Close Menu
    What's Hot

    Səudiyyə Ərəbistanı sentyabr ayı üçün Asiyaya neft tədarükündə satış qiymətlərini aşağı salıb

    06 Avqust 2026

    Assosiasiyaların pul köçürmələrinə limit təklifi banklar üçün məcburi xarakter daşımır

    06 Avqust 2026

    Avro əskinasları onilliklərdən sonra ilk dəfə yeni dizaynda təqdim ediləcək

    06 Avqust 2026
    Trending
    • Səudiyyə Ərəbistanı sentyabr ayı üçün Asiyaya neft tədarükündə satış qiymətlərini aşağı salıb
    • Assosiasiyaların pul köçürmələrinə limit təklifi banklar üçün məcburi xarakter daşımır
    • Avro əskinasları onilliklərdən sonra ilk dəfə yeni dizaynda təqdim ediləcək
    • Ceff Bezos yenidən Amazon səhmlərini satıb- bu dəfə 346,5 milyon dollar dəyərində
    • Neft bazarında yeni reallıq: Çin oyunun qaydalarını dəyişir
    • BTB Bank Əmanətlərin Sığortalanması Fondunun reyestrindən çıxarılıb
    • Qızılın qiyməti bir gün ərzində 4,5% artaraq bir unsiya üçün 4 255 dollara çatıb
    • Rabitəbankdan “MİDA” xətti ilə güzəştli ipoteka imkanı
    Gdp.azGdp.az
    • Ana səhifə
    • Rəsmi
    • Bank
      1. Mərkəzi Bank
      2. Banklar
      3. BOKT
      4. Fintex
      5. Bankların renkinqi
      Featured

      Avro əskinasları onilliklərdən sonra ilk dəfə yeni dizaynda təqdim ediləcək

      06 Avqust 2026
      Recent

      Avro əskinasları onilliklərdən sonra ilk dəfə yeni dizaynda təqdim ediləcək

      06 Avqust 2026

      BTB Bank Əmanətlərin Sığortalanması Fondunun reyestrindən çıxarılıb

      05 Avqust 2026

      Rabitəbankdan “MİDA” xətti ilə güzəştli ipoteka imkanı

      05 Avqust 2026
    • Birja
      1. Yerli bazar
      2. Qlobal birjalar
      3. Kliptovalyuta
      4. View All

      ABB Invest investisiya bölməsini yenilədi

      23 İyul 2026

      Özəlləşdirmə çekləri ilə bağlı yayılan məlumatlar yalandır – Birgə açıqlama

      20 İyul 2026

      Ziraat Bank 30 milyon manat həcmində istiqraz buraxır bu investorlar üçün fürsətdir, yoxsa risk?

      19 İyul 2026

      Milli Depozit Mərkəzinin İdarə Heyətinə üzv təyin edilib

      16 İyul 2026

      Ceff Bezos yenidən Amazon səhmlərini satıb- bu dəfə 346,5 milyon dollar dəyərində

      06 Avqust 2026

      Qızılın qiyməti bir gün ərzində 4,5% artaraq bir unsiya üçün 4 255 dollara çatıb

      05 Avqust 2026

      Brent nefti 79,01 dollara düşüb

      05 Avqust 2026

      ABŞ-ın səhm bazarları Microsoft-un güclü hesabatı ilə yüksəlib

      30 İyul 2026

      Bitcoin bir neçə həftədən sonra ilk dəfə 69 min dolların altına düşüb

      02 İyun 2026

      “Strategy” ilk dəfə həftəlik bitcoin alışını dayandırdı

      25 May 2026

      Coinbase 2026-cı ilin birinci rübündə 88 milyon dollarlıq bitcoin alıb

      08 May 2026

      BlackRock: Bitcoin-in qlobal dəyər saxlancı sahəsində real rəqibi yoxdur

      05 May 2026

      Ceff Bezos yenidən Amazon səhmlərini satıb- bu dəfə 346,5 milyon dollar dəyərində

