Author: Aynure Gdp

Azərbaycanda banklar adından kiber fırıldaqçılıq halları qeydə alınıb.GDP xəbər verir ki, fırıldaqçılar Azərbaycanda fəaliyyət göstərən müxtəlif bankların adından elektron poçt ünvanları yaradır, bundan sonra bank əməliyyatlarının təsdiqlənməsinin zəruriliyi barədə vətəndaşlara məktublar göndərirlər. E-poçtlara əlavə edilən zərərli fayllar kibercinayətkarların istifadəçilərin şəxsi məlumatlarını oğurlamaq üçün istifadə etdiyi keylogger proqramı ehtiva edir.

Read More

Durovun həbsindən sonra Fransa və ABŞ-da Telegram-a yükləmələrin sayı artıb GDP xəbər verir ki, Fransada tətbiq App Store-da Sosial şəbəkələr kateqoriyasında birinci yerə yüksəlib və ümumi reytinqdə üçüncü olub. ABŞ istifadəçiləri arasında Telegram ən populyar tətbiqlər cədvəlində 18-ci yerdən səkkizinci yerə yüksəlib. Sensor Tower analitik şirkətinin ötən bazar gününə olan məlumatına görə, bütün dünyada iOS cihazlarında Telegram-dan yükləmələrin sayı bir gündə 4% artıb.

Read More

Ikea müştəriləri üçün məhsullarını yenidən satmaq üçün onlayn platforma istifadəyə verir. GDP xəbər verir ki, xidmət əvvəlcə Oslo və Madriddə sınaqdan keçiriləcək, lakin sonra şirkət onu fəaliyyət göstərdiyi digər ölkələrə də genişləndirmək niyyətindədir. Financial Times-ın məlumatına görə, Ikea Precious platformasında müştərilər öz məhsullarının fotoşəkillərini yerləşdirəcək və qiymətləri təyin edəcəklər və xidmət reklamı xüsusiyyətlər və reklam kadrları ilə tamamlamaq üçün süni intellektdən istifadə edəcək. Alıcı malı birbaşa satıcıdan alacaq, o, ödəniş olaraq ya nağd, ya da Ikea-da 15% endirim seçə biləcək. Əvvəlcə reklam yerləşdirmək pulsuz olacaq, lakin sonradan xidmət “simvolik ödəniş” almağa başlaya bilər.

Read More

ExxonMobil qlobal neft tələbinin 2050-ci ilə qədər demək olar ki, dəyişməyəcəyini bildirib və qalıq yanacaqlara investisiyaların azaldılmasına yönəlik hər hansı addımın enerji qiymətlərində yeni şoka səbəb olacağı barədə xəbərdarlıq edib. GDP xəbər verir ki, neftə tələbat növbəti 25 il ərzində gündə 100 milyon bareldən yuxarı qalacaq ki, bu da enerji keçidinin dünyanın qalıq yanacaqlara olan susuzluğunu cilovlaya bilməyəcəyini göstərir.

Read More

Kapital Bank ABŞ-nin Bank of New York Mellon-da müxbir hesabı açıb. GDP xəbər verir ki, Bank of New York Mellon-da müxbir hesabı açaraq Kapital Bank beynəlxalq maliyyə əməliyyatlarını daha da gücləndirdiyini açıqlayıb. Qeyd edək ki, Bank of New York Mellon 1784-cü ildə təsis olunub və  ABŞ-nin ən qədim maliyyə qurumlarından biri hesab olunur. Bank dünyanın bir çox ölkəsində fəaliyyət göstərən nümayəndəlikləri ilə qlobal maliyyə bazarlarında yüksək etimad və mövqeyə sahibdir.

Read More

Brent 81 dollar/bareldən yuxarı baha ticarət olunur. GDP xəbər verir ki, Londonun ICE Futures birjasında Brent markalı neftin oktyabr fyuçerslərinin kotirovkaları Bakı vaxtı ilə saat 14:11-ə 2,01 dollar və ya 2,54% bahalaşaraq 81,03 dollar/barel təşkil edib. Nyu-Yorkun NYMEX əmtəə birjasında elektron hərraclarda oktyabr ayı üçün WTI neftinin fyuçerslərinin qiyməti həmin vaxta qədər 1,87 dollar və ya 2,5% artaraq 76,7 dollar/barelə bərabər olub.

