Author: Aynure Gdp

Neft qiymətləri əvvəlki sessiyada 2% enişdən sonra yüksəlir. Birjalar Amerika Neft İnstitutunun (ANİ) ABŞ neft ehtiyatlarının əhəmiyyətli dərəcədə azalması ilə bağlı məlumatları ilə dəstəkləndi. ANİ-nin hesablamalarına görə, ötən həftə ehtiyatlar 5,205 milyon barel azalıb. ABŞ-da enerji ehtiyatları ilə bağlı rəsmi məlumatlar bu gün Bakı vaxtı ilə saat 17:30-da dərc olunacaq. Londonun ICE Futures birjasında Brent markalı neftin oktyabr fyuçerslərinin dəyəri bir barel üçün 81,14 dollar təşkil edir ki, bu da əvvəlki ticarətin bağlanışına nisbətən 0,45 dollar və ya 0,56% bahadır. Nyu-York əmtəə birjasında elektron hərraclarda sentyabr ayı üçün WTI neftinin fyuçerslərinin qiyməti bu dəfə 0,5 dollar və ya 0,64% artaraq…

Read More

Mütəxəssislər bir il ərzində FED-in uçot dərəcəsini ən azı 4 dəfə endirəcəyini gözləyir. GDP xəbər verir ki, Bank of America-nın aylıq sorğusuna əsasən, fond menecerlərinin yarıdan çoxu yəni 60%-i Federal Ehtiyat Sisteminin növbəti il ​​ərzində ən azı dörd faiz endirimi gözlədiyini proqnozlaşdırır. Respondentlərin 39%-i tənəzzülü investisiya portfelləri üçün əsas risk adlandırıb, ikinci yerdə geosiyasi münaqişələr var. Respondentlərin 76%-i indi ABŞ iqtisadiyyatının gələn il üçün “yumşaq eniş” gözləyir, bu bir ay əvvəl 68%-dir. Tənəzzül gözləyənlərin payı 11%-dən 13%-ə yüksəlib. Qlobal iqtisadi artımın yavaşlamasını hazırda respondentlərin 47%-i iyuldakı 27%-ə qarşı proqnozlaşdırır. Sorğu həmçinin göstərdi ki, investorlar ümumilikdə səhmlərdən, xüsusən də Yaponiya şirkətlərinin…

Read More

Beynəlxalq Enerji Agentliyi (BEA) zəifləyən Çin iqtisadiyyatının istehlaka təsirini əsas gətirərək 2025-ci il üçün qlobal neft tələbi proqnozunu aşağı salıb. GDP xəbər verir ki, Parisdə yerləşən agentlik Çinin neftə tələbatının iyun ayında ardıcıl üçüncü ay azaldığını və xam neft idxalının ən aşağı səviyyəyə enməsi səbəbindən iyul ayında daha da zəifləyə biləcəyini qeyd edib. Çinin pandemiyadan sonrakı iqtisadi dirçəlişinin təsiri azaldıqca, BEA Qərb iqtisadiyyatlarında, xüsusən də qlobal benzinin üçdə birinin istehlak edildiyi ABŞ-da güclü tələbat gözləyir. BEA həmçinin 2024-cü il üçün qlobal neft tələbi artımı proqnozunu dəyişməz saxlayıb.

Read More

Starbucks, təxminən bir ildir baş direktor vəzifəsində çalışan Laxman Narasimhan-ı vəzifəsindən azad edərək, onun yerinə Chipotle şirkətinin baş direktoru Brian Niccol təyin edilib. GDP xəbər verir ki. Starbucks tərəfindən edilən açıqlamada Narasimhanın şirkətin baş direktoru və idarə heyətinin üzvü vəzifələrindən istefa verdiyi bildirilib. Açıqlamada hazırda Chipotle-nin top meneceri vəzifəsini icra edən Brayan Nikkolun Starbucks-ın prezidenti və baş direktoru vəzifəsinə təyin edildiyi və Nikkolun yeni vəzifəsinə sentyabrın 9-da başlayacağı bildirilib. Açıqlamada, Starbucks-ın Baş Maliyyə Direktoru (CFO) Rachel Ruggeri’nin qeyd olunan tarixə qədər müvəqqəti CEO vəzifəsini icra edəcəyi ifadə edildi. Açıqlamadan sonra Starbucks səhmləri 21 faizdən çox artıb, Chipotle səhmləri isə 12…

Read More

Mərkəzi Bank “Capital Partners İnvestisiya Şirkəti” QSC-yə xəbərdarlıq edilməsi barədə məlumat yayıb. Məlumata görə, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən aparılmış kompleks yoxlama zamanı qiymətli kağızlar bazarı haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələbləri ilə bağlı bir sıra pozuntular qeydə alınıb.Pozuntuların aradan qaldırılması ilə əlaqədar “Capital Partners İnvestisiya Şirkəti” QSC-yə icrası məcburi göstəriş verilib.