      06 Avqust 2026

      Qızılın qiyməti bir gün ərzində 4,5% artaraq bir unsiya üçün 4 255 dollara çatıb

      05 Avqust 2026

      Brent nefti 79,01 dollara düşüb

      05 Avqust 2026

      ABŞ-ın səhm bazarları Microsoft-un güclü hesabatı ilə yüksəlib

      30 İyul 2026
    • İqtisadiyyat
      1. Büdcə
      2. Vergi
      3. Kənd Təsərüfatı
      4. Nəqliyyat
      5. Energetika
      6. Neft qaz
      7. Əmlak
      8. Audit
      9. İKT
      Featured

      Rusiyadan Ermənistana Azərbaycandan keçməklə 14 vaqon buğda göndəriləcək

      05 Avqust 2026
      Recent

      Rusiyadan Ermənistana Azərbaycandan keçməklə 14 vaqon buğda göndəriləcək

      05 Avqust 2026

      Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et

      04 Avqust 2026

      Azərbaycanda məsafədən idarə olunan gəmilərlə bağlı yeni qaydalar

      03 Avqust 2026
    • Sığorta
    • Biznes
      • Rəsmi
      • Yerli Bizneslər
      • Biznesmenlər
      • Startaplar
      • Gömrük
      • Tender
    • Vakansiya
    • Digər
      • Marketinq
      • Turizm
      • Moda
      • İdman
      • Bloq yazıları
    Gdp.azGdp.az
    Ana səhifə » Bank » Mərkəzi Bank rəsmisi:”Dollar satışında məhdudiyyətlərin mövcudluğu ilə bağlı xəbərlər reallığı əks etdirmir”
    Bank

    Mərkəzi Bank rəsmisi:”Dollar satışında məhdudiyyətlərin mövcudluğu ilə bağlı xəbərlər reallığı əks etdirmir”

    28 Avqust 2024
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    Son dövrlər Azərbaycanın valyuta bazarında dollar satışına məhdudiyyətlərin tətbiqi ilə bağlı məsələlər daim olaraq gündəmdədir. Bununla bağlı Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə bazarlarında əməliyyatlar departamentinin direktoru Elrad Seydiyev müsahibəsində vəziyyətə aydınlıq gətirib.

    Həmin müsahibəni təqdim edirik.

    – Son günlərdə ölkədə dollara tələbin artması səbəbindən bankların əksəriyyətində dollar satışında məhdudiyyətlərin olması ilə bağlı məlumatlara rast gəlinir. Bununla bağlı real vəziyyəti necədir? Həqiqətənmi, Mərkəzi Bank banklara dollar satışını dayandırıb?

    – İlk növbədə Mərkəzi Banka müraciət ünvanladığınız üçün təşəkkür edirik. AMB tərəfindən banklara dollar satışının dayandırılması, ümumilikdə dollar satışında məhdudiyyətlərin mövcudluğu kimi hallarla bağlı son günlərdə yayımlanan xəbərlər reallığı əks etdirmir. Bu növ məsələlərin ictimaiyyət arasında çaşqınlığa səbəb olma ehtimalını nəzərə alaraq mətbuat nümayəndələrinə Mərkəzi Banka müraciət edərək müvafiq məqamlara dair zəruri dəqiqləşdirmə aparmalarını tövsiyə edirik. Kommunikasiyaya və dialoqa açıq bir qurum kimi Mərkəzi Bank tərəfindən KİV nümayəndələrindən daxil olan sorğular müntəzəm şəkildə cavablandırılır.

    Sualınızla bağlı qeyd edirik ki, valyuta bazarında çətinliyin və sözügedən məhdudiyyətlərin olması müşahidə edilmir. Azərbaycan Dövlət Neft Fondu (ARDNF) tərəfindən qrafikə uyğun olaraq xarici valyutanın satışı üzrə hərracların keçirilməsi davam edir. 2024-cü ilin ötən dövründə 61 hərrac keçirilib. Rəqəmlərə nəzər yetirdikdə, valyutaya tələbatın tam ödənildiyini görürük. Ümumilikdə, hərraclarda 4 milyard 714 milyon ABŞ dolları satılıb. Əlavə olaraq, 2024-cü ilin ötən dövründə banklararası bazarın həcmi 614 milyon ABŞ dolları təşkil edib.

