- Taleh Kazımov: “Mövcud inflyasiyanın 70%-i idxal olunur”
- Dövlət Vergi Xidməti 4 ayda 6 milyard manatdan çox vergini dövlət büdcəsinə köçürüb
- Taleh Kazımov: “Yelo Bankla bağlı heç bir problem görmürük”
- Risksiz gəlir illüziyası: Bitkoin, inflyasiya və real sərvət müqayisəsi-Tamerlan Bayramov yazır
- Taleh Kazımov: “İnflyasiya proqnozları yuxarı reviziya olunsa da, hədəf diapazonunda qalacaq”
- Mərkəzi Bank faiz qərarını açıqladı
- 2026-cı ilin ilk dörd ayında dövlət büdcəsindən 96,5 milyon manat geri qaytarılıb
- Azərbaycan kibertəhlükəsizlik üzrə beynəlxalq reytinqdə 21 pillə irəliləyib
Author: Aynure Gdp
Noyabrda Bakıda keçiriləcək COP29 iqlim konfransına hazırlıq çərçivəsində informasiya-kommunikasiya texnologiyaları (İKT) sistemlərinin texniki sınaqları mərhələsinə start verilib. GDP xəbər verir ki,bu barədə Azərbaycanın COP29 əməliyyat şirkəti məlumat yayıb. Konsepsiya sübutu – PoC sınaqları avqustun 19-da Bakı Olimpiya Stadionunda Azərbaycan Əməliyyat Şirkəti COP29 və UNFCCC (Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası) nümayəndələrinin iştirakı ilə başlayıb. Üç həftə davam edəcək sınaqda konfrans zamanı istifadə olunan şəbəkələrin təhlükəsizliyi və effektivliyi yoxlanılacaq. Həmçinin akkreditasiya prosesinin simulyasiya testləri və kibertəhlükəsizlik auditi keçiriləcək. PoC mərhələsi sentyabrın 8-də başa çatacaq, bundan sonra İKT infrastrukturunun COP29 konfransına hazırlığı qiymətləndiriləcək.
Neftin qiyməti yenidən ucuzlaşıb. GDP xəbər verir ki, Londonun ICE Futures birjasında Brent markalı neftin oktyabr fyuçerslərinin dəyəri Bakı vaxtı ilə saat 18:05 77,45 dollar/barel təşkil edib ki, bu da əvvəlki sessiyanın bağlanışına nisbətən 0,21 dollar və ya 0,27% azdır. Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən hərraclarda sentyabr ayı üçün WTI neftinin qiyməti 1 barelə görə 0,15 dollar və ya 0,2% azalaraq 74,22 dollar təşkil edib. Daha aktiv ticarət edilən oktyabr fyuçersləri ,06 dollar və 0,08% azalaraq 73,6 dollar/barel olub. Qeyd edək ki, Sentyabr fyuçersləri üzrə birja ticarəti dövrü çərşənbə axşamı sessiyanın bitməsi ilə başa çatır.
Azərbaycan BRICS-ə daxil olmaq üçün rəsmi müraciət edib. Bunu açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə deyib. Qeyd edək ki.BRICS (BRİKS) 2006-cı ildə yaradılıb, Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası, Misir, Efiopiya, İran və Birləşmiş Ərəb Əmirliklərini özündə birləşdirən hökumətlərarası təşkilatdır
Azərbaycan-Türkiyə İş adamları Birliyi(ATİB) “Qlobal İqlim Dəyişmələrinin Biznes Çağırışları” mövzusunda müzakirələr keçirib. GDP xəbər verir ki, ATİB-in təçkil etdiyi növbəti müzakirə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransının 11-22 noyabr 2024-cü il tarixlərində Bakı şəhərində keçiriləcək 29-cu sessiyası (COP29) və “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “yaşıl” hədəflərin təşviqinə həsr olunub. Azərbaycan-Türkiyə İş adamları Birliyi İdarə heyətinin sədri Mürsəl Rüstəmov iqlim dəyişmələri və onların fəsadlarının son illər bəşəriyyət üçün həyati əhəmiyyət kəsb edən problemlərdən olduğunu vurğulayaraq problemin həllində aparıcı rolun məhz biznes sektorunun üzərinə düşdüyünü qeyd edib. Qlobal istiləşmələrin hər il dünyanın bir çox bölgəsində müxtəlif təbii fəlakətlərə, o cümlədən yanğınlara…
Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qərarına əsasən, “Confident 2024” MMC-yə sığorta agenti fəaliyyəti üçün lisenziya verilib. GDP xəbər verir ki, bu barədə Mərkəzi Bank məlumat yayımlayıb. Bununla da sığorta agenti kimi lisenziyası olan hüquqi şəxslərin sayı 53-ə yüksəlib. “Confident 2024” MMC bu ilin aprel ayında dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Gülşən Əsgərova Cəbrayıl qızıdır. Onun nizamnamə kapitalı 10 manatdır.
