- Taleh Kazımov: “Mövcud inflyasiyanın 70%-i idxal olunur”
- Dövlət Vergi Xidməti 4 ayda 6 milyard manatdan çox vergini dövlət büdcəsinə köçürüb
- Taleh Kazımov: “Yelo Bankla bağlı heç bir problem görmürük”
- Risksiz gəlir illüziyası: Bitkoin, inflyasiya və real sərvət müqayisəsi-Tamerlan Bayramov yazır
- Taleh Kazımov: “İnflyasiya proqnozları yuxarı reviziya olunsa da, hədəf diapazonunda qalacaq”
- Mərkəzi Bank faiz qərarını açıqladı
- 2026-cı ilin ilk dörd ayında dövlət büdcəsindən 96,5 milyon manat geri qaytarılıb
- Azərbaycan kibertəhlükəsizlik üzrə beynəlxalq reytinqdə 21 pillə irəliləyib
Author: Aynure Gdp
2021-ci ildən PAŞA Holdinq sadəcə konfranslardan kənara çıxan unikal platforma olan InMerge-nin təşkilində ön sıralardadır – bu, hərəkatdır. GDP xəbər verir ki, bunu “PAŞA Holdinq” MMC-nin baş icraçı direktoru Cəlal Qasımov “INMerge İnnovasiya Sammiti” barədə fikirlərini bölüşərkən deyib. O bildirib: “Azərbaycanın ən böyük investisiya təşkilatlarından biri olaraq biz yaxşı idarəetmə və innovasiyalarda nümunə göstərməyin vacibliyini anlayırıq. Biz təkcə öz sərhədlərimiz daxilində deyil, bütün regionda dayanıqlı innovasiya ekosistemi qurmaq üçün yol açırıq.” Cəlal Qasımovun fikrincə InMerge sadəcə bir hadisə deyil; bu, bizim kollektiv rəqabət gücümüzü gücləndirməyə yönəlmiş Qafqaz, Şərqi Avropa və Mərkəzi Asiyadan olan beyinlərin birləşməsidir. “Biz inanırıq ki, innovasiya rəqabətin arxa…
Braziliyada pis hava şəraiti səbəbindən Arabica bahalaşdığı və onu daha az populyar olan Robusta ilə əvəz etməyə cəhd etdiyi üçün qəhvə qiymətləri bu ay 10% artıb. GDP xəbər verir ki, robusta qəhvəsinin bir tonunun qiyməti 4737 dollara, Arabica qəhvəsinin qiyməti isə 5502,7 dollara çatıb.
Çinin BYD şirkəti Azərbaycanda elektrobus istehsalı zavodunun tikintisinə ilkin olaraq 34 milyon dollar sərmayə qoyacaq. GDP xəbər verir ki, zavod 2025-ci ildə fəaliyyətə başlayacaq və illik 500 avtobus istehsal edəcək. Zavod Sumqayıt Kimya Sənaye Parkının ərazisində tikiləcək. Layihənin icrası 800 yeni iş yerinin yaradılmasına imkan verəcək. BYD-nin layihə üzrə yerli tərəfdaşı Electrify Azerbaijan şirkəti olacaq. Layihənin investorlarından biri də Azərbaycan İnvestisiya Şirkəti olacaq. 2025-ci ilə qədər BYD Azərbaycanda ehtiyat hissələrinin yerli istehsalına da başlayacaq və yerliləşdirmənin 2030-cu ilə qədər avtobusların ümumi dəyərinin 40 faizini əhatə edəcəyi gözlənilir. Şirkət gələcəkdə bu layihələrə təxminən 60 milyon dollar sərmayə qoymağı planlaşdırır. Qeyd edək…
Cisco, Intel 21 minə yaxın iş yerini ləğv etdiyini açıqlayıb. GDP xəbər verir ki, 2024-cü ilin 8 ayında ABŞ-da texnologiya sənayesində işdən çıxarılanların ümumi sayı 132 minə çatıb. İT mühəndisləri və avtomobil istehsalçıları işdən çıxarılır. General Motors, əksəriyyəti ABŞ-da olan 1000-dən çox proqram mühəndisini ixtisar edəcək.