Read More

Yuan iyul ayında qlobal ödənişlərdə rekord səviyyədə istifadə edilib. GDP xəbər verir ki, bu barədə SWIFT hesablaşma sisteminin məlumatlarında bildilir. Yuanın beynəlxalq hesablaşmalardakı payı iyunda 4,61%-dən iyulda rekord 4,74%-ə çatıb. Yuan ardıcıl doqquzuncu aydır ki, transsərhəd ödənişlər üçün populyarlıq baxımından dördüncü yerdədir. Ticarətdə Çin valyutası 6% bazar payına malikdir və yalnız ABŞ dollarından sonra ikinci yerdədir və ardıcıl ikinci aydır ki, avronu geridə qoyur. Çin Xalq Bankının ekspertləri yuanın populyarlığına artan ticarət həcmləri, sabit makroiqtisadi göstəricilər və ölkənin maliyyə bazarının daha çox açıqlığı səbəb olur.

Read More

Amerikalı avtomobil istehsalçısı özünün tam elektriklə işləyən avtomobillər sırasına əsaslı xərclərini (CAPEX) kəskin şəkildə nəzərdən keçirərək, illik 40%-dən 30%-ə endirmək qərarına gəlib. Bu qərarın arxasında duran əsas amillərdən biri Fordun 2024-cü ilin birinci yarısı üçün elektrikli avtomobil (EA) biznesində 2,4 milyard dollar dəyərində itkilərinin dərc edilməsi idi. GDP xəbər verir ki, hazırda şirkət istehsal olunan hər bir elektrikli avtomobilə görə təxminən 44.000 dollar itirir və ilin sonuna qədər bu seqmentdə xalis itkilər ABŞ-da zəif istehlak tələbi səbəbindən 5-5.5 milyard dollara qədər arta bilər. 2023-cü ildə EA satışlarının artımı +46%, idi. 2024-cü ilin birinci yarısında artıq +7%-ə düşüb. Yeni strategiyaya əsasən,…

Read More

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) yeni sədri vəzifəsinə Sahib Məmmədov seçilib. GDP xəbər verir ki, bununla bağlı məsələ AHİK-in avqustun 26-da keçirilən növbədənkənar VII qurultayının gündəliyinə daxil edilib. Səttar Suliddin oğlu Möhbalıyevin sentyabrın 1-nə təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirakı ilə bağlı vaxt çatışmazlığı səbəbindən AHİK-in sədri vəzifəsindən istefası məsələsi qəbul edilib və qurultay iştirakçıları bu vəzifəyə Sahib Əli oğlu Məmmədovun namizədliyinə yekdilliklə səs veriblər. Qeyd edək ki, Sahib Əli oğlu Məmmədov 1978-ci ildə anadan olub və Kiyev Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsini bitirib. 2014-cü ildən İqtisadiyyat Nazirliyində çalışan Sahib Məmmədov Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 dekabr tarixli Sərəncamı ilə iqtisadiyyat nazirinin…

Read More

“COP29”la bağlı açılan və iş yerləri barədə sosial şəbəkələrdə saxta məlumatlar yerləşdirən 15 səhifə aşkarlanıb və ölkə üzrə bloklanıb GDP xəbər verir ki, bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti məlumat yayıb. “Vətəndaşları yalnız rəsmi mənbələr tərəfindən verilən məlumatlara inanmağa çağırır, müxtəlif sosial şəbəkələrdə yayılan saxta və yalan məlumat əsaslı kampaniyalara qarşı diqqətli olmağa səsləyirik” – məlumatda bildirilir. Qeyd edək ki, COP29-un rəsmi hesablarına buradan keçid edə bilərsiniz:

Read More