- “PAŞA Maliyyə Holdinqi”nin rəhbəri Fərid Məmmədov: “Növbəti IPO-ların “PAŞA Bank”la yanaşı, “PAŞA Maliyyə Holdinqi”nə daxil olan digər şirkətlər tərəfindən olacağını düşünürük”
- Apple məhsullarını rəsmi olaraq Bakcell Shop-da əldə et!
- Mərkəzi Bankın nümayəndə heyəti Qazaxıstanda SREP və SupTech mövzularını müzakirə edib
- Kreditlər artıq yeni qaydalarla veriləcək-Mərkəzi Bankdan kreditlərlə bağlı yeni dəyişiklik
- Bankların aktivləri 60 mlrd. manata çatır
- Azərikard kart hesablarında yaranmış problemlə bağlı açıqlama yayıb
- ABB kartlarından əlavə vəsait silinməsi ilə əlaqədar istifadəçilərinə müraciət edib
- Mərkəzi Bank:”Təminatsız pul bazarında qısamüddətli faizlər uçot dərəcəsinə yaxındır”
Author: Aynure Gdp
ABŞ Federal Ehtiyat Sistemi (FED) dərəcələri azaltmağa hazırdır, lakin bu prosesin vaxtı və sürəti bir sıra amillərdən asılı olacaq. GDP xəbər veir ki, tənzimləyicinin rəhbəri Cerom Pauell Ceksonda illik iqtisadi simpoziumda çıxışı zamanı bildirib. “Mədəniyyət dərəcələrinin endirilməsinin vaxtı və sürəti daxil olan məlumatlardan, proqnozların dəyişməsindən və risk balansından asılı olacaq”, – Pauell bildirib. Bundan əlavə, FED rəhbəri ölkədə inflyasiyanın 2%-lik hədəfə doğru stabil hərəkətinə inamının artdığını qeyd edib.
Morgan Stanley 2024-cü ilin dördüncü rübü üçün Brent markalı neftin bir barelinin qiyməti ilə bağlı proqnozunu 80 dollara endirib. GDP xəbər verir ki, Amerika bankı Morgan Stanley bu ilin dördüncü rübü üçün Brent markalı neftin qiyməti ilə bağlı proqnozunu bir barel üçün 85 dollardan 80 dollara, gələn ilin dördüncü rübü üçün bir barel üçün 76 dollardan 75 dollara endirib. Eyni zamanda, Morgan Stanley əvvəllər üçüncü rübün qalan hissəsində Brent markalı neftin regionda bir barel üçün 84-86 dollar (80-ci illərin ortalarında) ticarət edəcəyini, gələn ilin ortalarında isə 74-79 dollara düşəcəyini gözləyirdi. Lakin indi qeyd edir ki, bazar “2025-ci ildə gözlənilən zəifliyi”…
Gələn ay Azərbaycanın aparıcı şirkətlərindən biri Özbəkistanın paytaxtı Daşkəndin mərkəzində 5 ulduzlu hotelin tikintisinə başlayacaq. Bunu jurnalistlərə açıqlamasında İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev bildirib. “İki ölkənin prezidentlərinin qəbul etdiyi qərara əsasən, Özbəkistan Azərbaycanda 4, Azərbaycan isə Özbəkistanda 3 layihə icra edəcək. Bunlardan biri hotel layihəsidir. Digər layihə isə Daşkəndin mərkəzində böyük yaşayış kompleksinin inşasıdır”, – deyə o qeyd edib.
İcbari Sığorta Bürosu Hüquqi Şəxslərin İttifaqı “Lisenziya proqram təminatının yenilənməsi və texniki dəstək xidmətinin satınalınması” prosesini “Elan” edir. GDP xəbər verir ki, bu barədə İcbari Sığorta Bürosu məlumat yayımlayıb. Məlumata görə,şərtlərə əsasən iddiaçıların təklif etdiyi lisenziya proqram təminatlarının texniki spesifikasiyası “Əsas şərtlər” toplusunun tələblərinə cavab verməlidir. Bildirilir ki, hər bir iddiaçı yalnız bir təklif verə bilər. İddiaçılar təkliflərini 30.08.2024-cü il saat 17.00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə ikiqat zərfdə İcbari Sığorta Bürosu inzibati binasına (Ünvan: Shokolad Tower, 1-ci mərtəbə, Həsən bəy Zərdabi küçəsi 2 A, Bakı, Azərbaycan, AZ1141) təqdim etməlidir. Satınalma təklifi 30.09.2024-ci il tarixinədək qüvvədə olmalıdır. Satınalma şərtləri ilə…
O, Həkəri çayı üzərindən Horadiz-Ağbənd dəmir yolu hissəsində tikiləcək. GDP xəbər verir ki,körpünün uzunluğu 771 m və 23 aşırımdan ibarətdir. Ümumilikdə Horadiz-Ağbənd dəmir yolu layihəsi 40-dan çox körpünün və 330-a yaxın mühəndis qurğusunun tikintisini nəzərdə tutur. Layihənin 2025-ci ildə başa çatdırılması planlaşdırılır.
