Author: Aynure Gdp

İşğaldan azad edilmiş ərazilərdə beynəlxalq “Yaşıl Kart” sığorta xidmətindən istifadə mümkün olacaq. Bu barədə GDP-yə İcbari Sığorta Bürosundan bildirilib.  Qeyd edilib ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bərpa edildikdən sonra İcbari Sığorta Bürosu tərəfindən “Yaşıl Kart” təminatı üzrə Azərbaycana münasibətdə coğrafi ərazi məhdudiyyətinin aradan qaldırılması ilə bağlı Beynəlxalq Bürolar Şurasına müraciətlər ünvanlanıb. Aparılan qarşılıqlı əməkdaşlıq və səylər nəticəsində ölkəmizdə bu xidmətin verilməsi üçün tətbiq edilən ərazi məhdudiyyətinin aradan qaldırılmasına nail olunub. Belə ki, İngiltərənin London şəhərində keçirilmiş BŞ-nin 58-ci Baş Assambleyasının Qərarı ilə “Yaşıl Kart” sisteminin “Coğrafi əhatə dairəsinin siyahısı və avtomobil sığortası direktivi”nin ərazi tətbiqinə dair sənədləri yenilənərək təsdiqlənib. Bununla…

Read More

Məmnuniyyətlə bildirirəm ki, cəmi 55 gün ərzində ABB səhmlərinə 15,000-dən çox investor tərəfindən 20,000-dən artıq sifariş yerləşdirilib. GDP xəbər verir ki, bunu ABB -nin İdarə Heyətinin sədri Abbas İbrahimov deyib. O bildirib: “Bizi qürurlandıran bəzi məqamları sizlərlə də bölüşmək istərdim:- Təkcə son həftə ərzində 4 minə yaxın yeni investor cəlb edilib, bu rekord göstəricidir.- Potensial səhmdarlarımızın 25%-i gənclərdir. Gənclərimizin ABB-yə inamı bizim üçün çox dəyərlidir.- Sifarişlərin 85%-dən artıq hissəsi məhz rəqəmsal kanallarla yerləşdirilib. Kapital bazarlarının rəqəmsallaşmasında pionerlik etmək ayrı bir fəxr hissidir!- Səhmlərə abunə yazılışının 34%-i isə məhz regionlarımızın payına düşür. Ölkə miqyasında maliyyə maarifləndirilməsinin nəticələr verməsi sevindiricidir.”Abbas İbrahimov qeyd…

Read More

TuranBank ASC-nin Müşahidə Şurası üzvlərinin səlahiyyət müddəti başa çatdığı üçün Müşahidə Şurası yeni tərkibdə formalaşdırılıb. Belə ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müsahibədən uğurla keçərək Rauf Kazımov yenidən Bankın Müşahidə Şurasının sədri, Nazim Sadıqov Bankın Müşahidə Şurasının üzvü seçilib. Müşahidə Şurasının yeni üzvü isə Məhəmməd Kələşovdur. 1992-ci ildən etibarən fəaliyyət göstərən TuranBank 22 satış nöqtəsi ilə fərdi və korporativ müştərilərin xidmətindədir. TuranBank-ın ölkə üzrə xidmət şəbəkəsi haqqında ətraflı məlumatı keçidə daxil olaraq əldə edə bilərsiniz. Bankın təqdim etdiyi məhsul və xidmətlərlə bağlı ətraflı məlumatı (012) 935 Məlumat Mərkəzinə zəng edərək, TuranBank-ın rəsmi veb səhifəsini və ya sosial şəbəkələrdəki (Feysbuk, İnstaqram, və s.) səhifələrini izləyərək əldə edə…

Read More

TuranBank-ın İdarə Heyətinə yeni sədr təyin edilib. GDP xəbər verir ki, İdarə Heyətinin sədr müavini Orxan Qarayev bankın İH-nin yeni sədri təyin edilib. Bundan əlavə TuranBank-ın İdarə Heyətinə 3 yeni üzv təyin olunub. Bunlar Bəxtiyar Məmmədov, Çingiz Ağayev və Emil Mürsəlovdur. Xatırladaq ki, TuranBank 1992-ci ildən fəaliyyət göstərir. Bank 22 satış nöqtəsi ilə fərdi və korporativ müştərilərin xidmətindədir.

