- BlackRock və Blackstone özəl kredit fondlarında vəsait çıxarılmasını məhdudlaşdırıb
- Brent markalı neftin qiyməti 94 dollara qədər yüksəlib
- Bu il ayrılmış limit çərçəvəsində ipoteka krediti üçün 2 165 şəxsin müraciəti qeydiyyata alınıb
- “Bank BTB” BOKT-a çevrilir, aktivləri ABB-yə ötürülür
- Brent nefti yenidən bahalaşıb-88 dollar
- Uoll-Strit bankları Argentinadan kapitalın çıxarılmasını tövsiyə edir
- Türk lirəsi yeni tarixi minimuma düşdü — 1 dollar 44 lirəyə çatdı
- Mərkəzi Bank bank, sığorta və kapital bazarı üzrə rəhbər təyinatı ilə bağlı 96 müraciəti uyğun hesab edib
Author: Aynure Gdp
NEQSOL Holdinq “Parla” proqramının iştirakçıları üçün Cənubi Qafqazın ən böyük sement istehsalçısı olan NORM ASC-nin istehsalat zavoduna səfəri təşkil edib. GDP xəbər verir ki, bu tur onlara sənaye və zavodun iş mühiti daxilində praktiki təcrübə təqdim etmək üçün nəzərdə tutulmuş planlaşdırılmış inkişaf səyahətinin ayrılmaz hissəsidir. Proqram iştirakçıları hərtərəfli Sağlamlıq, Təhlükəsizlik və Ətraf Mühit (SƏTƏM) ilə tanış oldular. Bundan sonra onlar Keyfiyyət Təminatı və Keyfiyyətə Nəzarət (QAQC) eksperti ilə laboratoriyanı araşdırdılar. Mütəxəssis ən yüksək standartlara cavab verən və müasir avadanlıqlarla təchiz olunmuş sement və beton laboratoriyalarını təqdim edib. Səfər sement istehsalı prosesini real nümunələrlə izah edən İstehsalat Mühəndisinin rəhbərlik etdiyi zavoda…
2024-cü ilin yanvar-iyul ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 10 milyard 272 milyon 795,7 min manat vergi daxil olub. Xidmətin yaydığı məlumatda bildirlir ki, qeyri-neft-qaz sektorundan daxilolmalar 6 milyard 944,1 milyon manat təşkil edib. 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 778,8 milyon manat və ya 12,6% çox olub. Ödənilən vergilərin 67,6 faizi qeyri-neft-qaz sektorunun, 32,4 faizi isə neft-qaz sektorunun payına düşüb.
“Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən ödəniş xidmətlərinin göstərilməsi üçün lisenziyanın əldə edilməsinə dair Mərkəzi Banka müraciət etmiş təşkilatların qiymətləndirilməsi həyata keçirilməkdədir. GDP xəbər verir ki, bu istiqamətdə aparılan işlər çərçivəsində Mərkəzi Bankın İdarə Heyətinin 31 iyul 2024-cü il tarixli Qərarı ilə “Drakaris” MMC-yə ödəniş təşkilatı fəaliyyətini həyata keçirmək hüququ verən müddətsiz lisenziya təqdim olunub. Mərkəzi Banka ödəniş xidmətlərinin göstərilməsi üçün lisenziyanın əldə edilməsinə dair müraciət etmiş digər təşkilatların qiymətləndirilməsi hazırda davam etməkdədir. Ödəniş xidmətlərinin həyata keçirilməsi üzrə verilən lisenziyalarla bağlı məlumatlar Mərkəzi Bankın internet səhifəsi vasitəsilə açıqlanır.
İdxal üzrə KOB-ların işinin asanlaşdırılması və sürətləndirilməsi üçün Dövlət Gömrük Komitəsi və KOBİA-nın təşəbbüsü ilə “Bakı KOB evi”ndə KOB gömrük anbarı yaradılıb. GDP xəbər verir ki, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib. Orxan Məmmədov Komitə sədri Şahin Bağırov ilə birgə anbarla tanış olublar, logistika sahəsində fəaliyyət gostərən sahibkarları dinləyiblər.
Azərbaycanda yeni nəsil nəzarət-kassa aparatlarının dövriyyəsi 10%-dən çox artıb GDP xəbər verir ki,bu günə kimi Azərbaycanda 99 690 yeni nəsil nəzarət-kassa aparatı (KKM) quraşdırılıb. 2024-cü ilin yanvar-iyul aylarında onların dövriyyəsi 12,2 milyard manatdan çox olub ki, bu da bir il əvvəlkindən 10,1% çoxdur.