    – Mərkəzi Bank tərəfindən keçirilən hərraclarda dollara tələb öncəki aylara nisbətən artıb. Bunun səbəbi nədir?

    – 2024-cü ilin ötən dövründə Mərkəzi Bank tərəfindən təşkil edilən bütün valyuta hərraclarında tələb təmin edilib. Valyutaya tələbin artmasına başlıca səbəb qeyri-neft-qaz idxalının artmasıdır ki, bu da investisiya aktivliyinin yüksəlməsi və dövlət xərclərinin genişlənməsi fonunda baş verir. Bu ilin ilk 7 ayında daxili mənbələrdən iqtisadiyyata yönəldilən investisiyaların həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 10,7 % artıb. Bu dövrdə dövlət büdcəsinin xərcləri 10,4 % artıb.

    O cümlədən dövlətin birbaşa valyuta komponentli xərcləri (xarici borc və s.) ötən ilin eyni dövrü ilə müqayisədə artıb. Bütün bunlar idxal üzrə qabaqcadan ödənişlərin artması ilə müşayiət olunub. Eyni zamanda cari ildə hökumət tərəfindən emissiya edilmiş avrobondun geri alışının həyata keçirilməsi (0,9 milyard ABŞ dolları), ölkədə fəaliyyət göstərən müəssisə və təşkilatlar tərəfindən ticarət kreditləri üzrə öhdəliklərin azaldılması (0,8 milyard ABŞ dolları) valyutaya tələbin 2023-cü illə müqayisədə artmasına gətirib çıxarıb. Qeyd edək ki, tədiyə balansının kapitalın hərəkəti hesabında baş verən bu struktur dəyişiklikləri, o cümlədən birbaşa xarici dövlət borcunun əhəmiyyətli azalması perspektivdə valyutaya tələbi azaldacaq amillərdir.

    Ümumilikdə bildiririk ki, valyuta bazarı profisitli tədiyə balansı şəraitində fəaliyyət göstərir. Tədiyə balansının cari əməliyyatlar hesabının ümumi daxili məhsula nisbəti I rübdə 10,1 % olub. Ticarət balansında 2024-cü ilin ilk 7 ayında 5,3 milyard ABŞ dolları məbləğində profisit formalaşıb. Proqnozlara əsasən 2024-cü ilin yekunu üzrə də cari əməliyyatlar hesabının profisitli olaraq qalacağı gözlənilir.

    – Dünya enerji bazarında neft qiymətinin ucuzlaşması manatın dollara nisbətdə məzənnəsinin dəyişilməsinə əsas verəcəkdirmi?

    – Enerji daşıyıcılarının qiymətlərinin dəyişimi Azərbaycanın valyuta bazarına birbaşa təsir etmir. Valyuta bazarındakı vəziyyət tədiyə balansının vəziyyəti, dövlətin və özəl sektorun valyuta üzrə tələb-təklifi, məzənnə ilə bağlı gözləntilər kimi amillərdən təsirlənir.

    2024-cü ilin dövlət büdcəsinin parametrlərindən göründüyü kimi fiskal məqsədlərlə xərclənən neft gəlirləri valyuta bazarında tarazlığı dəstəkləyir.

    Əlavə olaraq bildiririk ki, Mərkəzi Bank tərəfindən son 2 il ərzində faiz dəhlizinin təsir imkanlarının daha da gücləndirilməsi istiqamətində bir sıra mühüm təşəbbüslər həyata keçirilib ki, bu imkanlardan da zəruri hallarda dəstəkləyici tədbirlər kimi istifadə edilə bilər. Ümumilikdə qeyd edirik ki, hazırda manatın məzənnəsinə fundamental təhdid yaradacaq hallar müşahidə olunmur.

