Author: Aynure Gdp

31 avqust 2024-cü il tarixində Azərbaycan Mərkəzi Bankının rəsmi valyuta ehtiyatları 11 milyard 783,5 milyon ABŞ dolları təşkil edib. GDP Mərkəzi Banka istinadən xəbər verir ki, iyul ayının sonu ilə müqayisədə Avqust ayında rəsmi valyuta ehtiyatları 17,8 milyon dollar artıb.  1 iyul 2024-cü il tarixində Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 11 milyard 765,7 milyon ABŞ dolları təşkil etmişdi. 2024-cü ilin 8 ayı ərzində Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları 170,5 milyon dollar artıb.

Read More

TikTok sosial şəbəkəsinin sahibi olan Çinin ByteDance şirkəti 9,5 milyard dollar dəyərində üç illik bank krediti cəlb etmək prosesindədir. GDP xəbər verir ki, bu məlumat təsdiqlənərsə, bu, Yaponiya istisna olmaqla, Asiyada ən böyük korporativ dollar krediti olacaq. Kreditin şərtləri “grinshoe” opsionunu nəzərdə tutur ki, onun həyata keçirilməsi borclanma məbləğinin artmasına imkan verəcək. Kreditin müddəti beş ilə qədər artırıla bilər. Kreditin cəlb prosesinin koordinatorları Citigroup Inc., Goldman Sachs Group və JPMorgan Chase & Co. banklarıdır.

Read More

2024-cü ilin birinci yarısında Dubay 9.31 milyon beynalxalq turisti qəbul edib. GDP xəbər verir ki, Dubayın dövlət Turizm Agentliyinin regional direktoru Şahab Şayan deyib. O bildirib ki, Dubay 2024-cü ilin yanvar-iyun ayları arasında 9,31 milyon yaxın beynəlxalq ziyarətçi qəbul edib ki, bu da 2023-cü ilin birinci yarısında gələn 8,55 milyon turistdən 9% daha çox turist deməkdir. Şahab Şayan əlavə edib ki, “D33″ proqramına 2033-cü ilə qədər ölkədə davamlı iqtisadi böyüməni və ÜDM-in ikiqat artmasını təmin edən bir sıra yenilikçi layihələr daxildir. ” Nəticədə Dubai dünyanın daha çox təhlükəsiz, daha dinamik inkişaf edən və daha böyük nəqliyyat mərkəzinə çevriləcək. D33-ün əsas…

Read More

2,8 trilyon dollarlıq aktivi idarə edən Goldman Sachs 1300 əməkdaşını ixtisar edir. Bu ixtisar şirkətin qlobal işçi qüvvəsinin təqribən 3-4%-ni təşkil edir. Bildilir ki, bu işçilər Goldman Sachsın aşağı nəticə göstərən işçilərin aradan qaldırılmasına yönəlmiş illik araşdırmanın bir hissəsidir.

Read More

Rusiya daşlarına qarşı məhdudiyyətlərin tətbiqindən sonra Avropa İttifaqının(Aİ) almaz ixracından əldə etdiyi gəlirlər 1,5 dəfə azalaraq bu ilin ilk altı ayında 3,2 milyard avroya düşüb. GDP xəbər verir ki, bu rəqəmin pandemiyadan bəri ən aşağı göstəricidir. Qeyd edək ki, Rusiyadan çəkisi yarım karatdan çox olan almazların G7 və Aİ ölkələrinə idxalı qadağandır. Üstəlik, biznes hər daşın Rusiyadan gətirildiyini sübut etmək üçün sertifikatlaşdırmalı olacaq.

Read More

Wells Fargo, Chase və Bank of America bir ay ərzində 79 filialını bağlayıb. GDP xəbər verir ki, banklar əməliyyat xərclərinə qənaət etmək və müştəriləri onlayn bankçılığa köçürmək məqsədilə filialların sayını azaldır. Bankların 2024-cü ilin sonuna kimi 400-ə yaxın filialını bağlayacağı gözlənilir

Read More