Author: Aynure Gdp

Türkiyənin Tosyali Holding Group Anqolada polad zavodu tikməyi planlaşdırır. GDP xəbər verir ki,layihə “Sonangöl” dövlət neft şirkəti ilə birgə müştərək müəssisə vasitəsilə həyata keçirilir ki, onun da 70%-i “Tosyalı Holdinq”ə məxsusdur. Bu, Kassinqa bölgəsində yerləşən və zavodu filizlə təmin edəcək dəmir filizi mədənini yenidən işə salacaq. Mədən ehtiyatları təxminən 30% dəmir tərkibli 1 milyard ton filiz olaraq qiymətləndirilir. Eritmə zavodu paytaxt Luandanın cənubunda yerləşən təxminən 250 min əhalisi olan kiçik Mocamedes şəhərində yerləşəcək. Onun 2027-ci ilin ortalarında istifadəyə veriləcəyi gözlənilir.

Read More

Ötən cümə günü ilk dəfə bir unsiya üçün 2500 dolları keçən qızılın qiyməti bazar ertəsi ticarətdə həmin qiymətdən baha ticarət olunur. Qiymətli metalın qiyməti Bakı vaxtı ilə saat 10:30-a olan məlumata görə, bir unsiya üçün 2502,2 dollar təşkil edir. Cümə günü qızıl ABŞ-ın zəif iqtisadi göstəriciləri fonunda yeni rekord həddə çatdı və bu, treyderlərin Federal Ehtiyat Sisteminin sentyabrda faizləri azaltmağa başlayacağına inamını artırdı. Bəzi ekspertlər FED-in uçot dərəcəsini 25 baza bəndi yox, birdən-birə 50 baza bəndi aşağı salacağını istisna etmirlər.

Read More

Azərbaycanın “PAŞA Bank” ASC-nin Gürcüstanda törəmə bankı olan “PASHA Bank Georgia” (PAŞA Bank Gürcüstan) 2024-cü ilin 1-ci yarısını (yanvar-iyun) 2 milyon 589 min lari (cari məzənnə ilə 1 milyon 639 min manat) xalis mənfəət ilə başa vurub. Bank 2023-cü ilin 1-ci yarısını 2 milyon 469 min lari (cari məzənnə ilə 1 milyon 563 min manat) xalis zərər ilə bağlamışdı.  Bankın “EY” tərəfindən təsdiq edilmiş 30 iyun 2024-cü il tarixinə Maliyyə Hesabatlarında bildilir ki, 2024-cü ilin 1-ci yarısında “PASHA Bank Georgia”nın faiz gəlirləri 24 milyon 584 min lari (2023-cü ilin ilk 6 ayında 26 milyon 643 lari), qeyri-faiz gəlirləri 8 milyon…

Read More

SABAH.HUB İnnovasiya Mərkəzi 25 milyon dollarlıq vençur kapital fondu olan “SABAH.fund”-u yaradılıb. Fond, Mərkəzi Asiya, Yaxın Şərq və Şimali Afrika (MENA) regionlarını əhatə edən ilk vençur kapital fondu olaraq ilkin investisiya mərhələsinin bağlanışında (“first close”) 11 milyon dollar cəlb etməklə Azərbaycanın ən böyük vençur kapital fonduna çevrilib. “SABAH.fund”-ın əsas tərəfdaşları Rəhim Bayramlı və Abbas Kazmidir, investorları arasında isə “Moonwake Investment”, SOCAR, “Integrity Group”, Azərbaycan İnvestisiya Şirkəti və digər şirkətlər yer alır.“SABAH.fund” sərhədləri aşan bir vençur kapital fondu olaraq, SABAH.HUB İnnovasiya Mərkəzinin “Techplomacy” təşəbbüsünə dəstək vermək məqsədi daşıyır. Fond, innovativ sahibkarları dəstəkləyərək, əsas sahələrdə və sürətlə inkişaf edən regionlarda texnoloji irəliləyişlərə…

Read More

Uorren Baffet 76 milyard dollar dəyərində Apple səhmlərini satıb. GDP xəbər verir ki, onun portfelindəki səhmlərin 49%-ni təşkil edir və onun Berkshire Hathaway şirkətinin nağd balansı 277 milyard dollara yüksəlib – rekord həddə çatıb. Buffett ABŞ-ın tənəzzülünü gözləyirdi və həmişə etdiyi kimi qabaqlayıcı tədbirlər həyata keçirib.

