- Prezident: 2028-ci ildə “Şahdəniz”in yeni mərhələsi üzrə hasilatın başlanmasını gözləyirik
- Azərbaycan neftinin qiymətində rekord artım qeydə alındı
- “Kapital Bank”ın səhmdarlara dividend ödənilməsi və mühüm iştirak payı ilə bağlı müzakirələr aparılacaq
- S&P Global Ratings:”Kredit–depozit balansı regional müqayisədə əlverişli səviyyədədir”
- 2025-ci ilin 4-cü rübündə ödəniş kartları ilə fırıldaqçılıq artıb
- “Numia” və “Bancomat” nümayəndələri ilə rəqəmsal maliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
- Qətərdə LNG istehsalı dayandı, Avropada qaz qiymətləri kəskin bahalaşdı
- 2026-cı il üzrə ipoteka kreditlərinə müraciət tarixləri açıqlanıb
Author: Aynure Gdp
2025-ci ilin yanvar–oktyabr aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 175 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmişdir. GDP Dövlət Statistika Komitəsinin məlumatına əsasən apardığı hesablamalara görə bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 3 ölkə çoxdur və artım 1,74% təşkil edir. Həmin dövrdə məhsul ixrac olunan ölkələrin sayı 120 olaraq qalmışdır. İ Məlumata görə, idxal əməliyyatları aparılan ölkələrin sayı isə 2024-cü ilin yanvar–oktyabr aylarında 162 olduğu halda, 2025-ci ilin eyni dövründə 170-ə yüksəlmişdir. Beləliklə, idxal olunan ölkələrin sayında 8 ölkəlik artım qeydə alınmış və bu artım 4,94% olmuşdur. Ümumilikdə, müqayisə göstərir ki, 2025-ci ilin yanvar–oktyabr dövründə ticarət…
Bakcell-in meqa lotereyasında növbəti avtomobilin qalibi artıq bəllidir. Həftəlik tirajın nəticələrinə görə 11-ci “Zeekr 001” sahibi Rafiq Nəsibovdur. Gdp.az xəbər verir ki, lotereyada meqa surpriz həyəcanı zirvədədir! Sən də “Şans” paketini əldə et və 200 000 manatlıq “Porsche Cayenne” qazanmaq şansını dəfələrlə artır: – 1 AZN-lik “Şans” paketi – 3 şans → *3#YES – 5 AZN-lik “Şans” paketi – 25 şans →*25#YES 31 dekabra qədər davam edəcək lotereyada daha 2 “Zeekr 001” avtomobili öz şanslı sahiblərini tapacaq. Qeyd edək ki, “Şans” paketləri Bakcell abunəçilərinə lotereyada iştirak haqqı ilə yanaşı, şəbəkədaxili danışıq dəqiqələri də qazandırır. Ətraflı məlumat üçün: lotereya.bakcell.com
SARDA Qrupu elektrik ictimai nəqliyyatı sahəsində əməkdaşlıq imkanlarını müzakirə etmək məqsədilə Ankara Böyükşəhər Bələdiyyəsi ilə görüşüb. GDP xəbər verir ki, görüşdə SARDA Qrupunun İdarə Heyətinin sədri Rauf Xəlilov və Ankara Böyükşəhər Bələdiyyəsinin başçısı Mansur Yavaş iştirak ediblər. SARDA Qrupu və Azərbaycan Enerji Avtomobil Zavodu adından keçirilən görüşdə tərəflər Azərbaycanda yığılan elektrikli BYD avtobuslarının Ankara şəhərinə təchiz edilməsi imkanlarını nəzərdən keçiriblər. Müzakirələr əsasən dayanıqlı hərəkətlilik həlləri, ekoloji cəhətdən təmiz ictimai nəqliyyat sistemlərinə artan tələbat və şəhər nəqliyyatının dekarbonizasiyası mövzularına fokuslanıb. SARDA Qrupu Ankara Böyükşəhər Bələdiyyəsinə açıq dialoq və potensial əməkdaşlıq imkanlarını araşdırmaq üçün yaradılan şəraitə görə təşəkkürünü bildirib. Görüşdə, eyni zamanda,…
Bu ilin yanvar-noyabr aylarında Azərbaycandan xaricə gedən ölkə vətəndaşlarının ümumi sayı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2,6 % azalaraq 1 milyon 947 min nəfər olub. GDP Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, vətəndaşların 41,6 %-i Türkiyəyə, 14,4 %-i Rusiyaya, 10,8 %-i Gürcüstana, 9,5 %-i İrana, 23,7 %-i digər ölkələrə səfər edib, 63,6 %-ini kişilər, 36,4 %-ini qadınlar təşkil edib. 1 il əvvələ nisbətən Gürcüstana gedənlərin sayı 20,5 %, İrana gedənlərin sayı 6,8 % artıb, Rusiyaya gedənlərin sayı 31,8 %, Türkiyəyə gedənlərin sayı isə 2 % azalıb. Xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 69,9 %-i hava, 28,2 %-i dəmir yolu və avtomobil, 1,9 %-i isə dəniz nəqliyyatından istifadə edib.
