- Taleh Kazımov: “Mövcud inflyasiyanın 70%-i idxal olunur”
- Dövlət Vergi Xidməti 4 ayda 6 milyard manatdan çox vergini dövlət büdcəsinə köçürüb
- Taleh Kazımov: “Yelo Bankla bağlı heç bir problem görmürük”
- Risksiz gəlir illüziyası: Bitkoin, inflyasiya və real sərvət müqayisəsi-Tamerlan Bayramov yazır
- Taleh Kazımov: “İnflyasiya proqnozları yuxarı reviziya olunsa da, hədəf diapazonunda qalacaq”
- Mərkəzi Bank faiz qərarını açıqladı
- 2026-cı ilin ilk dörd ayında dövlət büdcəsindən 96,5 milyon manat geri qaytarılıb
- Azərbaycan kibertəhlükəsizlik üzrə beynəlxalq reytinqdə 21 pillə irəliləyib
Author: Aynure Gdp
“Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası” (AFBİA) və “Azərbaycan Fintex Assosiasiyası” İctimai Birliyinin (AZFiNA) üzvü olan fintex şirkətləri arasında kapital bazarı və səhm bazarının inkişafı mövzusunda görüş keçirilib.GDP xəbər verir ki,görüş zamanı AFBİA-nın icraçı direktoru Murad Yəhyayev kapital bazarı və bazar iştirakçıları, həmçinin assosiasiyanın fəaliyyət planı haqqında təqdimatla çıxış edərək iştirakçılara geniş məlumat verib.Məlumata görə görüşdə həmçinin “ABB İnvest”in əməkdaşı Elçin Məmmədov isə Azərbaycan Beynəlxalq Bankın səhmlərinin kütləvi təklifi, investisiya imkanları, dividend ödənişləri haqqında iştirakçılara ətraflı məlumat vermiş və görüş iştirakçılarının suallarını cavablandırıb
KASKO sığortalı müştəriyə 32500 AZN ödənilib.GDP xəbər verir ki, “PAŞA Sığorta” Açıq Səhmdar Cəmiyyətində sığortalanmış avtomobil hərəkətdə olan zaman əks istiqamətdə hərəkətdə olan digər avtomobil idarəetməni itirmiş və nəticədə sığortalı avtomobilin hərəkət hissəsinə çıxaraq qəza törədib. Məlumata görə,hadisə nəticəsində avtomobilə 32500 AZN dəyərində zərər dəymiş və bu zərər “PAŞA Sığorta” Açıq Səhmdar Cəmiyyəti tərəfindən müştəriyə ödənilib.
2024-cü ilin 1-ci yarısında (yanvar-iyul) Bank “BTB” ASC-nin səhmdarlarının pay bölgüsü dəyişib. Bankın səhmdarları 3 fiziki şəxsdir. GDP xəbər verir ki, bankda ən böyük paya malik səhmdar olan Mehdiyeva Nigar İsmayıl qızının payı daha da artıb. Belə ki, 2023-cü ilin sonunda Mehdiyevanın payı 74,99% ikən, 30 iyun 2024-cü il tarixində 76,74% təşkil edib. Sadiq Rza İsmayıl oğlunun payı isə 19,01%-dən 17,68%-ə, Mahmudova Tükazban Ağa qızının payı isə 6%-dən 5,58%-ə düşüb. 2024-cü ilin yazında Bank “BTB” ASC-nin nizamnamə kapitalı 5 milyon manat artırılaraq 66 milyon 450 min manatdan 71 milyon 450 min manata yüksəldilib. Qeyd: Nigar Mehdiyeva Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin gəlinidir. Onun…
Mərkəzi Bank tərəfindən Sabirabad rayonunda vətəndaşların səyyar qəbulu həyata keçirilib. GDP xəbər verir ki, maliyyə xidmətləri sahəsində vətəndaşların hüquqlarının qorunması, habelə onlara göstərilən xidmət səviyyəsinin yüksəldilməsi istiqamətində Mərkəzi Bank tərəfindən görülən mütəmadi tədbirlərin davamı olaraq 20.08.2024-cü il tarixində Sabirabad rayonunda vətəndaşların səyyar qəbulu həyata keçirilib.Məlumata görə, qəbul zamanı vətəndaşların müraciətləri dinlənilərək müvafiq izahatlar verilmiş, bəzi məsələlər yerindəcə öz həllini tapmışdır. Əlavə araşdırma tələb olunan məsələlərlə bağlı vətəndaşlara ərizə tərtib etmələri üçün dəstək göstərilib. Qeyd edək ki, maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi məqsədilə səyyar qəbulların keçirilməsi davam etdiriləcək.