Read More

Ticarət zamanı qızılın qiyməti etibarlı aktivlərə güclü tələbat səbəbindən tarixin ən yüksək həddinə çatıb. Comex birjasında sentyabr qızıl fyuçersləri bir unsiya üçün 2493 dollardan yuxarı satılır. Əvvəlki sessiyanın bağlanışında olan səviyyə ilə müqayisədə onlar demək olar ki, 1,4% bahalaşıb. Bazar həm Yaxın Şərqdə, həm də Ukrayna-Rusiya münaqişəsində geosiyasi gərginliyin artması ilə dəstəklənir.

Read More

Yeni Lamborghini Temerario, məşhur Pebble Beach tədbirində təqdim ediləcəyi gözlənilən avtomobil, rəsmi təqdimatından bir neçə saat əvvəl şəbəkəyə sızdı. GDP xəbər verir ki, model, Populyar Huracan-ın varisi olan bu superkar, 900 at gücündə hibrid mühərriki ilə diqqəti cəlb edib. Temerario, Lamborghini-nin tanınmış bıçaq şəklindəki dizaynını daha kəskin və müasir xətləri ilə davam etdirir. Avtomobilin ön tərəfi, inteqrasiya olunmuş LED fənərləri və altıguşəli gündüz işığı ilə aqressiv görünüşünü vurğulayır. İnteryerdə rəqəmsal panel, karbon elementləri və dəri bəzəkləri ilə yarış maşını atmosferi yaradılıb. İlk tədarükün 2025-ci ildən başlanması gözlənilir. Qiymət isə hələ açıqlanmayıb, amma bu, seçilmişlər üçün bir avtomobil olacaq.

Read More

19 avqust 2024-cü il tarixində Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanəti Fondu istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir. Birjanın yaydığı məlumata görə, hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaqdır. İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir: Qiymətli kağızın ISIN kodu: AZ2088008688 Emissiya həcmi: 50,000,000 manat Nominal qiyməti: 1,000 manat Hərrac qiyməti (birqiymətli hərrac olduqda): 1,000 manat İstiqrazların tədavül müddəti: 7200 gün Faiz dərəcəsi: 3.25 % Faiz gəlirinin ödəniş müddəti: 180 gündən bir (6 aydan bir) Anderrayter: “Unicapital İ.Ş” ASC Təqdim edilmiş sifarişlər təklifdən çox olduğu halda sifarişlər mütənasib qaydada təmin…

Read More

Azərbaycan, Türkiyə və Türkmənistan biznes forum keçirəcək GDP xəbər verir ki, biznes forum Türkiyənin Xarici İqtisadi Əlaqələr Komitəsinin təşkilatçılığı ilə 10 sentyabr 2024-cü il tarixində İstanbulda keçiriləcək. Tədbir Türkiyənin ticarət naziri, Azərbaycanın iqtisadiyyat naziri və Türkmənistan Nazirlər Kabineti sədrinin müavininin iştirakı ilə keçiriləcək.

Read More

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA), Elm və Təhsil Nazirliyi və Azərbaycan Texniki Universitetinin (AzTU) birgə təşəbbüsü ilə rəqəmsal tələbə kartlarından istifadəyə start verilir. GDP İRİA-ya istinadən xəbər verir ki, artıq AzTU tələbələri tələbə bileti məlumatlarını “mygov” tətbiqi üzərindən rəqəmsal formada təqdim edəcəklər. Növbəti tədris ilindən universitetə daxil olmaq, universitetdə imtahanlara giriş zamanı kimi bir çox hallar üçün rəqəmsal tələbə kartından isitifadə nəzərdə tutulub. Bunun üçün tələbə “mygov” tətbiqində öz hesabına daxil olaraq rəqəmsal sənədlərin təqdim olunduğu “kartlar” bölməsində tələbə məlumatlarını əks etdirən tələbə kartı ilə tanış ola bilər. Kartın üzərindəki “QR paylaş” düyməsinə…

Read More