    – Rəsmi sayta istinad etdikdə, Mərkəzi Bankın sərəncamında olan valyuta ehtiyatlarının artmaqda davam etdiyini və artıq təqribən 12 milyard ABŞ dollarına çatdığını görürük. Bu ehtiyatlardan satış ilə bağlı hər hansısa planlarınız varmı?

    – Bəli, Mərkəzi Bankın valyuta ehtiyatları son illər artır. Qeyd edək ki, AMB-nın valyuta ehtiyatlarının dəyişimi valyuta bazarına müdaxilədən və ehtiyatların idarə edilməsindən əldə edilən gəlirlərdən təsirlənir.

    Məlum olduğu kimi, 2022-2023-cü illərdə Mərkəzi Bankın valyuta bazarından xalis valyuta alışı 4,2 milyard ABŞ dolları olub. Bu o deməkdir ki, bu illərdə təklif tələbi üstələyib və 4,2 milyard ABŞ dollara bazarda tələb olmadığı üçün Mərkəzi Bank tərəfindən alınıb ki, məzənnəyə möhkəmlənmə təzyiqi olmasın. Nəticədə Mərkəzi Bankın valyuta ehtiyatları artıb. Alış yönümlü müdaxilələr manatla pul təklifinə ekvivalent məbləğdə (2022-2023-cü illərdə 7 milyard manatdan çox) artırıcı təsir edib. Bu şəraitdə məlum olduğu kimi, Mərkəzi Bank pul təklifinin izafi genişlənməsinə yol verməmək üçün öz alətləri ilə (məcburi ehtiyatlar, daimi imkan və açıq bazar əməliyyatları) sterilizasiya əməliyyatlarından istifadə edir.

    İzafi pul təklifinin yaratdığı potensial təhdidləri nəzərə alaraq Mərkəzi Bank valyuta bazarındakı vəziyyətdən asılı olaraq manatla likvidliyin sterilizasiyası məqsədilə öz ehtiyatları hesabına valyuta satışları aparılması imkanlarınıda nəzərdən keçirir. Bununla dövlətin valyuta komponentli xərclərlə bağlı tələbatı da ödənmiş olacaqdır. Mərkəzi Bank belə əməliyyatlar apardığı təqdirdə ictimaiyyəti bu barədə məlumatlandırılacaqdır.

    © “Report”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Telegram WhatsApp

    Related Posts

    Avro əskinasları onilliklərdən sonra ilk dəfə yeni dizaynda təqdim ediləcək

    06 Avqust 2026

    BTB Bank Əmanətlərin Sığortalanması Fondunun reyestrindən çıxarılıb

    05 Avqust 2026

    Rabitəbankdan “MİDA” xətti ilə güzəştli ipoteka imkanı

    05 Avqust 2026

    Mərkəzi Bank ödəniş təşkilatının lisenziyasını ləğv edib

    05 Avqust 2026
    Kateqoriyalar
    • Audit
    • Avto
    • Bank
    • Banklar
    • Bankların renkinqi
    • Birja
    • Biznes
    • Biznesmenlər
    • Bloq yazıları
    • BOKT
    • Bu günün xəbərləri
    • Büdcə
    • Digər
    • Dünya
    • Energetika
    • Əmlak
    • Fintex
    • Gömrük
    • İdman
    • İKT
    • İqtisadiyyat
    • Kənd Təsərüfatı
    • Kliptovalyuta
    • Marketinq
    • Mərkəzi Bank
    • Moda
    • Neft qaz
    • Nəqliyyat
    • qısa xəbərlər
    • Qlobal birjalar
    • Rəsmi
    • Rəsmi
    • Sığorta
    • Startaplar
    • Tender
    • Turizm
    • Vakansiya
    • Vergi
    • Yerli bazar
    • Yerli Bizneslər
    GDP.AZ bütün hüquqlar qorunur

    Type above and press Enter to search. Press Esc to cancel.