Azərbaycan Prezidenti İlham Əliyev mətbuata bəyanatında bildirib ki, özbəkistanlı həmkarı Şavkat Mirziyoyevlə danışıqlarda işğaldan azad olunmuş Xankəndi şəhərində yüngül sənaye müəssisəsinin yaradılması layihəsini müzakirə edib. Dövlətimizin başçısı qeyd edib: “Yalnız mühüm olan bir layihəni ayrıca qeyd etmək istərdim. Bu, işğaldan azad olunmuş Xankəndi şəhərində yeni yüngül sənaye müəssisəsinin yaradılması ilə bağlıdır. Bu, xalqlarımızın qardaşlığının və dostluğunun daha bir rəmzidir. Biz həmişə – istər işğal dövründə, istərsə də İkinci Qarabağ müharibəsi illərində və sonra özbək xalqının qardaş dəstəyini hiss etmişik. Mən bu gün bu barədə danışmışam, Özbəkistan ilk ölkədir ki, Prezidentin təşəbbüsü ilə bizə təkcə mənəvi dəstək göstərməklə yanaşı, həm də…
2024-cü ilin 6 ayı ərzində Azərbaycan Mərkəzi Bankı 18 yoxlama və 47 nəzarət tədbiri həyata keçirib. GDP xəbər verir ki,bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayımlayıb. Məlumatda bildilir ki, 6 ay ərzində Mərkəzi Bank maliyyə sektoruna 135,609 min manat cərimə və maliyyə sanksiyası tətbiq edib. Maliyyə sektorunda 37 lisenziyanın ləğvi, dayandırılması və ya məhdudlaşdırılması ilə bağlı tədbir görüb. Belə ki, 6 ayda 28 fiziki və 2 hüquqi şəxs sığorta agentlərinin lisenziyası dayandırılıb, 6 fizki şəxs və 1 müstəsna hüquqi şəxs sığorta agentinin lisenziyası isə ləğv edilib.
Yaşayış binalarının tikintisi və satışı ilə məşğul olan, “Kristal Abşeron” MTK ilə birgə çalışan “Kristal Bakı” ASC-nin yığılmış zərəri 30 milyon manatdan çoxdur. Diqqəti cəlb edən, 445 milyon manat cəmi aktivləri malik olan “Kristal Bakı” şirkətinin ötən il mənzillərin tikintisi və satışı fəaliyyətindən cəmi 52 min manat gəlir əldə etməsidir. “Kristal Bakı” ASC 2021-ci ili 2 milyon 384 min manat, 2022-ci ili 11 milyon 972 min manat, 2023-cü ili 15 milyon 453 min manat xalis zərər ilə başa vurub. 31 dekabr 2023-cü il tarixində Şirkətin yığılmış zərəri 30 milyon 131 min manat təşkil edib. Şirkətin cəmi kapitalı mənfi 30 milyon 121 min manat…
Gələn il Azərbaycan-Özbəkistan diplomatik münasibətlərinin qurulmasının 30 illiyini qeyd edəcəyik. Bunu Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın birinci iclasında Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev bildirib. Şavkat Mirziyoyev deyib ki, bunu ciddi nəticələrlə möhkəmləndirməlidirlər. Özbəkistan Prezidenti Azərbaycan və Özbəkistanda iqtisadi kooperasiyalar yaradılmasını, 20 prioritet istiqamət üzrə çalışılmasını təklif edib: “Ticarət dövriyyəsini artırmalı və sənaye kooperasiyasında yeni mərhələyə keçilməli, o cümlədən üçüncü ölkədə birgə layihələr həyata keçirilməlidir. Bizim görüşümüzdə dəyəri 2 milyard dollardan artıq olan perspektiv layihələr barədə danışdıq. Bu gün həmin layihələrin reallaşması barədə biznes nümayəndələrimiz geniş müzakirələr apardılar. Azərbaycan-Özbəkistan Birgə İnvestisiya Fondu da effektiv çalışır. Əgər layihələr olarsa, bu Fond da genişləndirər”.
Biz Prezident İlham Əliyevlə razılaşdıq ki, ayrıca yol xəritəsi qəbul edək, regionların üçüncü forumunu keçirək, turizm kompleksləri yaradaq. Bunu Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın birinci iclasında Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev bildirib. Şavkat Mirziyoyev deyib ki, son illər Azərbaycan-Özbəkistan əməkdaşlığı genişlənib: “Parlamentlər, nazirliklər arasında əlaqələr genişlənib. Hökumətlərarası komissiyaların iclasları mütəmadi keçirilir, forumlar, sərgilər təşkil olunur. Çox şadam ki, Prezident İlham Əliyev bizim görüşümüzə Azərbayсanın biznes liderlərini dəvət edib. İnanıram ki, bunun çox ciddi nəticələri özünü çox gözlətməyəcək”.