Bu ilin yanvar-iyul aylarında Azərbaycandakı 17 sığorta şirkətinin xətti ilə 833 milyon 581 min manat sığorta haqqı toplanılıb. GDP xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının statistikasına görə, bu, ötən ilin eyni dövrünə nisbətən 9,4 % çoxdur. Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 440 milyon 192 min manat təşkil edib. Bu isə illik müqayisədə 55,6 % çoxdur.
Çində qurulan sərhədyanı e-ticarət nəhənglərinin mübahisəsi bu həftə daha da intensiv xarakter almağa başlayıb. GDP xəbər verir ki, Şein Temuya qarşı daha bir iddia qaldırıb. Bu dəfə Şein Temunu saxta mallar hazırlamaqda, ticarət sirlərini oğurlamaqda və müştəriləri “qanunsuz” bir iş modeli ilə qarışdırmaqda ittiham etdi. .
“Pensiyalarda artım faizi ilə bağlı bizə ünvanlanan suallara cavab olaraq bildirmək istərdik ki, mövcud qanunvericiliyə əsasən, pensiyadakı artımlar indeksləşdirmə və yardımların verilməsi formasında həyata keçirilir. Əmək pensiyaları hər il yanvar ayında indeksləşdirilir və bu, əvvəlki ildə orta aylıq əmək haqqıdakı artım faizinə uyğunlaşdırılır”. GDP xəbər verir ki, bu barədə İqtisadçı alim, Milli Məclisin deputatı Vüqar Bayramov öz sosial şəbəkə hesabında yazıb. “Bu ildəki orta aylıq əmək haqqıdakı artım faizinə uyğun olaraq, 2025-ci ilin yanvarın birindən etibarən bütün növ əmək pensiyalarında artımlar olacaq. Bu ilin ilk yarısında ölkədə nominal orta aylıq əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 8.8 faiz artıb.…
Neft qiymətləri əvvəlki iki seansdakı enişdən sonra bu gün bir qədər ucuzlaşır. GDP xəbər verir ki, Londonun ICE Futures birjasında Brent markalı neftin oktyabr fyuçerslərinin qiyməti Bakı vaxtı ilə saat 09:20-yə olan vəziyyətə görə bir barel üçün 77,12 dollar təşkil edir ki, bu da əvvəlki ticarətin bağlanışına nisbətən 0,08 dollar və ya 0,1% azdır. Nyu-York əmtəə birjasında elektron hərraclarda oktyabr ayı üçün WTI neftinin qiyməti bu dəfə 0,09 dollar və ya 0,12% ucuzlaşaraq 73,08 dollar/barelə bərabər olub.
Bakıda intihar hadisəsi baş verib. GDP xəbər verir ki, paytaxtın Nəsimi rayonu ərazisində 1979-cu il təvəllüdlü Sədi Zöhrablı icarəyə götürdüyü obyektdə canına qəsd edib. Məlumata görə, S.Zöhrablı “Atasığorta” şirkətində depertament direktorudur. Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.
Honq-Konqlu elektronika istehsalçısı Nokia-nın Rusiyada ticarət nişanının qorunmasını ləğv etmək istəyir GDP xəbər verir ki, “Multigoods Production Limited” şirkəti Rusiya məhkəməsində “Nokia”nın Rusiya Federasiyasında əmtəə nişanının qorunmasının dayandırılmasını tələb edərək Rusiya məhkəməsinə müraciət edib. Supra və Orion brendləri ilə tanınan şirkət son 4 ayda Amazon və Hugo Boss kimi böyük şirkətlərə qarşı 11 oxşar iddia qaldırıb. Hüquq ekspertləri bu hərəkətlərin məqsədinin brendləri başqa təşkilatlara satmaq ola biləcəyini təklif edirlər. Nokia-ya qarşı iddia iyulun 12-də açılsa da, hələ irəli getməyib.