Read More

Prezident İlham Əliyev Fransanın Paris şəhərində keçirilən XXXIII Yay Olimpiya Oyunlarında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında Sərəncam imzalayıb.GDP xəbər verir ki, Sərəncama əsasən, XXXIII Yay Olimpiya Oyunlarında əldə etdikləri yüksək nəticələrə görə Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün mükafatların məbləği aşağıdakı qaydada müəyyən edilib:birinci yeri tutan hər bir idmançıya 400 000 manat, onun məşqçisinə 200 000 manat;ikinci yeri tutan hər bir idmançıya 200 000 manat, onun məşqçisinə 100 000 manat;üçüncü yeri tutan hər bir idmançıya 100 000 manat, onun məşqçisinə 50 000 manat.Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll…

Read More

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yanında Koordinasiya Qrupunun ilk iclası keçirilib. GDP xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev sosial şəbəkə hesablarında məlumat paylaşıb. Tədbirdə KOB-ların fəaliyyət imkanlarının genişləndirilməsi müzakirə olunub. Koordinasiya Qrupunun fəaliyyətinin daha çevik təşkili üçün operativ müzakirə platformalarının və tematik işçi qruplarının yaradılması nəzərdə tutulur.

Read More

2024-cü ilin ikinci rübündə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən xarici bazarlara ixrac edilən neft həcmləri təxminən 4,2 milyon ton6 təşkil edib ki, da ötən rüblə müqaisədə 0.3 milyon ton6 yaxud 7.1% azdır. GDP xəbər verir ki, hesabat dövründə ümumilikdə isə, cari ilin ikinci rübü üzrə Azərbaycanda 7,2 milyon ton5 xam neft hasil olunub ki, bu da birinci rübün müvafiq göstəricisi ilə müqaisədə 0.1 milyon ton yaxud 1.3%azdır.

Read More

Unibank KB yeni strategiyasına uyğun olaraq ilin əvvəlindən etibarən biznes seqmentlərinə xidmətə əhəmiyyətli dərəcədə fokuslanmaqda davam edir. Biznes üzrə inkişaf templəri ümumi portfelin həcmində biznes kreditlərinin artımında da özünü göstərir. Bankda bu günlərdə Mikro kreditləşmə sahəsinin satış Mərkəzinin yaradılması isə “Unbank”ın biznes məhsulları və xidmətlərinin mikro və kiçik sahibkarlar üçün daha da əlçatan olmasına imkan verəcək. Bank rəhbərliyinin qərarı ilə Bəxtiyar Bəxtiyarov yeni yaradılan Mərkəzin rəhbəri təyin edilib. Qeyd edək ki, Bəxtiyar Bəxtiyarov bankçılıq sektorunda 17 ilə yaxındır ki fəaliyyət göstərir. Bu təyinatadək o, Accessbankda müxtəlif vəzifələrdə, son olaraq filial müdiri vəzifəsində çalışıb. Bəxtiyar Bəxtiyarov yerli və bir sıra nüfuzlu xarici universitetlərdə təhsil alıb. Türkiyənin Boğaziçi…

Read More

“Fitch Ratings” beynəlxalq reytinq agentliyi AIKGF və Cənub Qaz Dəhlizinin avrobondlarının reytinqini “BBB-” səviyyəsinə yüksəldib. GDP xəbər verir ki, agentlik “Cənub Qaz Dəhlizi” QSC-nin (SGC) təmin olunmamış avrobondlarının uzunmüddətli xarici valyutada reytinqini “BB+”dan “BBB-”-yə yüksəldib. Reytinq tədbirləri Azərbaycanın IDR-nin “BB+” səviyyəsindən “BBB-” səviyyəsinə yüksəldilməsindən sonra həyata keçirilir.

Read More