- “PAŞA Maliyyə Holdinqi”nin rəhbəri Fərid Məmmədov: “Növbəti IPO-ların “PAŞA Bank”la yanaşı, “PAŞA Maliyyə Holdinqi”nə daxil olan digər şirkətlər tərəfindən olacağını düşünürük”
- Apple məhsullarını rəsmi olaraq Bakcell Shop-da əldə et!
- Mərkəzi Bankın nümayəndə heyəti Qazaxıstanda SREP və SupTech mövzularını müzakirə edib
- Kreditlər artıq yeni qaydalarla veriləcək-Mərkəzi Bankdan kreditlərlə bağlı yeni dəyişiklik
- Bankların aktivləri 60 mlrd. manata çatır
- Azərikard kart hesablarında yaranmış problemlə bağlı açıqlama yayıb
- ABB kartlarından əlavə vəsait silinməsi ilə əlaqədar istifadəçilərinə müraciət edib
- Mərkəzi Bank:”Təminatsız pul bazarında qısamüddətli faizlər uçot dərəcəsinə yaxındır”
Author: Aynure Gdp
Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb. GDP xəbər verir ki,Azərbaycan neftinin 1 barelə olan qiyməti 2.89 ABŞ dolları və ya 3.6% artaraq 83.76 ABŞ dollarına bərabər olub. Qeyd edək ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
Amerika fond indeksləri çərşənbə axşamı Nvidia-nın ikinci rüb hesabatı və Amerika iqtisadiyyatı ilə bağlı statistik məlumatlar ərəfəsində ticarəti zəif bağladı. GDP xəbər verir ki, Nvidia Corp. rüblük mənfəəti açıqlayacaq və FactSet tərəfindən sorğulanan analitiklər 28,74 milyard dollar gəlirlə səhm başına 65 sent qazanc proqnozlaşdırdılar. Dow Jones indeksi 0,02% artaraq 41 250,5 bənd təşkil edərək, bütün zamanların ən yüksək səviyyəsini müəyyənləşdirdi. Göstəricidə artım liderləri 1,2% bahalaşan Nike Inc-in, Amazon.com Inc-in səhmləri olub. 1,4% ucuzlaşıb. S&P 500 dəyəri 0,16% artaraq 5625,8 bənd olub. Nasdaq da 0,16% artaraq 17 754,82-yə yüksəlib.
Bu günün valyuta məzənnələri açıqlanıb. GDP Mərkəzi Banka istinadən xəbər verir ki, 2024-cü il avqustun 28-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat təşkil edib. Türkiyə lirəsi 0.0499 manat, Avro 1.8972 manata kimi ucuzlaşıb, Rusiya rublu 0.0186 manata kimi bahalaşıb.
Türkiyə “Pentaqonu”nun tikintisi 2025-ci ildə başa çatacaq. GDP xəbər verir ki, Türkiyənin “Pentaqonu” kimi tanınan Türkiyə hərbi-inzibati kompleksinin tikintisinin 2025-ci ildə başa çatdırılması planlaşdırılır. Aypara formalı binanın təməli 2021-ci ildə prezident Ərdoğan tərəfindən qoyulub. Türkiyənin Daily Sabah qəzetinin məlumatına görə, yeni kompleks Amerika Pentaqonundan bir yarım dəfə böyük olacaq. Binada Müdafiə Nazirliyi, Baş Qərargah və Türkiyə Silahlı Qüvvələrinin bütün bölmələri yerləşəcək.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Rəqəmsal İnkişaf və Nəqliyyat Naziri Rəşad Nəbiyevə yeni müşavir təyin olunub. GDP -nin əldə etdiyi məlumata görə Fərid Osmanov Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinə müşavir təyin edilib. Qeyd edək ki, Fərid Osmanov Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və kredit fakültəsində bakalavr və magistratura səviyyələrini fərqlənmə diplomu ilə bitirib. O həm də Azərbaycan Dövlət İqtisad Universitetinin İnformatika və idarəetmə fakültəsini dünya iqtisadiyyatında informasiya texnologiyaları ixtisası üzrə bitirib, daha sonra Böyük Britaniyanın Mançester Universitetində magistr dərəcəsi alıb. 2005-ci ildən Azərbaycan Respublikası Milli Bankının İnformasiya texnologiyaları departamentində müxtəlif vəzifələrdə çalışıb, 2013-cü ildə həmin departamentin direktoru vəzifəsinə təyin edilib.…