«Azərbaycan Françayzinq Assosiasiyası» İctimai Birliyi (AFA) ilə Rusiya Federasiyasının subyekti Çuvaş Respublikası arasında birgə fəaliyyətə dair anlaşma Memorandumu imzalanıb. GDP xəbər verir ki, memorandumu AFA İdarə Heyətinin sədri Camid Mövsümov, Çuvaş Respublikası adından respublikanın «Kiçik və orta sahibkarlıq subyektlərinin ixraca dəstək koordinasiya mərkəzi»nin rəhbəri cənab A.Zaxarov imzalayıb. AFA-nın Rusiyadakı rəsmi nümayəndə heyətinin rəhbəri Orxan Rəhmanovun iştirakı ilə imzalanan memorandumda Çuvaş Respublikasından ölkəmizə gələcək iş adamlarının və investorların fəaliyyətinin təşkilinə, Azərbaycan məhsullarının Çuvaş Respublikasına ixracına dəstək nəzərdə tutulub. Memorandumda eyni zamanda birgə Biznes missiyaların səfərləri və forumların təşkili kimi məsələlər qeyd olunub.
“Transmaşholdinq” Bakı metropoliteni üçün vaqonların istehsalı üzrə müqavilə imzalayıb. Bunu Rusiya Prezidenti Vladimir Putin Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə danışıqlardan sonra bildirib. O qeyd edib ki, Rusiya və Azərbaycan neft məhsullarının daşınması üçün birgə tankerlər istehsalına başlayırlar. Putinin sözlərinə görə, bu, enerji resurslarının dünya bazarlarına çıxarılmasını artırmağa imkan verəcək.
Moskva və Bakının birgə fəaliyyətinin istiqamətləri çoxdur. Bu sözləri Rusiya Lideri Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə məhdud tərkibdə keçirilən görüşdə deyib. Rusiya dövlətinin başçısı qeyd edib: “İqtisadi-ticari əlaqələr uğurla inkişaf edir. Rusiyada keçirilən əvvəlki görüşümüzdə Siz mənə demişdiniz ki, 4 milyarddan bir az çox (illik əmtəə dövriyyəsi – red.) yaxşı rəqəmdir. Bu, yaxşı rəqəmdir, amma bizim imkanlarımızın potensialına uyğun deyil. Həqiqətən burada təkcə energetika, sənaye kooperasiyası, nəqliyyat, logistika, yüngül sənayedən danışmaq olmaz. Bizim birgə fəaliyyətimizin istiqamətləri çoxdur. Azərbaycan iqtisadiyyatına qoyulan dörd milyarddan artıq birbaşa investisiyalar da pis göstərici deyil. Azərbaycanda Rusiya kapitalı ilə 127 müəssisə fəaliyyət göstərir, sözsüz ki,…
Bayden administrasiyası dövründə büdcə kəsiri 6,6 trilyon dollara çatıb ki, bu da rekord göstərici hesab olunur. GDp xəbər verir ki, əvvəlki prezident Donald Trampın ümumi kəsiri 5,6 trilyon dollar təşkil edib. Corc Buş 2001-ci ilin sonunda büdcənin illik profisiti əldə etdiyi sonuncu ABŞ lideri idi – 130 milyard dollar. Büdcə kəsirini maliyyələşdirmək üçün ABŞ dövlət borcunu artırmağa əl atır – bu ilin iyulunda o, ilk dəfə olaraq 35 trilyon dolları ötüb.
Goldman Sachs Group Inc-in analitikləri ABŞ şirkətləri üçün gələn il gəlir artımı gözləntilərini çox yüksək hesab edərək, ABŞ iqtisadiyyatının ləngiməsi və ABŞ dollarının zəifləmə ehtimalının olduğunu qeyd edib. GDP xəbər verir ki, David Kostinin rəhbərlik etdiyi Goldmanın komandası S&P 500 gəlirinin bu il 6% artdıqdan sonra 2025-ci ildə 4% artacağını gözləyir. Mütəxəssislər qeyd edirlər ki, ümumilikdə, energetika sektorunun nümayəndələri istisna olmaqla, indeks şirkətləri ABŞ iqtisadiyyatında baş verən dəyişikliklərə xarici amillərdən daha həssasdırlar. Bloomberg Intelligence (BI) tərəfindən sorğu edilən analitiklər arasında konsensus proqnozu S&P 500 şirkətlərinin gələn il gəlirlərinin 5,8% artacağıdır. Kostin qeyd edir ki, ekspertlərin orta proqnozu “çox optimist görünür”.…
Türkiyə Mərkəzi Bankı böyük ehtimalla sabah əsas uçot dərəcəsini dəyişməyəcək, lakin pul siyasətinin yumşaldılması şərtlərini açıqlaya bilər. GDP xəbər verir ki, bunu bəzi ekspertlər Türkiyə Mərkəzi Bankının sabahkı qərarı barədə proqnozlarını səsləndirərkən bildirib. Qeyd edək ki, Türkiyə Mərkəzi Bankının sədr müavini Osman Akçay daha əvvəl demişdi ki, tənzimləyicinin 50%-lik dərəcəsi dörd aydır dəyişməyib və onun azaldılması üçün ilkin şərt inflyasiyanın davamlı azalması olacaq.