Artıq evdən çıxmadan tibb vasitələri, kosmetik vasitələr və dərmanlar sifariş etmək m10 ilə daha asan olacaq. “PashaPay” şirkətinin yaydığı məlumatda bildirilir ki, Azərbaycanın ən böyük onlayn apteki aptekonline.az ilə sifariş edərkən ödəmə vasitəsi kimi m10 elektron pulqabını seçərək iki addıma alışınızı tamamlaya bilərsiz. Bu proses zamanı şifrə, təsdiq kodu tələb olunmur. Sayt ödəmə zamanı sizi avtomatik m10 tətbiqinizə yönəldir.
Qızılın qiyməti rekord həddə qalxdığı üçün Çin Mərkəzi Bankı iyul ayında ardıcıl üçüncü ay qızıl almayıb. Rəsmi məlumatlara görə, Çin Xalq Bankının qızıl ehtiyatları ötən ayın sonunda dəyişməyərək 72,8 milyon troy unsiya təşkil edib. Bu, üçüncü aydır ki, xalis alış qeydə alınmır – mərkəzi bank may ayında qızıl qiymətlərində artıma səbəb olan 18 aylıq irihəcmli qızıl alışlarına son qoyub. Çin Xalq Bankı tərəfindən satınalmaların dayandırılması qiymət artımının qlobal mərkəzi banklar tərəfindən cilovlandığını göstərir. Sinqapur hətta iyun ayında qızıl ehtiyatlarını 2000-ci ildən bəri ən çox azaldıb və Dünya Qızıl Şurası hökumətin dəstəklədiyi tələbin ilin ilk üç ayı ilə müqayisədə ikinci rübdə…
“PAŞA Həyat” tərəfindən Korporativ Həyat Sığortası üzrə sığortalanmış və xərçəng xəstəliyinin II mərhələsi diaqnozu qoyulmuş şəxsə kritik xəstəlik təminatına əsasən 50 000 AZN həcmində sığorta ödənişi edilmişdir. GDP -nin məlumatına görə, şirkətin yaydığı məlumatda qeyd edilib ki, şirkət tərəfindən korporativ həyat sığorta növü üzrə bugünədək 1 mln. 695 min manatdan artıq ödəniş həyata keçirilmişdir. “PAŞA Həyat” şirkətinin təqdim etdiyi Korporativ Həyat Sığortası şirkət işçilərini xərçəng daxil olmaqla, kritik xəstəliklərdən və bədbəxt hadisələrdən qoruyan sığorta növüdür.
“Vahid məktəbli geyimlərinin əldə edilməsinin asanlaşdırılması, əlçatanlığın təmin edilməsi məqsədi ilə vətəndaşlar aşağıda qeyd edilən, eləcə də ölkəmizin şəhər və rayonlarında fəaliyyət göstərən istənilən satış məntəqələrinə müraciət edə bilərlər”. GDP xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli bu gün keçirilən mətbuat konfransında bildirib. O qeyd edib ki, valideynlər bu keçid – https://shorturl.at/6ptf0 vasitəsilə məktəbli formalarının satış məntəqələri barədə məlumat əldə edə bilərlər. Siyahıda adlarının qeyd edilməsini istəyən digər sahibkarlıq subyektləri məntəqənin yerləşdiyi ünvan və əlaqə vasitələri ilə bağlı me*************@*******du.az ünvanına məlumat verə bilərlər.
bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz Azəri-Çıraq-Dərinsulu Günəşli (AÇG) yatağında yeni 4-ölçülü (4D) yüksək dəqiqlikli dənizdibi qovşaqlarla seysmik tədqiqat proqramının birinci mərhələsinin başa çatması münasibətilə Baş nazir Əli Əsədova məktub ünvanlayıb. GDP xəbər verir ki, məktubda icra müddəti 5 il nəzərdə tutulan layihənin bp-nin dünyada indiyədək həyata keçirdiyi ən böyük seysmik məlumat toplama proqramı olduğu vurğulanıb. Bildirilib ki, seysmik tədqiqat proqramının məqsədi AÇG yatağının arxitektura və maye kontaktının dinamikası barədə ətraflı məlumat əldə etməkdir. Qeyd olunub ki, tədqiqatın aparılması AÇG tərəfdaşlarına gələcəkdə yatağın işlənilməsini səmərəli şəkildə optimallaşdırmağa kömək edəcək. Q.Counz məlumat verib ki, 2024-cü ilin yanvar…