Prezident İlham Əliyev Antiinhisar və istehlak bazarına nəzarət sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Fərman imzalayıb. GDP xəbər verir ki, Fərmanda deyilir: “1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin (bundan sonra – Xidmət) əsasında Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi (bundan sonra – Agentlik) yaradılsın. 2. Müəyyən edilsin ki: 2.1. Agentlik antiinhisar, haqsız rəqabət, dövlət satınalmaları, reklam (açıq məkanda reklam istisna olmaqla), standartlaşdırma, metrologiya, texniki tənzimləmə, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya, keyfiyyətin idarə edilməsi, istehlakçıların hüquqlarının müdafiəsi və istehlak bazarına nəzarət sahələrində dövlət nəzarətini və tənzimləməsini həyata keçirən mərkəzi…
Hazırda dünyada 1 milyon dollardan çox kripto aktiv sahibi olan 172,300 şəxs var. GDP xəbər verir ki, bu barədə New World Wealth və Henley & Partners-ın hesabatında məlumat verilib. Bildirilir ki,kripto aktivə malik olan milyonçular arasında yalnız bitkoinə sahib olan milyonçularının sayı iki dəfədən çox artaraq 85 400-ə çatıb.
Vodafone Ukraine avrobondlar üzrə 12,4 milyon dollarlıq faiz ödənişini uğurla həyata keçirib GDP.Az xəbər verir ki, NEQSOL Holdinqin bir hissəsi olan Vodafone Ukraine öz avrobondları üzrə 12,4 milyon dollarlıq müntəzəm faiz ödənişini uğurla həyata keçirib. Qeyd edək ki, kupon ödənişləri hər altı aydan bir həyata keçirilir. Bundan əlavə, Vodafone Ukraine avrobondlar üzrə əsas məbləğin ödənilməsinə də davam edir və indiyədək vaxtından əvvəl 100 milyon dollar ödəyib. Bu, şirkətin öz öhdəliklərinə ciddi yanaşmasını göstərir və müharibə şəraitinə baxmayaraq, maliyyə dayanıqlığını sübut edir. 2020-ci ildə Vodafone Ukraine beynəlxalq kapital bazarlarında 6,2% dərəcəsi ilə avrobondlar buraxaraq yerləşdirmişdi. Bu emissiya Ukraynadan olan korporativ emitentlər…
GDP.Az xəbər verir ki, iyul ayında Çin Avropa İttifaqına 1,6 milyard dollar dəyərində smartfon ixrac edib. Ay ərzində Çinin Avropa İttifaqına smartfon tədarükləri dərhal 1,3 dəfə artıb. Bu müddət ərzində Çindən ən çox smartfon idxal edən ölkə Hollandiya olub. Hollandiya Avropa İttifaqına daxil olan bütün smartfon tədarüklərinin 54%-ni təşkil edib. Ən aktiv ticarət tərəfdaşları arasında isə Çexiya (18%), İtaliya (13%), İspaniya (4%) və Polşa (3%) olub. Bu məlumatlar Çin-Avropa İttifaqı arasında ticarət əlaqələrinin gücləndiyini və Avropanın Çindən texnoloji məhsullara olan tələbatının artdığını göstərir.
BOKT “Embafinans” QSC-nin AZ2008020607 İSİN kodlu qiymətli kağızı tədavül müddəti bitdiyinə görə delistinq edilib. GDP xəbər verir ki, bu barədə bakı Fond Birjası məlumat yayımlayıb. Qeyd edək ki, BOKT “Embafinans” QSC ilk istiqrazını 2018-ci ilin oktyabr ayında emissiya etmişdir və 2 mln. AZN dəyərində emissiya edilən istiqrazlar tam satılmışdır. 2018-ci ilin dekabr ayında 1 mln. AZN dəyərində, 2019-cu ilin fevral ayında 2 mln. AZN dəyərində, 2019-cu ilin aprel ayında 1 mln. AZN dəyərində, 2019-cu ilin noyabr ayında 1 mln. AZN dəyərində, 2020-ci ilin iyul ayında 1.5 mln. AZN dəyərində istiqraz emissiya edilmiş və hərracda tam həcmdə satılmışdır. 2021-ci ilin iyun…
