Author: Aynure Gdp

Azərbaycanda prosessinq mərkəzi “Azərikard” MMC-nin Müşahidə Şurasına sədr seçilib. Məlumata görə bu, İlham Həbibullayevdir. İlham Həbibullayev ABB-nin (Azərbaycan Beynəlxalq Bankı) İdarə Heyəti sədrinin birinci müavinidir. O, 1977-ci ildə anadan olub. 1997-ci ildə BDU-nun Tarix fakültəsini bitirib. 2001-ci ildə İstanbul Universitetinin Sosial Elmlər İnstitutunda magistr dərəcəsi alıb. 2004-cü ildə isə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və kredit fakültəsindən məzun olub. Bank sektorunda 20 illik təcrübəyə malik İlham Həbibullayev ayrı-ayrı banklarda müxtəlif vəzifələrdə çalışıb. 2010-2017-ci illərdə “Expressbank” ASC-nin İdarə Heyəti sədrinin müavini, 2017-ci ildən 2019-cu ilin sentyabrına qədər həmin bankın İdarə Heyətinin sədri olub. 2019-cu ilin sentyabrından ABB-nin İdarə Heyəti sədrinin strateji layihələr…

Read More

“Chicken Pro.” MMC-nin nizamnamə kapitalının 242 496 manat azaldılaraq 32 103 459 manata endirdiyini elan edib. GDP xəbər verir ki, şirkət “Səba” ASC-nin tək təsisçiliyi ilə yaradılmış törəmə müəssə idi və “Səba” ASC-nin 29 iyul 2024-cü il tarixində keçiril səhmdarların Ümumi Yığıncağında nizamnamə kapitalındakı “Səba” ASC-yə məxsus payların satılması haqqında məsələ müzakirəyə çıxarılmışdı. Həmin tarixdə həmçinin digər iki şirkət “Biləsuvar Aqro” və “Qarabağ Toxum”unda satılmasına dair adları vardı. “Cəmiyyətin debitor və kreditorları bu barədə xəbərdar edilir və qanunla kreditorların nizamnamə kapitalı azalan hüquqi şəxsin öhdəliklərinin xitam verilməsini və vaxtından əvvəl icra olunmasını və zərərin əvəzinin ödənilməsini tələb etmək hüquqlarının olması…

Read More

  «Binance»ın fəal tədbirləri sayəsində 1,2 milyondan çox istifadəçi potensial dələduzluq əməlindən xilas olub ki, bu da şirkətin müştərilərini qorumaq üzrə daimi öhdəliyini təsdiq edir. − Ticarət həcminə görə dünyanın ən böyük kriptovalyuta birjasının arxasında duran aparıcı blokçeyn ekosistemi «Binance»ın verdiyi məlumata əsasən, 2024-cü ilin yanvar-iyul ayları aralığında 1,2 milyondan çox istifadəçinin zərər çəkməsi ilə nəticələnə biləcək potensial fırıldaqçılıq və dələduzluq əməlləri ilə bağlı 2,4 milyard ABŞ dollarından çox itkinin qarşısını almağa müvəffəq olmuşdur. Bu, platformada şübhəli transaksiyaları səmərəli şəkildə müəyyən etməyə və qeyd etməyə imkan verən risklərin idarə edilməsi üzrə kompleks tədbirlərin həyata keçirilməsi sayəsində mümkün olmuşdur. Kriptovalyutanın çıxarılma…

Read More

Azərbaycanda cəmi kredit portfelində BOKT-lər və kredit ittifaqları daxil olmaqla vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 0.5 faiz bəndi azalaraq 1.7% təşkil edib. GDP xəbər verir ki,kreditlərin həcmi 25 milyard 694.7 milyon manatın 453.7  mln. manatı vaxtı keçmiş kreditlər təşkil edib. Beləliklə vaxtı keçmiş kreditlər bu ilin əvvəlinə nisbətən 3.6% artıb, ötən ilin eyni dövrü ilə müqayisədə isə 8.3% azalıb.

Read More

Tural Mailov 19 avqust 2024-cü tarixində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin İdarə Heyəti sədrinin müşaviri vəzifəsinə təyin edilib. Bu barədə GDP DOST Agentliyinə istinadən xəbər verir. Tural Mailov 1985-ci ildə Bakı şəhərində anadan olub. O, orta təhsilini ABŞ-nin Miçiqan Ştatının Battle Creek şəhərində alıb. Daha sonra Qərb Universitetinin “Beynəlxalq hüquq” ixtisası üzrə bitirib. Əmək fəaliyyətinə 2008-ci ildə “Kazimir Partners Azerbaijan” MMC-də tədqiqatçı analitik vəzifəsi ilə başlayan Tural Mailov sonradan həmin şirkətin icraçı direktoru vəzifəsinə qədər yüksəlib. Daha sonra “Caspian Financial” şirkətinə rəhbərlik edib. Sonrakı dövrlərdə o, Birləşmiş Ərəb Əmirlikləri və Avropanın bir sıra ölkələrində fəaliyyət göstərən müxtəlif nüfuzlu şirkətlərin…

Read More

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov qurumun 4 departamentinə direktorlar təyin edib. Sədr bununla bağlı müvafiq qərarlar imzalayıb. Qərarlara əsasən, Sadiq Axundov İT əməliyyatları departamentinə, Elnur Ağayev Xəzinə departamentinə, Fətullah Ələkbərov Nağd Pul departamentinə, Fuad Səbziyev isə Ödəniş sistemləri və hesablaşmalar departamentininə direktor təyin olunub. © “Report”

Read More

Banklar və “Azərpoçt” MMC sistemləri üzrə iyul ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 249 min ədəd artaraq 18 milyon 340 min ədəd təşkil edib. GDP Mərkəzi Banka istinadla xəbər verir ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 19,5 faiz artıb. Ödəniş kartlarında artım debet kartları üzrə 20,8 faiz, kredit kartları üzrə 11,4 faiz olub.

Read More

Azərbaycan Mərkəzi Bankının baş direktoru Fərid Tofiq oğlu Osmanov vəzifəsindən ayrılıb. O, AMB-də 2005-ci ildən çalışır, 2013-cü ildən 2020-ci ilə qədər qurumun İnformasiya texnologiyaları departamentinin direktoru olub, 2020-ci ilin yanvar ayından isə Mərkəzi Bankın baş direktoru vəzifəsinə təyin edilib. Mənbə: Banker

Read More

2024-cü ilin yanvar-iyul ayları ərzində satınalan təşkilatlardan Dövlət Xidmətinə daxil olmuş 6218 yekun protokol təhlil edilib. GDP xəbər verir ki, bu baraədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti məlumat yayımlayıb. Məlumata görə, müsabiqədə qanunvericiliyin tələblərinin pozulması halları aşkar edilən 1203 yekun protokol Dövlət Xidməti tərəfindən ləğv edilib. Beləliklə Dövlət Xidməti tərəfindən təhlil edilən 6218 yekun protokoldan 19.3%i ləğv olunub. Cari ilin 6 ayı ərzində həyata keçirilən dövlət satınalmalarının nəticələrinə əsasən qeyd etmək olar ki, 2024-cü ilin yanvarın 1-dən qüvvəyə minən “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu”nun tətbiq mexanizmləri ilə bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin verdiyi qərarlarda qeyri müəyyənlik…

Read More