmə rejiminin ikinci qəbul dövrü üzrə innovativ məhsulların sınaqdan keçirilməsi məqsədilə daxil olmuş 14 müraciətin qiymətləndirilməsi prosesi başa çatdırılıb. GDP xəbər verir ki, iymətləndirmə nəticəsində müraciətlər arasından 4 innovativ məhsul seçilərək xüsusi tənzimləmə rejimində, məhdud şərtlərlə sınaqdan keçirilmək üçün uyğun hesab edilib. Xüsusi tənzimləmə rejimində sınaqdan keçiriləcək məhsullar aşağıdakılardır: “ABB” ASC tərəfindən təqdim edilən “İslam bankçılığı” çərçivəsində Murabaha məhsulu “Rabitəbank” ASC tərəfindən təqdim edilən “İslam bankçılığı” çərçivəsində Mudaraba və Murabaha məhsulu “PAŞA Sığorta” ASC tərəfindən təqdim edilən “Könüllü sığorta məhsullarının hədiyyə vauçerləri vasitəsilə əldə olunması” məhsulu “BİTAZN” MMC tərəfindən təqdim edilən “BİTAZN kriptovalyuta birjası” məhsulu Qeyd olunan məhsullar məhdud çərçivədə və Mərkəzi Bankın nəzarəti altında 6 ay müddətində…

Read More

2025-ci ilin dekabr ayından etibarən Mətin Yolçiyev Bakı Fond Birjasının İdarə Heyətinin üzvü seçilib və Baş Əməliyyat inzibatçısı təyin edilib. GDP xəbər verir ki, Mətin Yolçiyev 2018-ci ilin aprel ayından etibarən Bakı Fond Birjasında fəaliyyətə başlamış, Birjada müxtəlif vəzifələrdə çalışmışdır. Karyerası ərzində ticarət əməliyyatları və üzvlük proseslərinə rəhbərlik etmiş, Birja və kapital bazarı üzrə həllərin və layihələrin icrasını təmin etmişdir. Hazırda Ticarət və Dəstək, Üzvlük, Analitika və Layihələrin İdarəedilməsi şöbələrinə nəzarət edir. Fəaliyyəti boyunca qiymətli kağızlar bazarı üzrə ixtisaslaşma proqramlarını tamamlamışdır. Təhsilini Azərbaycan Dövlət İqtisad Universitetində Dünya İqtisadiyyatı ixtisası üzrə bitirmişdir. ADA Universitetinin ikili diplom proqramı çərçivəsində MBA (Maliyyə) üzrə…

Read More

“Mcdonald’s Azərbaycan” QSC nizamnamə kapitalını 315 795 manat və yaxud 11,1 % artıraraq 2 845 000 manatdan 3 160 795 manata çatdırılıb. GDP xəbər verir ki, bunun üçün yerli restoranlar şəbəkəsi dövriyyəyə hər birinin nominal dəyəri 2 845 manat olan 111 ədəd yeni səhm buraxıb. Xatırladaq ki, “Mcdonald’s Azərbaycan” 1999-cu ildə yaradılıb, ABŞ-nin “Mcdonald’s” restoran şəbəkəsinin yerli təmsilçisidir. Şirkət Azərbaycanda “Mcdonald’s Azərbaycan” 2019-cu ilədək məhdud məsuliyyətli cəmiyyət kimi faliyyət göstərsə də, həmin tarixdən bu tərəfə qapalı səhmdar cəmiyyətə çevrilib. Hazırda şirkətin Bakıda və regionlarda 20 restoranı var ki, onlarda da 1 400-dən çox şəxs çalışır.