“AvtomatikaAz” MMC-nin təsis etdiyi “AzTruck” rəqəmsal həlli Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin dəstəyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə təsis edilmiş “DAYAQ” mükafatına layiq görülüb. GDP xəbər verir ki, layihə 2025-ci il üzrə “İlin uğurlu startapı” nominasiyasında qalib elan edilib. Mükafatla bağlı fikirlərini bölüşən şirkətin təsisçisi və baş icraçı direktoru Xalid Səmədov bildirib ki, bu nailiyyət onun üçün təkcə mükafat deyil, eyni zamanda böyük məsuliyyət, inam və dövlət tərəfindən əməyin dəyərləndirilməsidir. Onun sözlərinə görə, əmək fəaliyyətinə 2002-ci ildən başlayan Xalid Səmədov uzun illər ərzində həm yerli, həm də xarici şirkətlərdə, eləcə də ölkə üçün strateji əhəmiyyət daşıyan…
2025-ci ilin noyabr ayı ərzində İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) tərəfindən idarə olunan “E-Şikayət” sisteminə ümumilikdə 484 şikayət daxil olub. GDP xəbər verir ki,İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) mətbuat xidmətinin yayımladığı məlumata istinadla xəbər verir ki, bu müraciətlərin paylanması aşağıdakı kimi olmuşdur: 48,2% – internet (GPON, ADSL və s.) və məftilli telefon rabitəsi xidmətləri üzrə. 34,9% – mobil internet və mobil rabitə xidmətləri üzrə. 16,9% – poçt rabitəsi xidmətləri üzrə. Ay ərzində hər gün sistemdə orta hesabla 16 şikayət qeydiyyatdan keçib. Ümumi müraciətlər ölkədəki 54 telekommunikasiya və poçt xidməti təchizatçısı ilə bağlı olub. Yalnız telekommunikasiya xidmətləri üzrə şikayətlərin ən böyük payı – 50% internet xidmətlərinə, 42,1% mobil internet və rabitəyə, 7,9% isə…
Media Təhlil Mərkəzinin (MTM) Dövlət Statistika Komitəsinin rəsmi məlumatları əsasında apardığı təhlilə görə, 2025-ci ilin yanvar–noyabr aylarında ölkədə pərakəndə ticarət dövriyyəsinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 8,7 faiz və ya 4,7 milyard manat artaraq 58,57 milyard manata çatıb. Müqayisə üçün qeyd edək ki, 2024-cü ilin ilk 11 ayında pərakəndə ticarət dövriyyəsi 53,87 milyard manat təşkil edib. Son illərin göstəriciləri əhalinin pərakəndə ticarət məqsədilə xərclədiyi vəsaitin ardıcıl şəkildə artdığını göstərir. Bu artımın əsas səbəbləri sırasında ərzaq və qeyri-ərzaq məhsullarının qiymətlərində müşahidə olunan yüksəliş ön plana çıxır. Son beş ilin müqayisəsi göstərir ki, 2025-ci ilin ilk 11 ayında qeydə alınan…
Azərbaycanda 50 kiloqramlıq un kisəsinin son topdansatış qiymətləri məlum olub. GDP Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə istinadən xəbər verir ki, siyahıda Bakı, Abşeron, Sumqayıt, Gəncə, Şabran, Xaçmaz və digər bölgələrdə fəaliyyət göstərən ümumilikdə 28 sahibkarlıq subyekti yer alıb. Belə ki, 50 kiloqramlıq un kisəsinin topdansatış qiymətləri 26,10 manat – 28,60 manat aralığında dəyişir. Məlumata görə, ən aşağı qiymət Şabran rayonunda fəaliyyət göstərən “Dəvəçi-Taxıl” MMC-də (26.1 manat), ən yüksək qiymət isə Gəncə şəhərində yerləşən “Azeri-Arapoğlu U.S. və T. LTD” BM-də (28.6 manat) qeydə alınıb.
Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən keçirilən səyyar qəbulllarla bağlı illik hesabat təqdim olunub. GDP xəbər verir ki, məlumata görə, qəbula cəmi 207 vətəndaş iştirak edib. Qəbul zamanı vətəndaşların müraciətləri dinlənilmiş və onlara lazımi dəstək göstərilmişdir. Hesabatdakı məlumatlara əsasən, 66 müraciət həll edilərək təmin olunub, 141 müraciətlə bağlı isə vətəndaşlara ətraflı izahat verilib. Vətəndaş qəbulları ölkənin müxtəlif regionlarından, o cümlədən Cəlilabad, Mingəçevir, Tərtər, Cəbrayıl, Qazax, Qusar, Balakən, İsmayıllı, Xaçmaz, Beyləqan, Gəncə, Şirvan, Biləsuvar və Xızı rayon və şəhərlərində təşkil edilərək həmin bölgələrdən olan vətəndaşlar iştirak edib. Mərkəzi Bankın səyyar qəbulu, vətəndaşlarla birbaşa əlaqə yaratmaq, onların bank sahəsi ilə bağlı suallarını cavablandırmaq və…
ABB-nin İdarə heyətinin sədri Abbas İbrahimov bildirib ki, bank Unudulmaz sənətkar Rəşid Behbudovun 110 illik yubileyi münasibətilə onun itirilmiş bir portretini bərpa edib. GDP xəbər verir ki, Xalq rəssamı Asəf Cəfərov tərəfindən 50 il əvvəl çəkilən və Şuşa Rəsm Qalereyasına hədiyyə edilən əsər, Ermənistanın işğalı dövründə itmişdi. ABB-nin təşəbbüsü ilə bərpaçı-rəssam Natiq Səfərov orijinala sadiq qalaraq tablonu 1975-ci ildəki görkəmində yenidən yaratmışdır. Abbas İbrahimov qeyd edib ki, bu, sadəcə rəsm deyil, arxiv və xatirələr əsasında bərpa olunmuş mənəvi dəyərdir. O, “ABB olaraq bizi qürurlandıran mənalı bir KSM layihəsini həyata keçirdik”,-deyə bildirib. Yenidən yaradılan portret ilk dəfə Azərbaycan Milli İncəsənət Muzeyində…