Amerikalı milyarder Uorren Baffetin investisiya şirkəti Berkshire Hathaway Bank of America Corp-dakı payını azaltmağa davam edib. GDP xəbər verir ki, Berkshire ötən cümə axşamı və cümə günləri, eləcə də bazar ertəsi günü bankın 14 milyon səhmini satıb. Şirkətin ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına (SEC) təqdim etdiyi sənədlərə əsasən, ümumi satış qiyməti təxminən 550 milyon dollar təşkil edib. İyulun ortalarından etibarən Baffetin investisiya şirkəti Bank of America-dakı payını 4,3 milyard dollardan çox azaldıb, lakin ən böyük səhmdar olaraq qalır. Hazırda o, bankın təxminən 37 milyard dollar dəyərində 928 milyon səhminə və ya ümumi nizamnamə kapitalının təxminən 12%-nə sahibdir. İnvestorları Berkshire-in…
Apple yeni iPhone-u sentyabrın 16-da təqdim etməyi planlaşdırır. GDP xəbər verir ki, dizayn və funksionallıqda kiçik dəyişikliklər olacaq. Azərbaycanda qiymətin 5000 manata qədər olacağı gözlənilir.
Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı (TCMB) avqust ayı faiz qərarını açıqlayıb. GDP xəbər verir ki, Terkiyə Cümhuriyyətinin Mərkəzi Bankı uçot dərəcəsini 50 faiz səviyyəsində sabit saxlayıb. Eksperlərin TCMB-nin avqust ayında da pul siyasəti dərəcəsini 50 faiz səviyyəsində sabit saxlayacağını gözləyirdir. Ötən ay keçirilən iclasında da TCMB uçot dərəcəsini 50 faiz səviyyəsində sabit saxlamışdır. TCMB, sərt pul siyasətinin (yüksək faizlərin) gecikmiş təsirlərini nəzərə alaraq faizini sabit saxlamaq qərarına gəldiyini bildirib. TCMB inflyasiyanın pisləşməsi ssenarisində pul siyasətni daha sərtləşdiriləcəyini təkrarlayıb.
“Nestle” son bir il ərzində dəyərinin 7% – 20,8 milyard dollar azalmasına baxmayaraq, artıq yeddinci ildir ki, qida brendlərinin qlobal reytinqində liderdir. GDP xəbər verir ki, “The Lay’s” brendi 9% (12 milyard dollara qədər) artımla keçən ilki üçüncü yerdən reytinqdə ikinci yerə yüksəlib. O, dəyəri 6% (11,6 milyard dollara qədər) azalan Çin brendi Yili-ni üçüncü yerə “atıb”. Amerika brendi Tyson (-5,2%, 8,27 milyard dollar) Fransanın Danone brendini keçərək (-10,2%, 8,03 milyard dollar) beşinci yerdən dördüncü yerə yüksəlib. Reytinqdə yer alan 100 brenddən 43-ü Amerika, 12-si Çin, 6-sı Yapon markasıdır. İsveçrə, İtaliya, Hindistan və Almaniyanın hər birinin dörd, Kanada və Böyük…
Qiymət proqnozlarını təhlil edən və bazar dinamikasının dəyişdiyini açıqlayan Citigroup Inc-ə görə, Çinin polad istehsalçıları hasilatı azaltdıqca, dəmir filizi 80 dollar/ton diapazonuna enməyə başlayır. GDP xəbər verir ki, dəmir filizi bu ay 2022-ci ildən bəri ən aşağı qiymətə ticarət olunur. Citigroup filizi üzrə üç aylıq proqnozu bir ton üçün 95 ABŞ dollarından 85 ABŞ dollarına endirilib. Bazar ertəsi günü 2,9% dəyər qazanan Sinqapur fyuçersləri bu gün Bakı vaxtı ilə 14:07-də 0,9% ucuzlaşaraq 93,80 ABŞ dolları təşkil edib.