Read More

30 noyabr 2025-ci il tarixinә fәaliyyәt göstәrәn 22 bankın filiallarının sayı 501, şöbәlәrinin sayı 85, ATM-lәrin sayı 3,462 olmuşdur. Hesabat ayında bank sektorunda çalışanların sayı 0.4% vә ya 99 nәfәr artaraq 27,020 nәfәr tәşkil etmişdir. Ümumilikdә, 2025-ci ilin 11 ayında bank sektorunda çalışanların sayı 6.5% vә ya 1,657 nәfәr artmışdır. Fәaliyyәtdә olan bankların cәmi aktivlәri 58,748.5 mln. manat, cәmi öhdәliklәri 51,517.4 mln. manat, balans kapitalı 7,231.1 mln. manat olmuşdur. Noyabr ayında bankların cәmi aktivlәri 4.3%, cәmi öhdәliklәri 4.7%, balans kapitalı 1% artmışdır. Hesabat ayında bankların kredit portfeli 1% vә ya 281.7 mln. manat artaraq 29,685.5 mln. manat olmuşdur. Kredit portfelinin…

Read More

Möhtərəm cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl və çoxşaxəli siyasət nəticəsində 2025-ci ildə də ölkəmiz siyasi və sosial-iqtisadi sferalarda ciddi uğurlara nail olmuşdur. İl ərzində ölkədə makroiqtisadi sabitlik qorunmuş, iqtisadi artım davam etmiş və Azərbaycanın beynəlxalq kredit reytinqi yaxşılaşmışdır. Azərbaycan Respublikası Mərkəzi Bankı 2025-ci ildə də öz fəaliyyətini başlıca mandatı olan qiymət sabitliyinə yönəltmişdir. Hesabat ilində illik inflyasiya hədəf diapazonunda (4±2%) olmuşdur. Pul siyasətinin əməliyyat çərçivəsinin təkmilləşdirilməsi istiqamətində islahatlar davam etdirilmişdir. Nəticədə pul siyasətinin faiz kanalının ötürücülüyü aktivləşməyə başlamışdır. 2026-cı ildə də Mərkəzi Bankın pul siyasətinin başlıca hədəfi inflyasiyanın hədəf diapazonunda saxlanılması olacaqdır. Bu məqsədlə qərarlar makroiqtisadi…

Read More

Azərbaycan Respublikası Mərkəzi Bankının sədri Taleh Tahir oğlu Kazımovun imzasının əks olunduğu yenilənmiş 50 manatlıq kağız pul nişanı 25 dekabr 2025-ci il tarixindən etibarən tədavülə buraxılır. İmza pul nişanının ön tərəfindən sol yuxarı küncdə təsvir edilib. Kağız pul nişanının üzərində həmçinin “2025” istehsal ili əks olunub. Yenilənmiş 50 manatlıq əsginasın digər dizayn elementləri və texniki parametrləri hazırda tədavüldə olan eyni nominallı kağız pul nişanına müvafiq olaraq dəyişməz saxlanılıb. Qeyd edək ki, yenilənmiş 50 manatlıq kağız pul nişanı hazırda tədavüldə olan eyni nominallı pul nişanları ilə paralel olaraq dövriyyədə olacaqdır

Read More

2025-ci ilin yanvar–noyabr ayları üzrə sığorta sektorunun göstəricilərinin 2024-cü ilin eyni dövrü ilə müqayisəsi sektorun nominal artım nümayiş etdirməsinə baxmayaraq, struktur baxımından tarazlığın ciddi  şəkildə pozulduğnu  ortaya qoyur. Xüsusilə sığorta ödənişlərinin artım tempinin haqların artımını xeyli üstələməsi sektor üçün əsas risk faktoru olduğu müşhidə edilir. 2025 ci ilin yanvar-noyabr ayları ərzində sığorta haqlarının ümumi həcmi 1 milyard 353 milyon manatdan 1 milyard 365 milyon manata yüksələrək 12,2 milyon manat və ya 0,9% artıb. Bununla yanaşı, sığorta ödənişləri 752,7 milyon manatdan 844,8 milyon manata çataraq 92,1 milyon manat və ya 12,24% artıb. Bu nisbət göstərir ki, sektor üzrə ödənişlərin artım tempi…

Read More