Read More

Çində BYD Seal 05 DM-i sedanı sınaqlar zamanı diqqəti cəlb edib. GDP xəbər verir ki,bu, yenidən dizayn edilmiş dizayna malik Destroyer 05 (Chaser/Chazor) sedanıdır. O, 101 at gücü istehsal edən 1,5 litrlik daxiliyanma mühərriki ilə beşinci nəsil DM-i və 163 at gücündə elektrik mühərriki hibrid sistemini alacaq. BYD Destroyer 05-in ölçüləri 4780 x 1837 x 1495 mm-dir. Çində sedanın qiymət diapazonu 79,8-136,8 min yuan təşkil edir.

Read More

Azərbaycanda “Instagram” və “Telegram”da narkotik satışı ilə məşğul olan 148 səhifə bağlanıb. GDP xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayımlayıb. Bildirilir ki, İnstaqramda 117 səhifə, Telegramda 31 kanal bloklanıb. Sosial şəbəkələrdə narkotik satışı ilə məşğul olan bir sıra səhifələrin administratorları da həbs edilib: Fəqan Qasımov və 1982-ci il təvəllüdlü Minir Akçurin.

Read More

“Xanbulaq” MMC-yə “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının rezidenti statusu verilib, bununla da Sənaye Parkının rezidentlərinin sayı 12-yə çatıb. GDP xəbər verir ki,şirkət tərəfindən Sənaye Parkının 2,5 hektar ərazisində 40 otaqlı otelin və 100 nəfərlik restoranın tikintisi nəzərdə tutulur. İnvestisiya dəyəri 7 milyon manat olan layihə çərçivəsində 60 nəfərin işlə təmin edilməsi planlaşdırılır.

Read More

Bu gün Dünyada birja bütün anlamlarda çökür. İnvestorların əksəriyyəti bir müddətdir FED-in gecikmiş faiz qərarından şikayətlənirdilər. Yaponiya birjasında olan kəskin düşüşlər qırmızı siqnalı keçən həftə vermişdi. Bu gün isə ümumi Asiya birjasında kəskin düşüş var. Brentdə də mobillik başlayıb. ABŞ-ın işsizlik məlumatlarına görə 77 ABŞ dollarına enmişdi, indi 75,47, gündəlik itki isə 1,49% təşkil edir. 2015-ci ildə ABŞ-ın ixrac qadağasının götürülməsi və WTI-nin neft emalı zavodlarında mövqeyinin artması ilə neftdə bildiyimiz qaydalar sarsılmağa başladı. Qiymətlərə OPEC+ son hasilatı qərarının da təsiri də var. Əgər indi FED növbədənkənar iclas keçirməyə qərar verərsə və faiz dərəcələrini aşağı salsa, daha pis ola bilər.…

Read More

“Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən ödəniş xidmətlərinin göstərilməsi üçün lisenziyanın əldə edilməsinə dair Mərkəzi Banka müraciət etmiş təşkilatların qiymətləndirilməsi həyata keçirilməkdədir. GDP Mərkəzi Banka istinadən xəbər verir ki, bu istiqamətdə aparılan işlər çərçivəsində Mərkəzi Bankın İdarə Heyətinin 24 iyul 2024-cü il tarixli Qərarı ilə “PulPal” MMC-yə elektron pul təşkilatı, “Global İnnovations” MMC-yə isə ödəniş təşkilatı fəaliyyətini həyata keçirmək hüququ verən müddətsiz lisenziya təqdim olunub. Mərkəzi Banka ödəniş xidmətlərinin göstərilməsi üçün lisenziyanın əldə edilməsinə dair müraciət etmiş digər təşkilatların qiymətləndirilməsi hazırda davam etməkdədir. Ödəniş xidmətlərinin həyata keçirilməsi üzrə verilən lisenziyalarla bağlı məlumatlar Mərkəzi Bankın internet səhifəsi…

Read More

Bazar ertəsi Bitcoin-in qiyməti riskli aktivlərin qlobal satışı fonunda kəskin şəkildə aşağı düşüb. GDP xəbər verir ki, CoinDesk-in məlumatına görə, Bakı vaxtı ilə saat 13:25-də bitkoin 10,8% ucuzlaşaraq 52,827 min dollar olub. Son beş seansda kriptovalyuta ilin əvvəlindən demək olar ki, 26% dəyər qazansa da, dəyərinin 21%-dən çoxunu itirib. Birjalardakı ləğvetmələrin həcmi gün ərzində 1 milyard dolları keçib, onların əksəriyyəti ETH və BTC ticarəti ilə bağlıdır. Eter (Eter) dərəcəsi 15,3% azalaraq 2,330 min dollara düşüb. Riskli aktivlərin çöküşünə keçən həftə dərc olunan zəif statistik məlumatlardan sonra ABŞ-da tənəzzül qorxusunun artması səbəb olub.

Read More